|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Heydər
Əliyev Fondu Azərbaycan-Pakistan münasibətlərinə
töhfə verir Fondun "Təhsilə dəstək" layihəsi çərçivəsində Pakistanda tikilən qızlar məktəbi istifadəyə verildi Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
şəxsi təşəbbüsü ilə inşa olunmuş
yeni bina 2005-ci ilin oktyabrında baş verən güclü
zəlzələ nəticəsində yararsız
vəziyyətə düşən məktəbin yenisi
ilə əvəzlənməsinə imkan yaratmışdır. Zəlzələ nəticəsində tamamilə yararsız vəziyyətə düşmüş məktəbin şagirdləri dərsləri çadırlarda və açıq səma altında keçmək məcburiyyətində qalmışdılar. |
"TƏHSİLƏ QOYULAN VƏSAİT öLKƏMİZİN GƏLƏCƏYİNƏ QOYULAN VƏSAİTDİR" İndi
biz faktiki olaraq, Azərbaycanda bütün məktəb
infrastrukturunu yeniləşdiririk. İndiyədək
800-ə yaxın məktəbin tikilməsi və
gələcək illərdə yüzlərlə
məktəbin tikintisi - bu, məktəb sahəsinin
maddi-texniki bazasının yeniləşdirilməsini,
təhsilin keyfiyyətini də, avadanlıqla təchizatı
da təmin edir. Eyni zamanda, hesab edirəm ki, indi vaxt
gəlib ki, biz mövcud məktəblərin təmirinə
də daha çox vəsait ayıraq. çünki buna da böyük
ehtiyac var, xüsusilə, Bakı şəhərində.
Yəqin ki, bu il, gələn il Bakı şəhərində
yerləşən bütün məktəblərin istilik
təchizatı problemləri həll olunmalıdır. Bu,
həll ediləcəkdir. Ondan sonra bütün başqa şəhər
və rayonlarda da biz bunu həll etməliyik və mövcud
məktəbləri də çox gözəl
səviyyəyə gətirib çıxarmalıyıq. Bu sahədə vəsaitə qənaət
etməməliyik. çünki təhsilə qoyulan vəsait ölkəmizin
gələcəyinə qoyulan vəsaitdir. Bütün inkişaf
etmiş ölkələrin uğurlarının
səbəbi də məhz ziyalı
təbəqəsidir, elmi-texniki tərəqqidir, texnoloji
yeniliklərdir. Biz də bu yolu seçmişik. İstəyirik
ki, bizim insanlarımız, gənc nəsil bilikli, savadlı
olsun və ölkəmizin inkişafında çox böyük rol
oynasınlar. Prezident İlham Əliyevin
sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilin
birinci rübünün yekunlarına həsr edilmiş iclasındakı
nitqindən. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin təhsilə göstərdiyi
diqqətin ən önəmli təzahürlərindən biri
də 2007-ci il sentyabrın 4-də "Ən yaxşı
ümumtəhsil məktəbi və ən yaxşı müəllim
mükafatlarının təsis edilməsi haqqında"
sərəncam imzalamasıdır. ötən müddət
ərzində müsabiqələrin keçirilməsi
istiqamətində bir sıra əhəmiyyətli işlər
görülüb. Sərəncamdan irəli gələn
vəzifələrlə əlaqədar respublikanın bütün
rayon (şəhər) təhsil şöbələrinə
təhsil naziri Misir Mərdanovun təlimati məktubu göndərilib.
Təhsil Nazirliyinin əməkdaşları, yerli və
beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələrindən
ibarət Təşkilat Komitəsi yaradılıb, müsabiqənin
keçirilməsi qaydaları hazırlanaraq təsdiq olunub,
təhsil ictimaiyyəti qaydalarda müəyyən edilmiş
şərtlər və meyarlarla tanış edilib.
|
Təhsil
Nazirliyinin kollegiyasında Yeni
qiymətləndirmə sistemi, nəticələr,
problemlər və qarşıda duran vəzifələr
geniş müzakirə olundu Fevralın 9-da Azərbaycan Respublikası Təhsil Nazirliyi kollegiyasının növbəti iclası keçirildi. "Yeni qiymətləndirmə sistemi: nailiyyətlər, problemlər və qarşıda duran vəzifələr" mövzusunda məsələnin müzakirə olunduğu geniş iclasda kollegiya üzvləri ilə yanaşı, millət vəkilləri, nazirliyin şöbə müdirləri və struktur bölmələri rəhbərləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul işçiləri, sınaq imtahanları keçirilən məktəblərin direktorları və imtahan rəhbərləri, KİV nümayəndələri iştirak edirdilər. |
1. ümumi müddəalar 1.1. Ən yaxşı ümumtəhsil
məktəbi müsabiqəsi Azərbaycan Respublikası
Prezidentinin "Ən yaxşı ümumtəhsil
məktəbi və ən yaxşı müəllim mükafatlarının
təsis edilməsi haqqında" 2007-ci il 4 sentyabr tarixli
2373 nömrəli sərəncamı əsasında təşkil
edilir. 1.2. Müsabiqənin keçirilməsində başlıca məqsəd innovativ təhsil proqramlarının tətbiqi ilə təlim-tərbiyə sahəsində uğurlu nəticələrə nail olan, keyfiyyət göstəricilərinə görə fərqlənən ümumtəhsil məktəblərini müəyyən etmək, yaradıcı pedaqoji kollektivlərin qabaqcıl təcrübəsini respublika miqyasında geniş yaymaq, təhsil müəssisələri arasında yenilikçilik uğrunda sağlam rəqabətin güclənməsinə real zəmin yaratmaq və ictimaiyyətin, valideynlərin, xeyriyyəçi iş adamlarının, biznes qurumlarının diqqətini məktəblərin inkişafı ilə bağlı məsələlərə fəal cəlb etməkdən ibarətdir. |
1. ümumi müddəalar 1.1. Ən yaxşı müəllim müsabiqəsi
Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı
ümumtəhsil məktəbi və ən yaxşı müəllim
mükafatlarının təsis edilməsi haqqında"
2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli sərəncamı
əsasında təşkil edilir. 1.2. Müsabiqənin keçirilməsində başlıca məqsəd ölkənin ümumi təhsil müəssisələrində çalışan yaradıcı müəllim potensialını üzə çıxarmaq, müasir təlim texnologiyalarının tətbiqi sahəsində uğurlu nəticələri ilə fərqlənən istedadlı müəllimləri müəyyən etmək, novatorluğa və innovasiyalara meyilli müəllimlərə pedaqoji ustalıqlarını nümayiş etdirmək üçün səmərəli şərait yaratmaq, cəmiyyətdə müəllimin statusunu və nüfuzunu yüksəltmək, dövlətin təhsil siyasətinin həyata keçirilməsində müəllimin rolunun getdikcə artmasına nail olmaq və onların peşəkarlıq səviyyəsinin yüksəldilməsində stimullaşdırıcı tədbirlərin mühüm əhəmiyyət daşıdığını geniş ictimaiyyətin diqqətinə çatdırmaqdan ibarətdir. |
Qabaqcıl
müəllimlərin təcrübəsindən istifadə
ediləcək On ildən çoxdur ki, Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının
nəzdində qəbul imtahanlarına düşən bütün
fənlər üzrə elmi-metodik seminarlar fəaliyyət göstərir.
İmtahanların məzmununa aid materialların
qəbul proqramları, imtahan sualları, test topluları,
metodik tövsiyələr və vəsaitlərin işlənib
hazırlanması bilavasitə bu seminarların və
TQDK-dan onların işini tənzimləyən Orta
təhsil üzrə yoxlama-ölçmə materialları sektorunun
fəaliyyətinin nəticəsidir.
Əməkdaşımız sektorun müdiri Afiqə Batıyeva ilə bu istiqamətdə görülən işlər və nəzərdə tutulan tədbirlər barədə söhbət etmişdir. |
Müəllimlər
elektron dərslikləri yüksək
qiymətləndirdilər Müasir
texnologiyaların sürətli inkişafı insan
tərəfindən informasiyanın qavranılmasını
tamamilə dəyişmişdir. Əsas informasiya
mənbələri radio, televiziya və İnternet olmuşdur.
İnformasiyanın rəqəmli-vizual formaları adi hal
aldığından onun tədrisdə istifadəsi
zərurəti də yaranmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən hazırlanıb ötən il məktəblərə çatdırılmış, müxtəlif fənləri əhatə edən multimedia dərslikləri ən yüksək səviyyədə interaktivliyi ilə fərqlənən müasir tədris vəsaiti kimi artıq istifadəyə verilmişdir. |
İKT
üzrə daha bir treninq keçirildi İnformasiya-kommunikasiya texnologiyalarının
təhsil sahəsində tətbiqi ilə bağlı
Proqramda əsas istiqamətlərdən biri də müəllimlərin
bu işə hazırlanmasıdır. Bu isə
treninqlər vasitəsilə həyata keçirilir. Belə tədbirlərdən biri də fevralın 12-də Bakı Kompüter Kollecində oldu. Həmin gün burada "İntel" korporasiyasının ölkəmizdə həyata keçirilən "Gələcəyin təlimi" layihəsi çərçivəsində birgünlük treninq təşkil edilmişdi. Bu sahədə yüksək hazırlığa malik məşqçi-müəllimlərin iştirak etdiyi məşğələni "İntel" şirkətinin Moskvadan gəlmiş təmsilçiləri - MDB ölkələrində həyata keçirilən proqramların direktoru Vera Baklaşova, Rusiya və Qazaxıstanda reallaşdırılan proqramların direktoru Yaroslav Bıkovski aparırdılar. |
Təhsil
sahəsində Azərbaycan-ABŞ əməkdaşlığı
daha da genişlənir ABŞ Dövlət Departamentinin
maliyyələşdirdiyi proqramlarda bu il ölkəmiz
necə iştirak edəcək? Bu sualla Təhsil Nazirliyinin Xarici
əlaqələr, informasiya və koordinasiya şöbəsinin
müdiri Qulu Novruzova müraciət etdik. O dedi: - Azərbaycan Respublikası Təhsil Nazirliyinin beynəlxalq əlaqələrində həm məzmun, həm də miqyas baxımından aparıcı ölkələr sırasında ABŞ xüsusi yer tutur. ümumiyyətlə, beynəlxalq əməkdaşlıqda ABŞ ilə əlaqələr Azərbaycan dövlətinin böyük əhəmiyyət verdiyi ən mühüm istiqamətlərdən biridir. Bu əlaqələrin içərisində təhsil sahəsində əməkdaşlıq xüsusi yer tutur. Təsadüfi deyil ki, Azərbaycan bu ölkə ilə müxtəlif təhsil proqramları çərçivəsində geniş əlaqələr yarada bilmişdir. Bunu yəqin etmək üçün ABŞ-ın Azərbaycanda həyata keçirdiyi layihələri sadalamaq kifayətdir. |
Adambaşına maliyyələşmə təhsilimizə nə verəcək? Azərbaycan təhsili daim inkişaf
edir, yeniləşir, dünya təhsil sahəsində olan
yeniliklər, qabaqcıl təcrübə öyrənilir.
Belə təcrübələrdən biri də adambaşına
maliyyələşdirmədir. Respublikamızda üç pilot
rayonu kimi seçilmiş Əli Bayramlı, Ucar və İsmayıllıda
olan ümumtəhsil məktəblərində, habelə Bakı
şəhərindəki ümumtəhsil
məktəbləri, peşə liseyi, peşə
məktəbi və orta ixtisas məktəblərində
adambaşına maliyyələşdirmə eksperiment kimi
qoyulub. Cari ildə isə bir çox təhsil müəssisəsi
bu maliyyələşmə formasından istifadəyə
keçib. ümumiyyətlə, adambaşına maliyyələşdirmə nə deməkdir? özünü maliyyələşdirmək məktəbə nə verəcək? Bu suallara aydınlıq gətirmək üçün Təhsil Nazirliyi Plan-maliyyə sektorunun müdiri Şahrza Əliyevlə görüşdük. O dedi: |
Bakalavr
pilləsi üçün ixtisasların yeni siyahısı hazırlanıb Bu
ildən ali məktəblərə qəbul həmin siyahıda
nəzərdə tutulan ixtisaslar üzrə aparılacaq ölkəmizin 2005-ci ildən Boloniya Bəyannaməsini imzalaması ilə ali təhsil müəssisələrimiz Avropa təhsil məkanına inteqrasiya imkanı qazanıb. Həmin prosesi sürətləndirmək üçün son illər Təhsil Nazirliyində və ali məktəblərdə ciddi iş aparılır. Bu istiqamətdə atılmış mühüm addımlardan biri də Təhsil Nazirliyi tərəfindən ali təhsilin bakalavr pilləsi üçün ixtisasların yeni siyahısının hazırlanmasıdır. Bəs hazırda təsdiq mərhələsində olan yeni siyahı hansı zərurətdən meydana gəlib? |
Magistr
hazırlığı
hansı
səviyyədə
aparılır ölkəmizdə çoxpilləli təhsil
sisteminin mühüm tərkib hissələrindən biri olan
magistratura 1997-ci ildən tətbiq olunur. ötən illər
ərzində təhsilimiz üçün yeni olan bu pillənin inkişafı
istiqamətində nə kimi işlər görülüb?
Magistratura təhsili bu gün hansı səviyyədədir?
Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin
baş məsləhətçisi Kamil Məcidov həmin
məsələ ilə bağlı aşağıdakı
məlumatları verdi: - Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Magistr hazırlığı haqqında" müvafiq qərarına əsasən 1997-1998-ci tədris ilindən respublikamızda ali təhsilin ikinci - magistr pilləsinə keçilib. Bu qərarla əlaqədar olaraq 1997-1999-cu illərdə müvafiq normativ - hüquqi baza yaradılıb, respublikada magistr hazırlığını həyata keçirmək məqsədilə lazımi sənədlər hazırlanıb və təsdiq olunub. |
Mikayıl
Müşfiqin yubileyi qeyd edildi Fevralın
13-də Bakıdakı 147 nömrəli texniki-humanitar liseyin
akt zalında Azərbaycanın görkəmli şairi Mikayıl
Müşfiqin anadan olmasının 100 illik yubileyi qeyd edildi. Mərasimdə professor Nizami
Cəfərov, yazıçı, professor Gülhüseyn Hüseynoğlu,
Xətai Rayon İcra Hakimiyyətinin məsul işçisi Qüdrət
Səfərov, Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin böyük məsləhətçisi Firudin Abbasov,
professor Məlikbaxış Babayev, məktəbin pedaqoji
kollektivi, şagirdlər və digər qonaqlar iştirak
edirdilər. Toplantını giriş sözü ilə açan liseyin direktoru Həlimə Mehdiyeva yığıncaq iştirakçılarını salamlayaraq şairin qısa, lakin şərəfli ömür yolu keçdiyini, bu gün də xatirələrdə yaşadığını, qədirbilən xalqımız tərəfindən həmişə hörmətlə anıldığını qeyd etdi. |
Uşaqlar
qayğıdan razılıq etdilər Dünyanın
131 ölkəsində 440 SOS Uşaq Kəndi var. 2000-ci
ildə ulu öndər Heydər Əliyevin
təşəbbüsü ilə "SOS Uşaq
Kəndləri - Azərbaycan" Assosiasiyası
yaradılıb. Elə o vaxtdan Sevil Əliyeva
Assosiasiyanın fəxri prezidenti seçilib. "SOS Uşaq
Kəndləri - Azərbaycan" Assosiasiyası imkanlı
şəxslərin, xeyirxah insanların, şirkətlərin,
ianələrin hesabına maliyyələşir.
Assosiasiyanın Xətai rayon filialında müasir tipli, 14
ailə evində 100 uşaq məskunlaşıb. Buraya 6
aylığından 8 yaşına qədər
kimsəsiz, valideyn himayəsindən məhrum olan uşaqlar
götürülür. Uşaqların bir neçəsi ilə görüşüb
söhbət edirik. - Adım Aydandır. 1999-cu ildə Balakən rayonunda anadan olmuşam. Bakı SOS Uşaq Kəndinə gəlişim belə yadımda qalıb. |