|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
"Enerji və ətraf mühit" beynəlxalq müsabiqəsində fərqlənənlərə mükafatlar təqdim olundu Mayın 5-də "Kaspian plaza" otelinin
konfrans zalında Norveç təbiəti mühafizə
cəmiyyətinin "Enerji və resurslardan
səmərəli istifadə" məktəbli proqramının
təşkilatçılığı, Təhsil, Ekologiya
və Təbii Sərvətlər nazirliklərinin
dəstəyilə 2008-2009-cu dərs ilində təşkil
edilən "Enerji və ətraf mühit" adlı
beynəlxalq müsabiqənin milli mərhələsində
fərqlənən şagird və müəllim işlərinin
mükafatlandırılması mərasimi keçirildi.
Tədbirdə təhsil nazirinin müavini İsgəndər
İsgəndərov, Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin məsul əməkdaşı
Şövkət Bəkirov, Norveçin Azərbaycandakı
səfiri Jon Romberq və digər şəxslər iştirak
edirdilər. Mərasimdə proqramın milli koordinatoru
Nailə İsmayılova şəbəkənin yaranması
və müsabiqə haqqında məlumat verərək
bildirdi ki, əsas məqsəd məktəbliləri qlobal
ekoloji problemlərin müzakirələr zamanı daha çox
praktik işlərə yönəltməklə şagirdlərə
təbii ehtiyatlardan, enerjidən səmərəli
istifadə etmək məsuliyyətini aşılamaqdır.
Mərasimdə çıxış edən təhsil nazirinin
müavini İsgəndər İsgəndərov bildirdi ki,
tədbir əlamətdar günə - ümummilli lider Heydər
Əliyevin anadan olmasının 86-cı ildönümünə
təsadüf edir. Bu da məktəblilərimizə bir töhfədir.
Layihənin əhəmiyyətindən danışan nazir
müavini qeyd etdi ki, proqram çərçivəsində şagird
və müəllimlərin iştirak etdiyi "İstixana
qazlarını azalda bilərik" devizi altında keçirilən
müsabiqədə ictimaiyyətin iqlim dəyişiklikləri
məsələlərinə diqqətini yönəltmək,
maarifləndirmə işlərini artırmaqdır.
Təhsil, Ekologiya və Təbii Sərvətlər
nazirliklərinin də dəstək verdiyi müsabiqədə
Bakı şəhəri də daxil olmaqla respublikanın
11 bölgəsi iştirak etmişdir. Təqdim olunan müəllim
və şagird işləri resurslardan səmərəli
istifadə etməklə istixana qazlarının azaldılmasına
təsir etməyin fərdi və eyni zamanda sadə yollarını
nümayiş etdirir. Hər bir sahədə olduğu kimi,
təhsilə də göstərilən dövlət qayğısını
önə çəkən nazir müavini layihənin təşkilatçılarına
minnətdarlığını bildirdi. Digər çıxış
edənlər mövzu ilə bağlı öz fikirlərini açıqladılar. ümumilikdə 4 nominasiya üzrə 48 işin
təqdim olunduğu müsabiqədə Ucar, Qax və İsmayıllı
rayonlarının məktəbləri daha fəal olmuşlar.
Münsiflər heyəti 15 maraqlı işi qeyd etmişdir
ki, bunların arasından 5-i müsabiqənin beynəlxalq
mərhələsində iştirak etmək üçün tövsiyə
edilmişdir. Mərasimin sonunda müsabiqənin milli
mərhələsində fərqlənən işlərin
müəlliflərinə diplom, sertifikat və digər
hədiyyələr təqdim olundu. Fazil İDRİSOĞLU
|