|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Uşaqlar qayğıdan razılıq etdilər Dünyanın 131 ölkəsində 440 SOS Uşaq
Kəndi var. 2000-ci ildə ulu öndər Heydər Əliyevin
təşəbbüsü ilə "SOS Uşaq
Kəndləri - Azərbaycan" Assosiasiyası
yaradılıb. Elə o vaxtdan Sevil Əliyeva
Assosiasiyanın fəxri prezidenti seçilib. "SOS Uşaq
Kəndləri - Azərbaycan" Assosiasiyası imkanlı
şəxslərin, xeyirxah insanların, şirkətlərin,
ianələrin hesabına maliyyələşir.
Assosiasiyanın Xətai rayon filialında müasir tipli, 14
ailə evində 100 uşaq məskunlaşıb. Buraya 6
aylığından 8 yaşına qədər
kimsəsiz, valideyn himayəsindən məhrum olan uşaqlar
götürülür. Uşaqların bir neçəsi ilə görüşüb
söhbət edirik. -
Adım Aydandır. 1999-cu ildə Balakən rayonunda anadan
olmuşam. Bakı SOS Uşaq Kəndinə gəlişim
belə yadımda qalıb: 5 il öncə atam mənə
dedi ki, sən Bakı şəhərini tanımaq
istəyirdin, odur ki, hazırlaş, gedək. Biz bura - SOS Uşaq
Kəndinə gəldik. Atam dedi ki, sən burada xalalarla
qal, mən də bir azdan qayıdacağam. Bir neçə gün
darıxsam da, Lalə xalanın nəvazişi və uşaqlarla
dostluğum sayəsində mən buranı çox
istəməyə başladım. 2 il uşaq bağçasına
getdim. İndi də Xətai rayonundakı 257 nömrəli
orta məktəbin III sinfində oxuyuram. "4",
"5" qiymətlər alıram. Arzum böyüyəndə
həkim olmaqdır. Bir neçə dəfə atam və
anamla görüşmüşəm. Röya, Gülarə, Elvin, Elçin bacı-qardaşları
Cəlilabad rayonundandırlar. Onlar SOS Uşaq Kəndi açılandan
burada böyüyürlər. Onlar bu evdə tam qayğı ilə
əhatə olunublar. Uşaqların atası Qazaxıstana
qazanc dalınca getmiş, ananın dolanışıq
vəziyyəti çətin olduğundan 4 uşağını
SOS Uşaq Kəndinə gətirib. Aytən 6 ildir ki, SOS Uşaq
Kəndindədir. 257 nömrəli məktəbin VIII
sinfində oxuyur. Hər iki valideyni olsa da, onlarla müntəzəm
əlaqə saxlamaq istəmir. "Anam mənə dedi ki,
evə qayıt, mən isə etiraz etdim. Ona görə ki,
atam anamla bir yerdə yaşamır". Aytən nəvaziş göstərdikləri
üçün SOS Uşaq Kəndindəki ana və xalasından çox
razıdır. O, kimya, Azərbaycan dili və tarix
fənlərini dərindən öyrənmək istəyir.
Arzusu rəssam olmaqdır. Yaxşı şəkillər
çəkir. Vaxtı olanda ana və xalasına yemək hazırlamaqda
kömək edir. Dostları isə Dilbər, Aişə, Anar
və Elvindir. Aytən bildirdi ki, gələcəkdə
ali təhsil alacaq və işləyəcəyi müəssisələrdə
nümunəvi olmağa çalışacaq. Borclu olduğu SOS Uşaq
Kəndinin adını uca tutacaq. Aytən onlara yaradılan
şərait üçün hər kəsə minnətdardır. Sifai SƏFƏROVA, foto Fazil İDRİSOĞLUNUNDUR |