|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Misir Mərdanov türkiyəli qonaqları qəbul etdi Yanvarın 25-də təhsil naziri Misir
Mərdanov Türkiyə Respublikası şəhərsalma
və abadlaşdırma nazirinin müavini cənab Arif Korkmaz,
Türkiyə Mühəndislər Birliyinin rəhbəri
cənab İlyas Dəmirçi və bu birliyin digər üzvləri
ilə görüşüb. Nazir qonaqları səmimi salamlayaraq onları
Təhsil Nazirliyində görməkdən məmnun olduğunu
qeyd edib. Görüşdə cənab Arif Korkmaz cari
ildə Bakıda Türk Dünyası Memarlıq və Şəhərsalma
üzrə II Qurultayın keçirilməsinin nəzərdə
tutulduğunu bildirib. Qeyd edilib ki, müvafiq sahə üzrə I
qurultay 2007-ci ilin
aprelində Ankara şəhərində keçirilib. Eyni
zamanda qonaqlar ölkəmizdə
olduqları müddətdə bir sıra dövlət qurumlarında
görüşlər keçirəcəkləri barədə
də məlumat veriblər. Nazir də öz növbəsində bu təşəbbüsü
alqışlayıb və qurultayın keçirilməsinə
lazımi dəstək göstərməyə hazır olduğunu
açıqlayıb. Nazir bildirib ki, tədbirin keçirilməsi
ilə bağlı hər iki ölkə öz üzərinə düşən
vəzifələri müəyyənləşdirməli, müvafiq
iş aparılmalıdır. Görüşdə qurultayın cari ilin iyununda
3 gün ərzində keçirilməsi, dəvət olunacaq
qonaqlar və bu kimi məsələlər barədə söhbət
aparılıb. Azərbaycan Memarlıq və İnşaat
Universitetinin rektoru Gülçöhrə Məmmədova görüşdə
iştirak edib.
İordaniyalı qonaqlar Təhsil Nazirliyində Yanvarın 29-da təhsil naziri Misir
Mərdanov İordaniya Krallığı Təhsildə
Texnologiyalar Mərkəzinin baş meneceri cənab
Məhəmməd Daud Əl-Macali, İordaniya Təhsil
Nazirliyi Təhsilin planlaşdırılması
departamentinin direktoru xanım Muna Mutaman və
"Təhsildə təşəbbüs" qeyri-hökumət
təşkilatının rəhbəri xanım Luma Atalla
ilə görüşüb. öncə nazir qonaqları səmimi salamlayıb
və onları Təhsil Nazirliyində görməkdən
məmnunluq duyduğunu bildirib. İordaniya-Azərbaycan
əlaqələrinin yaranmasından danışan nazir
tarixi və milli dəyərlər baxımından yaxınlığın
mövcudluğunu qeyd edib. Nazir İordaniyanı son illər
dinamik inkişaf edən ölkə kimi
dəyərləndirərək burada İKT
sahəsində ciddi irəliləyişlərin olduğunu
diqqətə çatdırıb. Misir Mərdanov qonağa son illər ölkəmizin
yüksək sürətlə inkişaf etməsi, müstəqil dövlətimizin
qurucusu Heydər Əliyevin xidmətləri, hazırda bu
siyasətin ölkə Prezidenti cənab İlham Əliyev
tərəfindən uğurla davam etdirilməsi və müvafiq
sahəyə göstərilən diqqət barədə qonağa
məlumat verib. Eyni zamanda nazir Dağlıq Qarabağ münaqişəsi
zamanı torpaqlarından didərgin düşən soydaşlarımız,
dağıdılan təhsil müəssisələri və
digər mövcud problemlərdən danışıb. Azərbaycanda təhsil sisteminin strukturu,
təhsildə aparılan yeniliklər, yeni məktəb
tikintisi, həyata keçirilən proqramlar, şagirdlərin
dərsliklərlə pulsuz təminatı, yeni Milli
Kurrikulum sənədinin hazırlanmasından söz açan
nazir, eyni zamanda Dünya Bankı ilə birgə aparılan
islahatlar, orta məktəblərin kompüterlərlə
təminatı, İnternet şəbəkəsinə qoşulması,
bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq
edildiyini də xüsusi vurğulayıb. Təhsil naziri Misir Mərdanov görüşdə
İordaniya-Azərbaycan arasında təhsil sahəsi üzrə
gələcək əlaqələrin qurulması
istiqamətində bir sıra təkliflər irəli sürüb.
Nazir bu məqsədlə İordaniya
məktəblərində İKT-nin tətbiqi üzrə
təcrübənin öyrənilməsi, "Qardaşlaşmış
məktəblər" layihəsi çərçivəsində
müvafiq işlərin həyata keçirilməsi, müəllim,
tələbə, şagird mübadiləsinin aparılması,
müəyyən yarış, simpozium və olimpiadaların
təşkili, habelə Bakıdakı orta
məktəblərin birində ərəb dili tədrisi
məsələsini qeyd edib. Nazir qonaqların bu səfərinin hər
iki ölkənin təhsil sahəsi arasında əməkdaşlığın
daha səmərəli qurulmasına şərait yaradacağını
vurğulayıb. Cənab Məhəmməd Daud Əl-Macali
səmimi qəbul üçün təşəkkür edib və öz
ölkəsinin təhsil sistemi, "Biliklərə
əsaslanan iqtisadiyyat", məktəblərin kompüterlərlə
təminatı, elektron dərsliklərin hazırlanması,
kurrikulum və İKT-nin məzmunu, təhsil sahəsi üzrə
islahatların aparılması, bu sahə ilə bağlı
problemlərin həllinə dair görülən işlər
haqda nazirə məlumat verib. Sonra "Təhsildə təşəbbüs"
qeyri-hökumət təşkilatının rəhbəri xanım
Luma Atalla rəhbərlik etdiyi təşkilatın
məramı və fəaliyyətindən danışıb,
bu təşkilatın öz ölkəsinin Təhsil Nazirliyinin
həyata keçirdiyi tədbirlərdə yaxından iştirak
etdiyini bildirib. Səmimi və qarşılıqlı anlaşma
şəraitində keçən görüşdə elmi
tədqiqatların aparılması üzrə mübadilə,
ali və peşə təhsili, habelə bu kimi
məsələlər müzakirə olunub.
|