|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Təhsil naziri Yevlax və Zaqatala rayonlarında olub Mayın 5-də Yevlax rayonunun Mərkəzi Elektron Kitabxanasında ümummilli
lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə
həsr edilmiş "Heydər Əliyev- müasir
Azərbaycan dövlətinin banisidir" mövzusunda elmi-praktik
konfrans və Heydər Əliyev adına sarayda təhsil işçilərinin
iştirakı ilə müşavirə
keçirildi.Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri,
ali məktəb rəhbərləri, KİV əməkdaşları
və başqa qonaqlar iştirak
edirdilər. Tədbir iştirakçıları
əvvəlcə Yevlax Rayon İcra Hakimiyyətinin qarşısında
ucaldılmış ulu öndər Heydər Əliyevin
abidəsi önünə gül dəstələri qoydular. Sonra
rayondakı 8 nömrəli orta məktəbin açılış
mərasimi oldu. Tədbiri giriş sözü ilə Yevlax Rayon
İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq
sözü təhsil naziri Misir Mərdanova verdi. Nazir xalqımızın
ümummilli lideri Heydər Əliyevin və onun layiqli davamçısı
Prezident İlham Əliyevin ölkədə təhsilin inkişafına
göstərdikləri əvəzsiz qayğı və
diqqətdən ətraflı danışdı. Qonaqlarla birlikdə Heydər Əliyev
muzeyində olan nazir Xatirə kitabına ürək sözlərini
yazdı. Ertəsi gün Zaqatala rayonuna gələn
təhsil naziri Misir Mərdanov rayon icra hakimiyyətinin başçısı
Asif Əsgərovla birlikdə
Heydər Əliyev adına parkda ulu öndər Heydər
Əliyevin abidəsi önünə gül dəstələri
qoydu, sonra akademik Zərifə
Əliyeva adına liseyə baş çəkdi. Həmin gün təhsil naziri Misir Mərdanov
Zaqatala şəhərində
320, Mazıx kəndində 220 şagird yerlik yeni inşa
edilmiş orta məktəblərin və Mamrux
kəndində təzə tikilmiş 40 yerlik uşaq bağçasının
açılış mərasimlərində
iştirak etdi. Sonra
rayonun Suvagil kənd Mədəniyyət evində
təhsil işçilərinin iştirakı ilə
müşavirə keçirildi.
Müşavirədə Azərbaycanda
təhsil islahatlarının həyata
keçirilməsindən və təhsil işçiləri
qarşısında duran mühüm vəzifələrdən söhbət
açan nazir Misir Mərdanov bildirdi ki, ölkə başçısı,
ölkə ictimaiyyəti təhsil işçilərindən bu gün
daha keyfiyyətli təhsil gözləyir. Rayonlarda keçirilən sınaq imtahanlarının
nəticələrinə də münasibətini bildirən
nazir hər iki rayon üzrə nəticəsi aşağı
olan məktəblərin rəhbərlərinin işindən
narazı qaldığını vurğuladı və bu
sahədə ciddi tədbir görüləcəyini
nəzərə çatdırdı. (Ətraflı məlumat qəzetimizin növbəti nömrəsində dərc ediləcək).
Şakir CƏFƏROV
Dövlət Proqramı çərçivəsində Fransada 40 azərbaycanlı gənc təhsil alır "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə
Dövlət Proqramı" çərçivəsində
2007-2015-ci illər ərzində müxtəlif sahələr
üzrə Azərbaycana lazım olan kadr
potensialının gücləndirilməsi
məqsədilə 5000 gəncin dünyanın nüfuzlu ali
məktəblərində təhsil almağa göndərilməsi
nəzərdə tutulmuşdur.
Dövlət Proqramının icrasına başlanmasından
ötən dövr ərzində azərbaycanlı
gənclər Fransa, Türkiyə, Rusiya, Koreya, Almaniya və
ABŞ-ın ali məktəblərində dövlət hesabına
təhsil almaq hüququ qazanmışlar.2007-ci ildə
Təhsil Nazirliyinin KNOUS təşkilatı ilə imzaladığı
müqavilə çərçivəsində 13, 2008-ci ildə
isə 27 tələbə
Fransaya göndərilmiş və
gələcəkdə onların sayının artırılması
nəzərdə tutulmuşdur. Həmin
tələbələr hazırda Fransanın müxtəlif
universitetlərində təhsillərini
uğurla davam etdirirlər.
Beləliklə, bu gün Fransanın ali
məktəblərində 40 azərbaycanlı
tələbə Dövlət
Proqramı çərçivəsində təhsil alır. Onu da
qeyd edək ki, 2009-2010-cu dərs ili üçün Fransanın ali
məktəblərinə göndəriləcək
azərbaycanlı tələbələri müəyyənləşdirmək
məqsədilə Təhsil Nazirliyi
tərəfindən müsabiqə elan olunmuşdur.
R.ZİYADOV
|