|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
"Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinə sənədlərin qəbulu martın 15-dək davam edəcək Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin təhsilə göstərdiyi
diqqətin ən önəmli təzahürlərindən biri
də 2007-ci il sentyabrın 4-də "Ən yaxşı
ümumtəhsil məktəbi və ən yaxşı müəllim
mükafatlarının təsis edilməsi haqqında"
sərəncam imzalamasıdır. ötən müddət
ərzində müsabiqələrin keçirilməsi
istiqamətində bir sıra əhəmiyyətli işlər
görülüb. Sərəncamdan irəli gələn
vəzifələrlə əlaqədar respublikanın bütün
rayon (şəhər) təhsil şöbələrinə
təhsil naziri Misir Mərdanovun təlimati məktubu göndərilib.
Təhsil Nazirliyinin əməkdaşları, yerli və
beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələrindən
ibarət Təşkilat Komitəsi yaradılıb, müsabiqənin
keçirilməsi qaydaları hazırlanaraq təsdiq olunub,
təhsil ictimaiyyəti qaydalarda müəyyən edilmiş
şərtlər və meyarlarla tanış edilib. Hər iki nominasiya üzrə müsabiqənin 3
mərhələdə keçirilməsi nəzərdə
tutulur. İlkin mərhələyə "Ən yaxşı
ümumtəhsil məktəbi" və "Ən yaxşı
müəllim" adını qazanmaq arzusunda olan
namizədlərin sənədlərinin qeydiyyata alınması
və müəyyənləşdirilmiş meyarlar əsasında
seçimin aparılması daxildir. Seçim prosesində zəruri
işlərin görülməsi məqsədilə hər iki müsabiqə
üzrə ayrı-ayrı işçi qrupların yaradılması
qərara alınıb. Təhsil Nazirliyinin Şəhərlər
üzrə ümumi təhsil və
məktəbəqədər tərbiyə şöbəsinin
baş məsləhətçisi, "Ən yaxşı ümumtəhsil
məktəbi" müsabiqəsinin məsul katibi
Məhərrəm Səfərov hazırda iştirak üçün
göndərilən sənədlərin qeydiyyata alınması
üzrə iş aparıldığını dedi və müsabiqəyə
18 sənədin təqdim olunduğunu bildirdi. Bunlardan 3-ü
Sumqayıt, 2-si Mingəçevir şəhərlərinin, 3-ü
İsmayıllı, 3-ü Kürdəmir, hərəsindən
biri olmaqla Qax, Ağdaş, Samux rayonlarının ümumtəhsil
məktəbləridir. Bakı şəhərindən
qeydiyyata alınan 4 ümumtəhsil müəssisəsi isə
Təhsil Nazirliyinin tabeliyində olan T.İsmayılov adına
"İntellekt" məktəb-liseyi,
"Tərəqqi" texniki-humanitar liseyi,
Fizika-riyaziyyat və informatika təmayüllü lisey və
S.Bəhlulzadə adına Xarici dillər təmayüllü
gimnaziyadır. Bu mərhələdəki
işin mexanizmi haqqında M.Səfərovun verdiyi
məlumatdan aydın oldu ki, qaydaya əsasən, müsabiqəyə
qatılmaq iddiasında olan məktəbin rəhbəri xüsusi
formalı məktubla müvafiq təhsil şöbəsinə müraciət
edir. Sənədlər araşdırılır və yalnız
məktəbin fəaliyyətinin qoyulan şərtlərə
uyğunluğu müəyyən edildikdən sonra Təşkilat
Komitəsinə təqdim olunur və qeydiyyata alınır.
"Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində
son 3 ildə təhsil müəssisəsinin məzunlarının
ali məktəblərə qəbul faizi və qəbul
imtahanlarında topladığı yüksək ballar,
respublika və beynəlxalq səviyyəli olimpiadalarda, müsabiqə
və yarışlarda şagirdlərin əldə etdiyi
nailiyyətlər, pedaqoji və şagird kontingentinin ayrı-ayrı
təşkilatların və şirkətlərin
həyata keçirdiyi layihələrdə iştirakı,
həmin məktəbdə Valideyn-Müəllim Assosiasiyasının
yaradılması və fəaliyyəti, daxili intizam
qaydalarına riayət olunmasının səviyyəsi
və s. məsələlər həlledici amil rolunu
oynayacaq. Kənd
rayonları üzrə ümumi təhsil və
məktəbəqədər tərbiyə şöbəsinin
aparıcı məsləhətçisi, "Ən yaxşı
müəllim" müsabiqəsinin məsul katibi Avaz Yusifovun
verdiyi məlumata görə, indiyədək bu yarışlarda
iştirak etmək üçün respublikanın müxtəlif bölgələrini
təmsil edən 138 müəllim müraciət edib. Onların
arasında Bakı, Sumqayıt, Əli Bayramlı və
Şəki şəhərlərində pedaqoji
fəaliyyət göstərən müəllimlər sayca daha
çoxdur və bir neçə fənni - riyaziyyat (23
nəfər), xarici dil (21 nəfər), Azərbaycan dili
və ədəbiyyatı (17 nəfər), fizika (14
nəfər) və tarixi
(13 nəfər) tədris edənlər, həmçinin ibtidai
sinif müəllimləri (16 nəfər) üstünlük təşkil
edir. "Ən yaxşı
müəllim" müsabiqəsində iştirak etmək
arzusunda olan müəllimlər məktəblərdən
fərqli olaraq Təşkilat Komitəsinə birbaşa müraciət
etmək hüququna malikdirlər.
Müsabiqədə müəllimin təlim-tərbiyə
prosesində qabaqcıl iş təcrübəsi ilə
fərqlənməsi, kompüter və müasir təlim
texnologiyalarından istifadə qabiliyyəti, şagirdlərinin
ayrı-ayrı göstəricilər üzrə yüksək
nəticələri əsas meyar kimi götürülür. "Ən
yaxşı ümumtəhsil məktəbi" və "Ən
yaxşı müəllim" müsabiqələrinə
sənəd qəbulu bir aya yaxın müddətdir ki, başlayıb
və təhsil naziri Misir Mərdanovun göstərişinə
əsasən martın 15-dək davam edəcək.
Digər mərhələlər üzrə zəruri
tədbirlərin həyata keçirilməsi də
nəzərdə tutulur. Hicran ƏKBƏROVA
|