· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Koreya Respublikası Baş nazirinin müavini Heydər Əliyev Fondunda olub

Koreya Respublikası Baş nazirinin müavini, təhsil və insan ehtiyatlarının inkişafı naziri Kim Sin-İlin başçılıq etdiyi nümayəndə heyəti yanvarın 25-də Heydər Əliyev Fondunda olmuşdur.

Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri, ulu öndərin şəxsi arxivindən götürülmüş eksponatlar haqqında ətraflı məlumat verildi.

Bildirildi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond həm də genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.

Koreyalı qonaqlar ulu öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərlə, dahi şəxsiyyət haqqında kitablarla tanış oldular.

Kim Sin-İlə Fondun "Qarabağ xanəndələri" musiqi albomu hədiyyə edildi.

Nümayəndə heyətinin başçısı Xatirə kitabına ürək sözlərini yazdı.

 

 

 

 

Pakistanda tikilən qızlar məktəbi istifadəyə hazırdır

Beynəlxalq əlaqələrini genişləndirən Heydər Əliyev Fondunun Pakistanda inşa etdirdiyi yeni məktəb binası artıq istifadəyə tam hazırdır. Qızlar üçün nəzərdə tutulan yeni məktəbin binası Müzəffərabad şəhərinin Rara ərazisində inşa olunmuşdur.

Fondun bu layihəsi 2005-ci ildə baş verən güclü zəlzələ nəticəsində yararsız vəziyyətə düşən məktəbin yenisi ilə əvəzlənməsinə imkan yaratmışdır. Layihə çərçivəsində qısa müddətdə inşa olunan yeni təhsil ocağında müasir tələblərə cavab verən 10 sinif otağı, fənn kabinetləri, kitabxana və idman zalı vardır. Təhsil ocağı yüksək səviyyəli tədrisə imkan yaradan avadanlıqlarla təmin olunmuşdur. Yaxın günlərdə məktəbin açılış mərasimi olacaqdır.

"Yeniləşən Azərbaycana yeni məktəb" Proqramını uğurla həyata keçirən Heydər Əliyev Fondunun təşəbbüsü ilə indiyədək Azərbaycanda 200-dən artıq məktəb binası tikilib istifadəyə verilmişdir. Təhsil sahəsinin inkişafına xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondunun Pakistanda inşa etdirdiyi yeni məktəb binası "Təhsilə dəstək" layihəsi çərçivəsində xarici ölkədə tikdirdiyi ilk təhsil ocağıdır.