· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə


B.e ç.a ç. C.a C. Ş. B.
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29    
 

 

 

Azərbaycan Prezidenti İlham Əliyev "Sisko" şirkətinin sədri və baş icraçı direktoru Con çambersi qəbul edib

Görüşdə ölkəmizin təhsil sistemində yüksək texnologiyaların tətbiqinə böyük üstünlük verildiyi bildirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də Davosda onun üçün ayrılmış iqamətgahda, "Turmotel Viktoriya" mehmanxanasında "Sisko" şirkətinin sədri və baş icraçı direktoru Con çambersi qəbul etmişdir.

Görüşdə son zamanlar dünyada informasiya texnologiyalarının geniş tətbiq olunması, Azərbaycanda bu sahənin inkişafına böyük diqqət yetirilməsi vurğulandı. Con çambers Azərbaycanda Prezident İlham Əliyevin iqtisadiyyatın çoxşaxəliliyi və qeyri-neft sektorunun inkişafı istiqamətində apardığı siyasəti yüksək dəyərləndirdi, bu yolda informasiya texnologiyasının əsas rol oynadığını bildirdi.

TƏHSİLƏ QOYULAN VƏSAİT öLKƏMİZİN GƏLƏCƏYİNƏ 

QOYULAN VƏSAİTDİR"

İndi biz faktiki olaraq, Azərbaycanda bütün məktəb infrastrukturunu yeniləşdiririk. İndiyədək 800-ə yaxın məktəbin tikilməsi və gələcək illərdə yüzlərlə məktəbin tikintisi - bu, məktəb sahəsinin maddi-texniki bazasının yeniləşdirilməsini, təhsilin keyfiyyətini də, avadanlıqla təchizatı da təmin edir. Eyni zamanda, hesab edirəm ki, indi vaxt gəlib ki, biz mövcud məktəblərin təmirinə də daha çox vəsait ayıraq. çünki buna da böyük ehtiyac var, xüsusilə, Bakı şəhərində. Yəqin ki, bu il, gələn il Bakı şəhərində yerləşən bütün məktəblərin istilik təchizatı problemləri həll olunmalıdır. Bu, həll ediləcəkdir. Ondan sonra bütün başqa şəhər və rayonlarda da biz bunu həll etməliyik və mövcud məktəbləri də çox gözəl səviyyəyə gətirib çıxarmalıyıq.

Bu sahədə vəsaitə qənaət etməməliyik. çünki təhsilə qoyulan vəsait ölkəmizin gələcəyinə qoyulan vəsaitdir. Bütün inkişaf etmiş ölkələrin uğurlarının səbəbi də məhz ziyalı təbəqəsidir, elmi-texniki tərəqqidir, texnoloji yeniliklərdir. Biz də bu yolu seçmişik. İstəyirik ki, bizim insanlarımız, gənc nəsil bilikli, savadlı olsun və ölkəmizin inkişafında çox böyük rol oynasınlar.

 Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına həsr edilmiş iclasındakı nitqindən.

 

Koreya Respublikası Baş nazirinin müavini Heydər Əliyev Fondunda olub

Koreya Respublikası Baş nazirinin müavini, təhsil və insan ehtiyatlarının inkişafı naziri Kim Sin-İlin başçılıq etdiyi nümayəndə heyəti yanvarın 25-də Heydər Əliyev Fondunda olmuşdur.

Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri, ulu öndərin şəxsi arxivindən götürülmüş eksponatlar haqqında ətraflı məlumat verildi.

Bildirildi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond həm də genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.

Misir Mərdanov türkiyəli qonaqları qəbul etdi

Yanvarın 25-də təhsil naziri Misir Mərdanov Türkiyə Respublikası şəhərsalma və abadlaşdırma nazirinin müavini cənab Arif Korkmaz, Türkiyə Mühəndislər Birliyinin rəhbəri cənab İlyas Dəmirçi və bu birliyin digər üzvləri ilə görüşüb.

Nazir qonaqları səmimi salamlayaraq onları Təhsil Nazirliyində görməkdən məmnun olduğunu qeyd edib.

Görüşdə cənab Arif Korkmaz cari ildə Bakıda Türk Dünyası Memarlıq və Şəhərsalma üzrə II Qurultayın keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Qeyd edilib ki, müvafiq sahə üzrə I qurultay  2007-ci ilin aprelində Ankara şəhərində keçirilib. Eyni zamanda  qonaqlar ölkəmizdə olduqları müddətdə bir sıra dövlət qurumlarında görüşlər keçirəcəkləri barədə də məlumat veriblər.

YAP Gənclər Birliyinin üzvləri ilə Qubada görüş

Yanvarın 26-da Quba şəhərindəki Olimpiya Kompleksində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəal üzvləri - ölkənin dövlət və özəl universitetlərinin əlaçı tələbələri ilə "dəyirmi masa" keçirilib. Görüşdə təhsil naziri Misir Mərdanov və Yeni Azərbaycan  Partiyasının icraçı katibi Əli Əhmədov iştirak etmişlər.

Tədbiri giriş sözü ilə YAP-ın icraçı katibi Əli Əhmədov açıb, Partiyanın Gənclər Birliyinin fəaliyyəti və tələbələrlə görüşün məqsədi barədə məlumat verib.

Tədbirdə təhsil naziri "Davamlı inkişafa əsaslanan təhsil strategiyası" mövzusunda təqdimatla çıxış edib. Nazir öz təqdimatında ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılmış etibarlı baza əsasında son illərdə təhsilin inkişafı, ölkənin həyatında baş vermiş ən əhəmiyyətli nailiyyətlər barədə məlumat verib.

Boloniya prosesi: nəzəri və praktik məsələlər

Azərbaycan Təhsil Şurası bu mövzuda elmi-praktik konfrans keçirdi

 

ölkəmizdə təhsilin inkişafına və keyfiyyətinin yüksəldilməsinə kömək göstərməyi fəaliyyətinin əsas istiqaməti hesab edən, ictimaiyyətin və təhsili idarəetmə orqanlarının diqqətini daim təhsil sahəsində həlli vacib problemlərə yönəldən, onların həlli üçün təkliflər verən Azərbaycan Təhsil Şurası vaxtaşırı olaraq aktual mövzularda tədbirlər, elmi-nəzəri və təcrübi konfranslar, görüşlər, müzakirələr keçirir.

Şuranın Təhsil Nazirliyi ilə birlikdə yanvarın 30-da Təhsil Nazirliyinin akt zalında keçirdiyi "Boloniya prosesinin nəzəri və praktik-texnoloji məsələləri" mövzusunda elmi-praktik konfrans da belə tədbirlərdən biri idi.

İordaniyalı qonaqlar Təhsil Nazirliyində

Yanvarın 29-da təhsil naziri Misir Mərdanov İordaniya Krallığı Təhsildə Texnologiyalar Mərkəzinin baş meneceri cənab Məhəmməd Daud Əl-Macali, İordaniya Təhsil Nazirliyi Təhsilin planlaşdırılması departamentinin direktoru xanım Muna Mutaman və "Təhsildə təşəbbüs" qeyri-hökumət təşkilatının rəhbəri xanım Luma Atalla ilə görüşüb.

öncə nazir qonaqları səmimi salamlayıb və onları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu bildirib.

2 Fevral Gənclər Günüdür

"Azərbaycan gənclərinin genetik potensialı çox böyükdür"

O, Azərbaycan gənclərindən biridir. Amma onu həmyaşıdlarından fərqləndirən xüsusiyyətlər çoxdur. Gənc olsa da, böyükdən-kiçiyə hər kəs onu yaxşı tanıyır. Müsahibim Respublika Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad MURADOVDUR.

 - Fuad müəllim,  özünüz haqqında  bir qədər məlumat verərdiniz.

- 1979-cu il  iyulun 22-də Bakı şəhərində anadan olmuşam.

TEMPUS proqramı çərçivəsində seminar

ölkəmizin bir qrup ali təhsil işçisi Belçikanın Antverpen Universitetində keçirilən seminarda iştirak edib

  Təhsilin bütün sahələrində vüsətli islahatların aparıldığı ölkəmizdə Avropa təhsil məkanına inteqrasiya strateji hədəflərdən biri kimi götürüldüyündən qitə ölkələrinin təhsil həyatı ilə tanışlıq, bu sahədə gedən inkişaf proseslərinin öyrənilməsi zəruridir. Xüsusən də Boloniya prosesinə qoşulduğumuz ali təhsil sahəsində. Məhz bu zərurət nəzərə alınaraq Avropa dövlətlərinə təcrübə mübadiləsi, keçirilən beynəlxalq tədbirlərdə iştirak məqsədi ilə vaxtaşırı səfərlər təşkil olunur.

Uşaq problemləri

Uşaqlar kompüterdən neçə saat istifadə edə bilərlər?

Elmin, texnikanın inkişaf etdiyi bir dövrdə kompüterdən istifadə artıq gündəlik tələbata çevrilib. Respublikamıza gətirilən müxtəlif ölkələrin istehsalı olan kompüterlərin sayı da gündən-günə artmaqdadır. Bəs görəsən bu kompüterlər öz istifadəsinə görə nə qədər keyfiyyətlidir? Kompüter rahat işləmək baxımından arzuolunan səviyyədədirmi? Bu gün istifadə edilən kompüterlər əvvəlkilərdən nə ilə fərqlənir? Hazırda orta məktəblərdəki kompüterlər müasir tələblərə cavab verirmi? ümumiyyətlə, seçim zamanı hansı kompüterlərə üstünlük verilməlidir? Kompüter insan səhhətində nə kimi problem yarada bilər?

çətin tərbiyə olunan oğlanlar

çətin olsa da, tərbiyə olunurlar

Cəmiyyətdə  ailədən sonra   məktəb gələcəyimiz olan uşaqların tərbiyəsinə təsir göstərən başlıca amildir. Elə bir müəllim, valideyn tapılmaz ki, övladının tərbiyəsinə biganə qalsın.  Cəmiyyətdə bir qrup uşaqlar var ki, onların diqqətə, qayğıya daha çox ehtiyacı  var. Bunlar əlil,  eləcə də müxtəlif səbəblər üzündən valideyn himayəsində böyüməyən uşaqlardır. çox sevindirici haldır ki,  dövlətimiz bu uşaqların cəmiyyətə inteqrasiyası sahəsində bir çox  böyük layihələr həyata keçirir. Onların bu cəmiyyətin üzvü, xüsusilə gələcəkdə ölkəyə xeyir verə bilən vətəndaş kimi böyüyüb başa çatması istiqamətində təqdirəlayiq işlər görür. Təəssüf doğursa da, qeyd etməliyik ki, ölkəmizdə  kimsəsiz, əlil, ciddi tərbiyəyə ehtiyacı olan, hələ də küçələrdə yaşayan uşaqlarımız da var. Bu yazıda həmin uşaqların bir qisminin cəlb olunduğu Bakının Mərdəkan qəsəbəsindəki "Oğlanlar üçün açıq tipli xüsusi təlim-tərbiyə müəssisəsi"ndə gördüklərimizi qeydə aldıq.

Q.Qarayev - 90

"Onun mühazirələri də düşüncələri kimi bənzərsiz idi"

Rus bəstəkarı Rodion Şedrinin dediyi kimi,  Qara Qarayev  yeni Azərbaycan musiqisinin beynəlxalq   məktəbinin yaradıcısıdır. Həqiqətən, klassik və milli musiqi sənətimizin  inkişafında, dünya səviyyəsində tanınmasında onun danılmaz xidmətləri var. Qara Qarayev elə bir şəxsiyyətdir ki, onun  adı çağdaş Azərbaycan  musiqi mədəniyyəti quruculuğunda  böyük irs qoyub getmiş  dahi bəstəkarımız üzeyir Hacıbəyovun adı  ilə bir çəkilir. İstedadlı bəstəkarın  əsərlərinin hər biri  yenilik, gözəllik, güc və ifadəlilikdən doğan musiqidir.  Müəllimləri, həmkarları onun musiqi əsərləri haqqında həmişə yüksək fikirdə olublar.

 Azərbaycan musiqi sənətinə o, çox töhfələr verib.  Klassik və milli musiqimizin müxtəlif janrlarında   əsərlər  yaratmaqla bərabər, Qara Qarayev xalqımız üçün  yüzlərlə musiqişünas və onlarca bəstəkar yetirib. Tələbələri üçün Qara Qarayev əvəzsiz bir pedaqoq olub.