|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Oğuz məktəblərinin maddi-texniki bazası möhkəmlənir Rayonda
təhsil sahəsində son illərin ən uğurlu
nəticəsi, şübhəsiz ki, hər biri 960 şagird
yerlik 6 yeni məktəb binasının tikintisi, şəhər
1 və 2 nömrəli orta məktəb binalarının
əsaslı təmir olunmasıdır.Hazırda
Oğuz şəhərində, Böyük Söyüdlü və
Xaçmaz kəndlərində inşa edilən hər biri 360
şagird yerlik yeni məktəb binalarında tikinti işləri
artıq başa çatmaq üzrədir. Bayan kənd orta
məktəbinin dam örtüyü tamamilə dəyişdirilmişdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin xətti
ilə ötən il Oğuz şəhər 2 nömrəli orta
məktəbində əsaslı təmir işləri
aparılmış, yeni, müasir tədris avadanlıqları
ilə təchiz olunmuşdur. Cari dərs ilində şəhər
2 və 3 nömrəli orta məktəblərində yeni quraşdırılmış
istilik sistemləri istifadəyə verilmişdir. Ulu öndərin
"Təhsilin müvəffəqiyyəti, ilk növbədə,
təhsil üçün yaradılan mühitdən asılıdır"
müdrik kəlamına əsaslanan Oğuz Rayon Təhsil
Şöbəsi Heydər Əliyev Fondunun vəsaiti hesabına
inşa edilən Muxas, Xalxal, Zərdab kənd orta
məktəblərində yeni istilik sistemlərinin quraşdırılmasını
Təhsil Nazirliyindən xahiş etmişdir. Bu il Təhsil Nazirliyinin xətti ilə Xaçmaz
kənd 1 nömrəli orta məktəbinin binasının
əsaslı təmiri də nəzərdə tutulmuşdur. M.NOVRUZOV Məktəbdə riyaziyyat gecəsi Bakıdakı 54 nömrəli orta
məktəbdə riyaziyyat müəllimi
Fəridə Nəsibovanın rəhbərliyi ilə
"Riyaziyyat gecəsi" keçirilib. Gecədə V-IX
siniflər üzrə riyaziyyat
fənnini yaxşı bilən şagirdlərdən
ibarət "üçbucaq" və "Kvadrat" komandaları
yarışıblar. Nəticədə riyaziyyatdan
tərtib olunmuş suallar əsasında yeddi
mərhələ üzrə keçən bu yarışda şagirdlərdən
Rövşən Hicranlı, Faiq Həsənov, Aydan Ələsgərova
və başqaları fərqləniblər. Tədbirdə iştirak edən
valideynlərdən Rübabə
Ələsgərova və Reyhan Hicranlı da söz alaraq bu cür
tədbirlərin keçirilməsinin mühüm
əhəmiyyətini qeyd edərək hər iki komandaya
gələcək yarışlarda uğurlar arzuladılar. Şakir CƏFƏROV
|