· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

20 nömrəli məktəb-liseydə istilik normaldır

 

Məktəblərdə istilik sisteminin necə işləməsini aydınlaşdırmaq məqsədi ilə Yasamal rayonundakı 20 nömrəli məktəb-liseydə olduq. Təhsil ocağının direktoru Əkbər Qocayevlə söhbətdən aydın oldu ki, 4  korpusdan ibarət məktəb-lisey ötən il əsaslı təmir olunanda köhnə istilik cihazları və boruları yenisi ilə əvəz edilib. Zirzəmidəki su nasosları dəyişdirilsə də, köhnə borular dəyişdirilməmişdir.  Məhz elə buna görə də dekabr və yanvar aylarında təhsil ocağı zəif qızdırılmışdır. Direktor qeyd etdi ki, Təhsil Nazirliyinin təmir-tikinti idarəsi ilə fevral ayından etibarən məktəb-liseyin ərazisində ayrıca qazanxana tikilməsi razılaşdırılıb. Yeni qazanxana istifadəyə verildikdən sonra çatışmazlıqlar tam aradan qaldırılacaq.

Biz təhsil müəssisəsinin dəhliz və sinif otaqlarında bir neçə istilik cihazlarına əlimizlə toxunduqda və siniflərdəki şagirdlərin palto və baş örtüyü olmadan əyləşmələrini gördükdə bu qənaətə gəldik ki, burada istilik nisbətən yaxşıdır.

Fazil İDRİSOĞLU,

foto müəllifindir