|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Heydər Əliyevin tövsiyələri həyat devizimizdir Təhsil sistemində islahatların
əsas məqsədi ondan ibarətdir ki, Azərbaycanın
təhsil sistemi dünya təhsil sisteminin standartlarına uyğunlaşdırılsın...
Əgər biz bu yolla gediriksə, qısa bir zamanda
Azərbaycanda təhsil sistemini dünya standartlarına çatdıra
bilərik. Heydər ƏLİYEV Əsası ulu öndərimiz Heydər Əliyev
tərəfindən qoyulmuş siyasi və iqtisadi kursun möhtərəm
Prezidentimiz cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi nəticəsində son
illər Azərbaycan dünyada siyasi cəhətdən ən
stabil ölkələr sırasına çıxmış,
iqtisadi inkişaf tempinə görə lider ölkəyə çevrilmişdir.
Bütün bunlar ölkəmizdə təhsilin inkişafı
üçün hərtərəfli şərait yaratmışdır. Müasir dünyada hər bir ölkənin uğurlu
gələcəyi həmin ölkədə təhsilin
səviyyəsi ilə müəyyən olunur. Təbii
sərvətlərin bolluğu dövlətin inkişafının
əsas göstəricisi deyil,
başlıcası, bu sərvətlərin
cəmiyyətin hərəkətverici qüvvəsi olan insan
kapitalına çevrilməsini təmin etməkdir. Respublikamızın maliyyə imkanlarının
müxtəlif mənbələrdən, xüsusilə
neftdən gələn gəlirlər hesabına ilbəil
artması nəticəsində təhsilə ayrılan
vəsait hər il davamlı olaraq artır. ölkə büdcəsində
təhsil çəkisinə görə ikinci yerdədir. Müstəqil Azərbaycanda keyfiyyətli
biliyə söykənən təhsil sisteminin təməli
ulu öndər Heydər Əliyev tərəfindən 1999-cu
ildə təsdiq olunmuş "Azərbaycan Respublikasının
təhsil sahəsində İslahat Proqramı" ilə
qoyulmuşdur. Cəmiyyətin tərəqqisinin başlıca
amilləri olan elm və mədəniyyətin, xalqın
intellektual potensialının formalaşdırılması,
gənc nəslin yüksək hazırlıq
səviyyəsinin təmin edilməsi müddəaları
Proqramın ideya istiqamətinə çevrilərək
təhsil sistemimizin ən zəruri vəzifəsini müəyyənləşdirmişdir. ümummilli liderimiz Heydər Əliyev 1997-ci
ildə "2 fevral - Azərbaycan Gəncləri Gününün
elan edilməsi haqqında", 1998-ci ildə "Uşaq
hüquqları haqqında", 2001-ci ildə "Dövlət
dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında" və "Azərbaycan əlifbası
və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında",
2002-ci ildə "Gənclər siyasəti haqqında"
bir sıra tarixi fərmanlar və sərəncamlar imzalamışdır. Gənclərin mənəvi
tərbiyəsi ümummilli liderimizin daim diqqət
mərkəzində olmuşdur. O, gəncləri
həyatda fəal mövqe tutmağa, vətəndaş mövqeyi
nümayiş etdirməyə çağırırdı. Ulu öndər
deyirdi: "Hər bir insan gərək, eyni zamanda
vətəndaş olsun. Dövlətinə sadiq,
millətinə sadiq, ənənələrinə sadiq,
xalqına sadiq vətəndaş olsun". Heydər Əliyev gənclərin qüvvəsinə,
bilik və bacarığına inanır və onları yüksək
qiymətləndirirdi. O, ümumtəhsil məktəbləri
şagirdləri ilə "Bilik Günü"nə həsr
olunmuş tədbirlərdə, ali
məktəblərə qəbul olunmuş
tələbələrlə görüşlərində
gənc nəsli biliklərə əzmlə
yiyələnməyə, Vətənin ləyaqətli övladları
olmağa səsləyirdi: "Bizim məqsədimiz müstəqil
Azərbaycanın gələcəyi üçün daha bilikli,
zəkalı gənclər hazırlamaqdır... Siz
Azərbaycanın gələcəyini təmin edən
insanlar olacaqsınız. Azərbaycan
gələcəkdə sizin kimi gənclərin, formalaşmış
insanların çiyinlərində yaşayacaqdır". Heydər Əliyev irsində azərbaycançılıq
ideyası xüsusi yer tutur. Ulu öndər respublikamızda
xalqların vahid ailədə yaşamalarının
vacibliyini vurğulayır və diqqətə çatdırır
ki, Azərbaycan bu ölkədə yaşayan xalqların hamısı
üçün Vətəndir: "Biz azərbaycanlıyıq, hamımızın
Vətəni Azərbaycandır. Bizi bir xalq, bir millət,
bir insan olaraq bu torpaq ərsəyə gətirmişdir.
Buna görə də bizim hər birimizin canında
azərbaycançılıq ruhu yaşayır. Bizi
bir-birimizə bağlayan və daha çox birləşməyə
sövq edən də azərbaycançılıq ruhu,
azərbaycançılıq ideyası olmalıdır. Hər
bir dövlətin milli ideologiyası olur. Müstəqil
Azərbaycan Respublikasının milli ideologiyası da
azərbaycançılıq ideologiyasıdır". ümummilli lider tariximizi dərindən
bilməyin vacibliyini vurğulayarkən diqqəti aşağıdakı
məsələlərə yönəldirdi: "Əgər
bunu bilmirsə, o, həqiqi vətənpərvər ola
bilməz. Əgər bunu bilməsə, o, millətini
qiymətləndirə bilməz. Əgər onu
bilməsə, o, millətinə olan mənsubiyyəti
ilə istənilən səviyyədə fəxr edə
bilməz". Məktəbəqədər təhsil vahid
təhsil sisteminin ilk pilləsi olmaqla, uşaqların
intellektual, fiziki və psixoloji inkişafında, onların
şəxsiyyətinin formalaşmasında və
məktəbə hazırlanmasında xüsusi
əhəmiyyətə malikdir. "Beynəlxalq
Məktəbəqədər Tərbiyə Müəssisəsi"
- ABU təhsil kompleksinin ilk pilləsi olaraq, müəssisədə
tərbiyə alan uşaqlara vətənpərvərlik
hissinin aşılanmasına xüsusi önəm verir. Burada
vətənpərvərlik mövzusunu əks etdirən Dövlət
bayrağımıza, suvenirlərə, plakatlara, şəkillərə
hər tərəfdə rast gələ bilərik. Hər
səhər uşaqlar Azərbaycanın Dövlət himnini
əllərini ürəklərinin üstünə qoyaraq ifa
edirlər. Vətəni sevmək kimi yüksək əxlaqi
hiss məktəbəqədər yaşlı uşaqlarda
hər şeydən əvvəl Vətən və
vətənpərvərlik haqqındakı təsəvvürlərə
yiyələnmə nəticəsində yaranır. Biz
bilirik ki, bu gün gələcəyin əsgərini, zabitini,
tibb bacısını tərbiyə etmək nə
qədər məsuliyyətli işdir. Bağçamızda Azərbaycanın tarixini
əks etdirən muzey də təşkil olunub. Burada xalqımızın
keçmişinə dair maraqlı eksponatlar toplanmışdır.
Bizim devizimiz budur: "Keçmişini bilməyən xalqın
gələcəyi yoxdur". ümummilli liderimiz, böyük tarixi şəxsiyyət
Heydər Əliyevin tövsiyələri bu gün də,
gələcəkdə də xalqımız üçün örnək
olacaqdır. Mehriban ŞİRZADOVA, "Beynəlxalq Məktəbəqədər Tərbiyə Müəssisəsi"nin direktoru
|