|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Q.Qarayev
- 90 "Onun
mühazirələri də düşüncələri kimi
bənzərsiz idi" Rus bəstəkarı Rodion Şedrinin
dediyi kimi, Qara Qarayev yeni Azərbaycan musiqisinin beynəlxalq məktəbinin yaradıcısıdır.
Həqiqətən, klassik və milli musiqi
sənətimizin inkişafında,
dünya səviyyəsində tanınmasında onun danılmaz
xidmətləri var. Qara Qarayev elə bir şəxsiyyətdir
ki, onun adı çağdaş
Azərbaycan musiqi
mədəniyyəti quruculuğunda
böyük irs qoyub getmiş
dahi bəstəkarımız üzeyir Hacıbəyovun
adı ilə bir çəkilir.
İstedadlı bəstəkarın
əsərlərinin hər biri
yenilik, gözəllik, güc və ifadəlilikdən doğan
musiqidir. Müəllimləri,
həmkarları onun musiqi əsərləri haqqında
həmişə yüksək fikirdə olublar. Azərbaycan
musiqi sənətinə o, çox töhfələr verib.
Klassik və milli musiqimizin müxtəlif janrlarında
əsərlər yaratmaqla
bərabər, Qara Qarayev xalqımız üçün yüzlərlə musiqişünas və onlarca
bəstəkar yetirib. Tələbələri üçün Qara
Qarayev əvəzsiz bir pedaqoq olub.
Onun dahiliyini, böyüklüyünü daim hiss ediblər.
Görkəmli bəstəkarla bağlı
xatirələr çoxdur. İndi tələbələri
üçün şirin xatirəyə dönmüş hadisələr, günlər
bir vaxtlar onların həyatında bir
dönüş və yenilik olub.
Görkəmli pedaqoqun vaxtilə sevimli
tələbələrindən biri olmuş, hazırda
Bəstəkarlar İttifaqının sədri
vəzifəsində çalışan Firəngiz Əlizadə
ilə Qara müəllimin xatirəsini
bir daha yada salmaq üçün görüşdük. "Qara
Qarayev bizim həm mənəvi
atamız, həm də gözəl müəllimimiz
idi"
Hər hansı
bir tələbəni yaxından tanımaq üçün Qara
Qarayevin onun üzünə baxması
kifayət edərdi. Bu adam əsl psixoloq idi. 1965-ci ildə
Konservatoriyaya (indiki Musiqi Akademiyası) daxil oldum. 3-cü
kursda oxuyarkən Qara Qarayevin tələbəsi oldum. Onun
həyatı ilə pedaqoji prinsipləri
vəhdət təşkil edib. O, nəinki dahi
bəstəkar, həm də dahi pedaqoq idi. Söylədiyi
bir fikir indiyə kimi yaxşı yadımdadır. "Müəllim
auditoriyada tələbələrinə bir söz deyib,
kənarda əksinə, başqa cür addım atarsa, o insanın
cəmiyyətdə heç
vaxt nüfuzi və hörməti olmayacaq". özünə qarşı
tələbkarlıq, insanlara qarşı səmimilik,
incəsənəti təmiz əllərlə qurmaq müəllimimin
həyat prinsipləri olub.
Tələbələrindən vaxtını
əsirgəməzdi. Dərslərimiz həftədə 2
dəfə keçilsə
də, bazar günləri də onunla görüşərdik. Bu
dəfə o, bizimlə ya dünya ədəbiyyatına aid
əsərlərdən birini təhlil edər, ya da
lentə yazılmış musiqisinə
qulaq asıb müzakirələr
aparardı. Qara Qarayevin
işləri həddindən çox idi. Tez-tez Moskvaya
gedərdi, çünki o, SSRİ
Bəstəkarlar İttifaqının katibi idi
və ictimai işlərlə çox məşğul
olardı. Amma Bakıda olanda çalışardı ki,
tələbələri ilə vaxtaşırı ünsiyyətdə
olsun. Onun mühazirələri də düşüncələri
kimi bənzərsiz idi. Söhbətlərinlən doymazdıq.
Digər tərəfdən,
tələbələrinə qarşı çox ciddi və
tələbkar idi. Həftədə 2 dəfə
yeni musiqi əsəri yazıb gətirməli idik.
Bu, çox çətin idi. Elə vaxtlar olub ki, mən bu tapşırıqları
asanlıqla yerinə yetirmişəm. Hər dəfə
yeni əsər bəstələyirdim.
Amma elə anlarım
olub ki, yeni musiqi
bəstələmək haqqında düşünsəm də,
heç nə alınmayıb. Yaxşı yadımdadır,
bir dəfə alman
bəstəkarı Berqin xatirəsinə sonata yazdım.
Sonatanın 1-2-ci hissələrini yazdım, amma 3-sünü hazırlaya
bilmədim. çox həyəcanlı idim. Dərsdən
qalmaq istəmirdim, amma əsər yarımçıq qaldığına
görə utandığımdan bir qərara gələ
bilmirdim. Amma mən dərsə getdim. O, mənim üzümün
ifadəsindən çox məyus olduğumu hiss edib, həmin
gün elə etdi ki, mənə növbə çatmadı.
özümü
çox xoşbəxt hiss edirdim. Müəllim
tələbəsini onun qarşısında mənəvi
əzab çəkməkdən xilas etdi. Təbii ki, bu
hərəkət Qara Qarayev böyüklüyünə xas addım
idi. Sinifdə onun 15 tələbəsi olardı.
Amma bəstəkardan öyrənmək istəyənlər
çox idi. Tələbələrlə
yanaşı, müəllimlərimiz, musiqişünaslar onun
dərsində iştirak etdilər. Paxıllıq Qara
Qarayev dühasına yad
idi. Bu əliaçıq insan
tələbələrinə çox səmimi şəkildə
ideyalarını, planlarını açıqlayardı.
Arzulayardı ki, tələbələri
əsl musiqiçi olsunlar. Qara Qarayev mənən deyil, hətta maddi
baxımdan da tələbələrinə dəstək
olardı. Qrupumuzda Afaq Cəfərova adlı bir qız (söhbət
bəstəkar Afaq Cəfərovadan gedir) oxuyurdu. Ehtiyacı
çox idi. O, bir il Afaq
Cəfərovaya öz hesabına təqaüd verdi. Afaq elə
bilirdi ki, bu təqaüdü ona konservatoriya verir.
Amma sonralar bəlli oldu ki,
bu pulu ona Qara
Qarayev verirmiş. Konservatoriyanın həm pianoçuluq, həm
də bəstəkarlıq fakültələrini qırmızı
diplomla bitirdim. Amma mənə yaxşı iş
vermədilər. Konservatoriyanın nəzdində uşaqlar
üçün fəaliyyət göstərən musiqi kurslarına müəllim
göndərildim. Qara
Qarayev Moskvadan gələndə bundan xəbər tutdu, çox
həyəcanlandı. Məni də götürüb o vaxtlar prorektor olan Bilqeyis
Məmmədovanın yanına gəldi.
Dedi ki, Firəngiz elə bir fənn yoxdur onu
bilməsin. Bilqeyis xanım, onu yaxşı işlə
təmin etmək lazımdır. Qara Qarayevin bu sözlərindən sonra elə
konservatoriyanın da, mənim
də taleyimdə böyük dönüş oldu. Akademiyada müasir
musiqi kursu və orkestrləşmə tarixi fənləri
açıldı. Hər iki fənn üzrə
dərs deməyə başladım. Sonrakı
illərdə bu fənlər üzrə yeni dərsliklər
yazdım və dissertasiya müdafiə etdim. Təvazökarlıqdan uzaq olmasın, onun
mənə münasibəti qeyri-adi idi. Bir dəfə böyük
zalda Qara Qarayevin tələbələrinin konserti idi.
Mən də bəstəkar kimi bu tədbirdə
əsərimi ifa etdim. İfamı bitirən kimi bir də gördük ki,
Qara Qarayev çıxdı səhnəyə və məni
qucaqlayıb dedi: "Əsl müasir musiqi budur".
Ailəvi tanışlığımız
yox idi, amma neçə
illər sonra o, atamla tanış olmaq istədi. Atam müəllimimgilə
getdi və bu tanışlıq Qara Qarayevlə bağlı
təəssüratları birə-min artırdı.
Atam dedi ki, mən belə insan görməmişəm.
Bu tanışlıqdan sonra vaxtaşırı Qara müəllim
soruşardı: "Mənim
qardaşım necədir?" Qara Qarayev bizim həm
mənəvi atamız,
həm də gözəl müəllimimiz idi.
"Mənə
elə gəlir ki, Oqtay, səni bəstəkarlıq şöbəsinə
götürmək olar" - bu sözlər bəstəkarla
tələbə arasında zarafata dönmüş
kəlmələrə çevrildi Uşaq bəstəkarı kimi tanıdığımız
və sevdiyiimiz Oqtay
Zülfüqarov deyir ki, indinin özündə də onun ölümünə
inana bilmirəm. Elə bilirəm ki, o, yenə Moskvada yaşayır, yazıb-yaradır.
Onunla bağlı xatirələrim çoxdur. Bu
xatirələrin tarixçəsi konservatoriyaya qəbul olunduğum
illərdən başlayıb. 1951-ci ildə dahi bəstəkarımız
konservatoriyanın rektoru idi. İmtahan verirdim. Mən violonçel
üzrə musiqi məktəbini bitirmişdim. Qəbul imtahanımızda
Qara Qarayev də iştirak edirdi. Mən də
abituriyentlər kimi musiqi ədəbiyyatından imtahan
verirdim. Başladılar məni sual-cavab etməyə,
bəstəkarların əsərlərini soruşmağa.
Bütün cavablarımın əvvəlində
"Mənə elə gəlir ki"
ifadəsini işlədirdim. Bu kəlməni çox işlətdiyimi
hiss edən Qara
Qarayev nəhayət məndən soruşdu:
"Oqtay, bütün cavablar düzdür, amma mən başa düşə
bilmirəm "mənə elə gəlir ki" nə
deməkdir". Cavabında dedim ki, Qara müəllim, sizi görəndə
özümü itirdim. Sizin kimi dahi bəstəkarın, rektorun qarşısında
cavab vermək çox böyük məsuliyyətdir. Mən adi bir
violonçelçalan, siz dahi bəstəkar. Sonra elə oldu ki, violonçel sinfində oxusam
da, gizlicə musiqi əsərləri yazırdım.
2-3 dəfə elə oldu ki, violonçeldə çalarkən
simləri qırıldı. Mənim bir tələbə
dostum vardı. Müəllimimə
dedi ki, o, əsər yazır, violonçel çalmaq
istəmir. Belə deyəndə, müəllimim
əlimdən tutdu və məni Qara Qarayevin yanına apardı.
İkinci yaxından tanışlığımız bu cür
başladı. Dekabrın 31-də - yeni il gecəsində Qara
Qarayev ailəsini bir kənara qoyub mənim
musiqi əsərlərimə qulaq asdı.
İfalar bitdikdən sonra Qara Qarayev dedi:
"Mənə elə gəlir ki, Oqtay, səni
bəstəkarlıq şöbəsinə götürmək
olar". çox xoşbəxtəm
ki, Qara Qarayev kimi dahi bəstəkarın sinfində oxudum.
Söhbəti qələmə aldı: Aynur
GüLüSTAN |