|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Təhsil Nazirliyinin rəhbər işçiləri və ali məktəb rektorları Heydər Əliyev Fondunda olublar Azərbaycan Respublikasının təhsil
naziri Misir Mərdanov, nazir müavinləri, nazirliyin şöbə
və struktur bölmə rəhbərləri, paytaxtda
yerləşən ali məktəblərin rektorları ümummilli
lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü
və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının
5 illiyi ilə əlaqədar böyük öndərin
xatirəsinə hörmət və ehtiramlarını
bildirmək üçün mayın 4-də Heydər Əliyev
Fondunu ziyarət etdilər. Təhsil işçiləri Fondu
gəzərək buradakı zəngin ekspozisiya ilə tanış
oldular. Ulu öndərin şəxsi arxivindən götürülən,
onun həyat və fəaliyyətinin müxtəlif dövrlərini
əhatə edən fotoşəkillər, Azərbaycan
tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür
yaradan zəngin materiallar maraqla qarşılandı. ümummilli
liderin Bakıda, Naxçıvanda və Moskvada yaşadığı,
işlədiyi illər, hakimiyyətinin hər iki dövründə
ölkənin müxtəlif sahələrində həyata keçirilən
layihələr, qazanılan uğurlar da Fondun ziyarətçilərində
böyük maraq doğurdu. Zəngin ekspozisiya şərəfli
ömür salnaməsini xatirələrdə bir daha canlandırdı. Təhsil işçiləri ulu öndər
Heydər Əliyevin mədəniyyətə, elmə,
təhsilə, bu sahələrdə çalışan
insanlara diqqət və qayğısı, dünyanın müxtəlif
bölgələrində ümummilli liderin xatirəsinə göstərilən
ehtiramı əks etdirən stendlərə və guşələrə
də maraqla baxdılar. Ekspozisiya ilə tanışlıqdan sonra
təhsil işçiləri Fondun fəaliyyətinə
həsr olunan filmə tamaşa etdilər. Sonra təhsil
naziri Misir Mərdanov Fondun 5-illik yubileyi ilə bağlı
təhsil işçilərinin Heydər Əliyev Fondunun
Prezidenti Mehriban xanım Əliyevaya ünvanladıqları
təbriki, ən xoş istək və arzularını çatdırdı.
Nazir qeyd etdi ki, təhsil işçiləri ulu öndər
Heydər Əliyevin nəcib və xeyirxah
əməllərini yaşadan Fondun bütün
sahələrdə, xüsusilə də təhsildə
həyata keçirdiyi layihələri minnətdarlıqla qarşılayırlar. Y.ƏLİYEV
|