· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə


B.e ç.a ç. C.a C. Ş. B.
    1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30

 

Prezident İlham Əliyev Naxçıvan Tibb Məktəbinin yenidən qurulmuş binasının açılışında iştirak edib

İyunun 3-də Naxçıvan Tibb Məktəbinin yenidən qurulmuş binasının açılışı olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

Şəhər sakinləri və məktəbin kollektivi dövlət başçısını və xanımını səmimiyyətlə qarşıladılar. Mehriban Əliyevaya gül dəstəsi təqdim olundu.

Prezident İlham Əliyev məktəbin açılışını bildirən lenti kəsdi.

Sonra dövlət başçısı və xanımı məktəblə tanış oldular.

"TƏHSİLƏ QOYULAN VƏSAİT öLKƏMİZİN GƏLƏCƏYİNƏ 

QOYULAN VƏSAİTDİR"

İndi biz faktiki olaraq, Azərbaycanda bütün məktəb infrastrukturunu yeniləşdiririk. İndiyədək 800-ə yaxın məktəbin tikilməsi və gələcək illərdə yüzlərlə məktəbin tikintisi - bu, məktəb sahəsinin maddi-texniki bazasının yeniləşdirilməsini, təhsilin keyfiyyətini də, avadanlıqla təchizatı da təmin edir. Eyni zamanda, hesab edirəm ki, indi vaxt gəlib ki, biz mövcud məktəblərin təmirinə də daha çox vəsait ayıraq. çünki buna da böyük ehtiyac var, xüsusilə, Bakı şəhərində. Yəqin ki, bu il, gələn il Bakı şəhərində yerləşən bütün məktəblərin istilik təchizatı problemləri həll olunmalıdır. Bu, həll ediləcəkdir. Ondan sonra bütün başqa şəhər və rayonlarda da biz bunu həll etməliyik və mövcud məktəbləri də çox gözəl səviyyəyə gətirib çıxarmalıyıq.

Bu sahədə vəsaitə qənaət etməməliyik. çünki təhsilə qoyulan vəsait ölkəmizin gələcəyinə qoyulan vəsaitdir. Bütün inkişaf etmiş ölkələrin uğurlarının səbəbi də məhz ziyalı təbəqəsidir, elmi-texniki tərəqqidir, texnoloji yeniliklərdir. Biz də bu yolu seçmişik. İstəyirik ki, bizim insanlarımız, gənc nəsil bilikli, savadlı olsun və ölkəmizin inkişafında çox böyük rol oynasınlar.

 Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına həsr edilmiş iclasındakı nitqindən.

 

Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva və Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan Naxçıvan Dövlət Universitetində olublar

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri çərçivəsində onun xanımı Əminə Ərdoğan iyunun 4-də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın müşayiəti ilə Naxçıvan Dövlət Universitetində olmuşdur.

Universitetin müəllim və tələbələri hörmətli qonaqları səmimiyyətlə qarşıladılar.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Türkiyənin Baş nazirinin xanımı Əminə Ərdoğan universitetin konservatoriyasına gəldilər. Konservatoriya ilə tanışlıq zamanı bildirildi ki, 350-dək müəllimin çalışdığı universitetdə 4 min tələbə təhsil alır. 10 fakültənin hər birində auditoriyalar kompüter avadanlığı ilə təchiz olunub və İnternetə qoşulubdur. 

Təhsil Nazirliyinin kollegiya iclasında

üçüncü yoxlama  imtahanının nəticələri və buraxılış imtahanlarına hazırlıqla bağlı məsələlər müzakirə olundu

 İyunun 4-də Azərbaycan Respublikası Təhsil Nazirliyi kollegiyasının iki iclası keçirildi. Günün birinci yarısında keçirilən və bütövlükdə ümumtəhsil məktəblərində şagird nailiyyətlərinin qiymətləndirilməsinə həsr olunan iclasda kollegiya üzvləri ilə bərabər, Təhsil Nazirliyinin struktur bölmələrinin rəhbərləri, rayon və şəhər təhsil şöbə müdirləri mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarının aparılacağı məktəblərin direktorları və imtahan rəhbərləri iştirak edirdilər.

İclasın müzakirəsinə 2 məsələ çıxarılmışdı: "27 aprel 2008-ci il tarixində mərkəzləşdirilmiş qaydada keçirilmiş üçüncü yoxlama imtahanının nəticələri və buraxılış imtahanlarına hazırlıq" və "2006-2007-ci dərs ilində ümumtəhsil məktəblərinin XI siniflərini "əla" qiymətlər və fərqlənmə attestatı ilə bitirmiş məzunların ali məktəblərə qəbulu vəziyyəti".

Təhsil Nazirliyinin kollegiya iclasında

 

2007-ci ildə Təhsil Nazirliyində vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılması vəziyyəti

 

İyunun 4-də, günün ikinci yarısında Təhsil Nazirliyinin kollegiya iclasında "2007-ci ildə Təhsil Nazirliyində vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılması vəziyyəti" və  "Gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi vəziyyəti" ilə bağlı məsələlər müzakirə olundu. Kollegiya üzvləri ilə bərabər nazirliyin məsul işçiləri, müvafiq struktur bölmələri və şöbələrinin, təhsil müəssisələri rəhbərlərinin, respublikanın əksər rayon təhsil şöbəsi müdirlərinin, fənn müəllimlərinin  və KİV nümayəndələrinin iştirak etdiyi iclası açan Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov vətəndaşların ərizə və şikayətlərinə baxılmasına ciddi yanaşmanın çox vacib olduğunu, bu işin böyük əhəmiyyət kəsb etdiyini bildirdi.

Gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi vəziyyəti

Həmin kollegiya iclasında daha sonra ikinci məsələ - "Gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi vəziyyəti" müzakirə olundu. Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətin yüksək səviyyədə aparılması üçün orta ümumtəhsil məktəblərinin X-XI siniflərində tədris olunan gənclərin çağırışaqədərki hazırlığı fənninin xüsusi əhəmiyyət daşıdığını dedi və məhz bu səbəbdən fənnin tədrisinə məsuliyyətlə yanaşılmasının zəruri olduğunu vurğuladı. Bu məqsədlə həyata keçirilən tədbirlər haqqında danışan Misir Mərdanov ölkə Prezidentinin tapşırığına əsasən fənnə aid dərsliyin hazırlandığını və cari dərs ilində digər dərsliklərlə bərabər, şagirdərə pulsuz paylandığını bildirdi. Lakin gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisində müxtəlif problemlərin mövcudluğunun heç kəs üçün sirr olmadığını deyən nazir kollegiya iştirakçılarının diqqətinə çatdırdı ki, bu sahədəki nöqsan və çatışmazlıqları müəyyən etmək məqsədilə Təhsil Nazirliyinin əməkdaşlarının iştirakı ilə Bakı və Sumqayıtın 360 ümumtəhsil məktəbində monitorinq aparılmışdır.

Bu gün əlli iki minə yaxın şagird mərkəzləşdirilmiş qaydada test üsulu ilə buraxılış imtahanı verəcək

Bu gün ölkənin 19 bölgəsində mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı keçiriləcək. İmtahanlar bu bölgələrin ərazisində fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil məktəblərini, peşə liseylərini, eləcə də, Təhsil Nazirliyinin bilavasitə tabeliyindəki lisey və gimnaziyaları, ali təhsil müəssisələri nəzdindəki məktəbləri  əhatə edəcək.

133 mərkəzdə keçiriləcək imtahanlarda 52 minə yaxın şagird iştirak edəcək. ötən tədris ilində attestat almayan 1500-ə yaxın gənc onlar üçün yaradılmış 4 mərkəzdə ayrıca imtahan verəcək.

Təlimata uyğun olaraq səkkiz fənnin hər hansı birindən qeyri-müvəffəq qiymət alanlara attestat verilməyəcək.

Ali məktəb tələbələri arasında futbol üzrə  çempionat  başa çatdı

Naxçıvan Dövlət Universiteti ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyi münasibətilə keçirilən yarışın qalibi oldu

 ölkəmizdə idmanın inkişafı, onun kütləviləşməsinə nail olunması  istiqamətində çox mühüm tədbirlər həyata keçirilir, məqsədyönlü işlər görülür. Hazırda xüsusilə yeniyetmə və gənclər arasında idmana maraq gündən-günə artmaqda, bu sahədə qazanılan uğurların sayı çoxalmaqdadır.

Spartakiadaya yekun vuruldu

 

Ulu öndər Heydər Əliyevin 85 illiyi ilə əlaqədar Azərbaycan Texniki Universitetinin akt zalında ali təhsil müəssisələrinin işçiləri arasında spartakiadanın yekun mərhələsi keçirilmişdir.

Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkil etdiyi spartakiada 6 idman növünü (voleybol, dama, şahmat, nərd, tennis və futzal) əhatə etmişdir.

Bu tədris ili Bakı təhsili üçün uğurlu oldu

 

2007-2008-ci dərs ili başa çatır. Arxada qalan il özünəməxsus yeniliklərlə, yaddaqalan nailiyyətlərlə yekunlaşır.  Təbii ki, hər başa çatan il bir daha təhlil edilir, buraxılmış nöqsanların aradan qaldırılması üçün tədbirlər müəyyənləşdirilir. Hər ilin nailiyyətləri ötən illərlə müqayisə olunmaqla perspektivli sahələr, inkişaf üçün prioritet istiqamətlər müəyyən edilir. Dərs ili ərzində demokratik idarəetmənin dərinləşdirilməsi prosesi diqqət mərkəzində saxlanılaraq bu sahədə əldə olunan təcrübə ümumiləşdirilməklə, yeni taktika tətbiq edilmiş, təhsil müəssisələrinin idarə olunmasında əks-mərkəzləşmə prosesi bir qədər də dərinləşdirilmişdir.

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün şənlik

"Oriqami" uşaq və yeniyetmələrin ictimai birliyi iyunun 1-də Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında xüsusi qayğıya ehtiyacı olan, habelə valideyn himayəsindən məhrum uşaqlar üçün bayram şənliyi keçirdi. Tədbirin təşkilində ictimai birliyə Suraxanı Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, "Nikoyl" İnvestisiya Kommersiya Bankı, YUNİSEF-in və UMCOR-un Azərbaycan nümayəndəlikləri dəstək vermişdilər.

 Bayram konsertində təşkilatçı qurumların nümayəndələri ilə yanaşı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən, KİV-dən nümayəndələr də iştirak edirdilər.

Yeni tədris metodlarından necə istifadə etmək olar?

Müasir təhsil sistemində şagirdlərin fəallığı, məntiqi düşünməsi, tənqidi və yaradıcı təfəkkürünün inkişaf etdirilməsi əsas məqsəddir. Təqdim edəcəyim "məhsul yığımı" və "açar" metodlarında fəallığa, məntiqi düşüncəyə nail olmaq istəmişəm. "Məhsul yığımı" metodu ilə bütün fənlər üzrə dərs aparıla bilər.

 

Dərsin strukturunun ilkin mərhələsində müəllim mövzu ilə bağlı motivasiya qurur. Şagirdlər bir qədər fəallaşdıqdan sonra müəllim uşaqların dərsə marağını artırmaq üçün nağıllarımız əsasında bir obrazdan da istifadə edə bilər.

Dərsdə "məhsul yığımı" metodu şagirdlərə izah olunur.