· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Əmrlər, sərəncamlar

 

N 171.  04.02.2008-ci il

Dünya fənn olimpiadaları iştirakçılarının dərs məşğələlərindən azad edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli, 1414 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı"nın 5.14-cü bəndinin  icrası ilə bağlı

ƏMR EDİRƏM:

1. Dünya fənn olimpiadalarında iştirak üçün seçilmiş istedadlı şagirdlərin hazırlıq səviyyəsinin yüksəldilməsinə daha əlverişli və səmərəli şərait yaratmaq məqsədilə onların  hər ilin noyabr və aprel aylarında dərs məşğələlərindən azad olunması məqsədəuyğun hesab edilsin.

2. Fizika, riyaziyyat, kimya, biologiya və informatika üzrə  fənn olimpiadalarının münsiflər heyətinin sədrləri (M.Murquzov, R.Quliyev, V.Abbasov, Ə.Fərəcov, R.Mahmudov) soyadı, adı, atasının adı, oxuduğu məktəb və sinif göstərilməklə dünya fənn olimpiadalarında iştirakı nəzərdə tutulan şagirdlər barədə    hər ilin mart və oktyabr aylarında nazirliyə məlumat versinlər.

3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

4. Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvalə olunsun.

 

Təhsil naziri: Misir MƏRDANOV