|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
"Ən
yaxşı müəllim" müsabiqəsinin keçirilməsi QAYDALARI 1. ümumi müddəalar 1.1. Ən yaxşı müəllim müsabiqəsi
Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı
ümumtəhsil məktəbi və ən yaxşı müəllim
mükafatlarının təsis edilməsi haqqında"
2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli sərəncamı
əsasında təşkil edilir. 1.2. Müsabiqənin keçirilməsində başlıca
məqsəd ölkənin ümumi təhsil müəssisələrində
çalışan yaradıcı müəllim potensialını
üzə çıxarmaq, müasir təlim texnologiyalarının
tətbiqi sahəsində uğurlu nəticələri
ilə fərqlənən istedadlı müəllimləri müəyyən
etmək, novatorluğa və innovasiyalara meyilli müəllimlərə
pedaqoji ustalıqlarını nümayiş etdirmək üçün
səmərəli şərait yaratmaq,
cəmiyyətdə müəllimin statusunu və nüfuzunu yüksəltmək,
dövlətin təhsil siyasətinin həyata keçirilməsində
müəllimin rolunun getdikcə artmasına nail olmaq və
onların peşəkarlıq səviyyəsinin yüksəldilməsində
stimullaşdırıcı tədbirlərin mühüm
əhəmiyyət daşıdığını geniş
ictimaiyyətin diqqətinə çatdırmaqdan ibarətdir. 1.3. Müsabiqə Azərbaycan Respublikasının
Təhsil Nazirliyi tərəfindən keçirilir. Müsabiqədə
müəyyən edilmiş şərtlərə cavab
verən, əsas iş yeri ümumtəhsil
məktəbləri olan müəllimlər iştirak edə
bilərlər. 1.4. Müsabiqədə Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdünü və ya mükafatını
alanlar iştirak etmirlər. 1.5. Müsabiqənin keçirilməsinə
rəhbərlik və nəzarət etmək üçün ictimai
əsaslarla təşkilat komitəsi yaradılır.
Təşkilat Komitəsinin tərkibinə qeyri-hökumət
təşkilatlarının və ictimaiyyətin nümayəndələri
də daxil edilir. Təşkilat Komitəsinin tərkibi
Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri
ilə təsdiq edilir. 1.6. Təşkilat Komitəsinin və müvafiq
işçi heyətlərinin tərkibinə daxil edilən müəllimlər
bu müsabiqədə iştirak etmirlər. 1.7. Müsabiqə prosesində
mərhələlər üzrə qiymətləndirmə
balları Təşkilat Komitəsi tərəfindən müəyyən
edilir. 1.8. Mübahisəli
məsələlərə baxılması üçün
təhsil nazirinin əmri ilə apellyasiya komissiyası
yaradılır. 2. Müsabiqədə iştirak üçün şərtlər 2.1. Müsabiqədə iştirak etmək
arzusunda olan müəllimlər üçün aşağıdakı
minimum şərtlər irəli sürülür: 2.1.1. pedaqoji iş stajının 5 və 5
ildən yuxarı olması; 2.1.2. ixtisasartırma kurslarından keçməsi,
pilot və digər inkişafyönümlü layihələr çərçivəsində
öyrədici treninqlərdə iştirakına dair,
habelə yeni təlim texnologiyalarının tətbiqi
ilə bağlı sertifikat alması; 2.1.3. təcrübə mübadiləsi
məqsədi ilə digər ölkələrdə təşkil
edilmiş müvafiq kursda (kurslarda) iştirak etməsi; 2.1.4. dərs demək, məşğələ
aparmaq üçün ixtisasartırma tədbirlərinə, seminar
və treninqlərə cəlb edilməsi; 2.1.5. pedaqoji mühazirələrdə,
elmi-təcrübi konfranslarda məruzələrlə çıxış
etməsi, əvvəlki illərdə təşkil olunmuş
"İlin ən yaxşı müəllimi" müsabiqəsinin
respublika mərhələsində mükafata layiq yer
(yerlər) tutması; 2.1.6. mətbuatda metodiki
məqalələrlə çıxış etməsi,
tədris vəsaitlərinin müəllifi olması haqqında
yazıların dərc edilməsi; 2.1.7. dərs dediyi ixtisas üzrə şagirdlərinin
ali məktəblərə qəbul imtahanlarında uğurlu
nəticələr qazanması, fənn olimpiadalarının,
müsabiqə, sərgi və yarışların yekun
mərhələsində mükafata layiq yerlər tutması; 2.1.8. əvvəlki illərdə "Baş
müəllim", yaxud "Metodist müəllim" adını
alması, dövlət və hökumət
təltiflərinə ("Şöhrət" ordeni,
"Tərəqqi" medalı, "Əməkdar müəllim",
"Qabaqcıl təhsil işçisi" döş nişanı
və s.) layiq görülməsi; 2.1.9. nazirliyin kollegiya qərarları və
əmrlərində, yerli təhsil orqanlarının müvafiq
sənədlərində səmərəli
fəaliyyətinin qeyd edilməsi, qabaqcıl təcrübəsinin
müxtəlif səviyyələrdə öyrənilib yayılmasının
rəsmiləşdirilməsi; 2.1.10. İKT-dən istifadə bacarıqlarına
malik olması; 2.1.11. ictimai birliklər, fondlar, yerli və
beynəlxalq qeyri-hökumət təşkilatları,
Valideyn-Məktəb Assosiasiyaları və digər qurumlar
tərəfindən aparılan sorğularda müəllim haqqında
müsbət mülahizə və rəylərin irəli sürülməsi; 2.1.12. Müəllimin fəaliyyətinin
qiymətləndirilməsi zamanı müəyyən edilmiş
digər zəruri şərtlər. 3. Müsabiqənin təşkili 3.1. Müsabiqə 3 mərhələdə
təşkil edilir. Müsabiqənin mərhələlər
üzrə keçirilmə müddətini hər il Azərbaycan
Respublikasının Təhsil Nazirliyi müəyyən edir. 3.2. Müsabiqədə iştirak etmək
istəyən müəllim hər il göstərilən vaxtda
Təşkilat Komitəsinə müəyyən olunmuş
formada ərizə ilə müraciət edir. Ərizə
elektron poçt vasitəsi ilə də göndərilə
bilər (office@edu.gov.az) 3.3. Sənədlərin qeydiyyata alınması
və müəyyən edilmiş tələblər əsasında
ekspertizasının aparılması üçün Təşkilat
Komitəsi tərəfindən ekspert qrupu (qrupları)
yaradılır. Ekspert qrupu sənədlərin ekspertizasını
aparır və nəticələr barədə Təşkilat
Komitəsinə hesabat hazırlayır. 3.4. Ekspertizanın yekununa görə daha çox
bal toplamış müəllimlər ekspert qrupunun müəyyən
edilmiş formada təqdimatı ilə ikinci
mərhələyə buraxılırlar. 3.5. Müsabiqənin ikinci mərhələsi
hər il müəyyən olunmuş vaxtda Bakı şəhərində
təşkil edilir. Bu mərhələnin iştirakçıları
ümumtəhsil məktəblərində ixtisasları üzrə
təklif olunan siniflərdə sınaq dərsləri aparırlar.
Sınaq dərslərinin qiymətləndirilməsi üçün
Təşkilat Komitəsi tərəfindən ixtisaslar
əhatə olunmaqla fənn komissiyaları yaradılır.
Fənn komissiyaları tanınmış alim və
metodistlərdən, təcrübəli mütəxəssislərdən,
ictimaiyyətin nümayəndələrindən ibarət
təşkil olunur. Sınaq dərsləri videolentə alınır. 3.6. Sınaq dərslərinin
qiymətləndirilməsi prosesində aşağıdakılar
zəruri tələb kimi nəzərə alınır: 3.6.1. mövzunun tədrisi üçün maraqlı
və optimal dərs formasının seçilməsi; 3.6.2. problemin qoyuluşu və həlli
prosesinə şagirdlərin fəal cəlb edilməsi,
şagirdlərlə həssas ünsiyyətin qurulması
və pedaqoji əməkdaşlıq münasibətlərinin
yaradılması; 3.6.3. dərsin fəal, interaktiv təlim üsullarının
səmərəli tətbiqi şəraitində tədris
edilməsi; 3.6.4. tədris olunan mövzunun şagirdlər
tərəfindən dərs prosesində
mənimsənilmə səviyyəsinin müəyyən
edilməsi; 3.6.5. şagirdlərin bütünlüklə
qiymətləndirilməsi üçün çevik formalardan istifadə
edilməsi. 3.7. Hər bir sınaq dərsi müvafiq
fənn komissiyasında müəllimin iştirakı ilə
təhlil edilir, ümumi rəy və nəticələr onun
nəzərinə çatdırılır. Fənn komissiyaları
növbəti mərhələyə təqdim olunanlar haqqında
Təşkilat Komitəsinə yekun hesabat hazırlayır. 3.8. Müsabiqənin üçüncü
mərhələsi Bakı şəhərində təşkil
edilir və bilavasitə Təşkilat Komitəsi
tərəfindən həyata keçirilir. Bu
mərhələdə iştirakçılar özləri haqqında
qısa məlumat verməklə, müasir dövrdə
təhsil prosesinin təşkilinin aktual
məsələlərinə dair Təşkilat
Komitəsinin təklif etdiyi mövzu ətrafında 10
dəqiqəlik təqdimatla çıxış edir və
verilən sualları cavablandırırlar. 4. Müsabiqənin yekunlaşdırılması 4.1. Təşkilat Komitəsi
tərəfindən zonalar üzrə qaliblərin seçilməsi
üçün müəllimlərin say nisbəti nəzərə alınmaqla
kvotalar müəyyənləşdirilir. 4.2. Təşkilat Komitəsi hər üç
mərhələnin nəticələrinə görə müəyyən
olunmuş zonalar üzrə kvotalara uyğun olaraq daha çox bal
toplamış 100 müəllimi seçir və müvafiq qaydada
Azərbaycan Respublikasının Prezidentinə təqdim
edir. 4.3. Müsabiqənin qalibləri müəyyən
olunmuş qaydada elan edildikdən sonra Azərbaycan
Respublikası Təhsil Nazirliyinin əmri ilə
rəsmiləşdirilir. 4.4. Müsabiqə qalibləri 5 min (beş min)
manat məbləğində pul mükafatı ilə
təltif olunurlar. 4.5. Bir müəllim ən yaxşı müəllimi
mükafatını 5 ildən tez olmayaraq, 1 dəfə ala
bilər. |