· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

 

Ali məktəblərin magistratura pilləsinə sənəd qəbulu başlandı

2008-2009-cu tədris ili üçün Azərbaycan Respublikasının ali məktəblərinin magistratura pilləsinə sənəd qəbulunun başlaması  ilə əlaqədar TQDK-nın İctimaiyyətlə əlaqələr sektorunun  mütəxəssisi Elnur Nağızadə bildirdi  ki, bu, İnternet vasitəsilə aşağıdakı qaydada aparılır:

Bakalavr şəxsiyyət  vəsiqəsindən (nömrəsindən və PİN kodundan) və "TQDK-nin ödəmə kartı"ndan (iş nömrəsi və şifrindən) istifadə   etməklə  TQDK-nın müvafiq İnternet  səhifəsinə (tqdk.gov.az/erizemagistr) daxil olur və oradakı "Bakalavrın elektron ərizəsi"ni doldurur ("TQDK-nın ödəmə  kartı"nı poçt şöbələrindən əldə  etmək olar).

Sonra bakalavr iyunun 5-dən 14-dək hər gün (bazar günü istisna  olmaqla) saat 9-dan 17-dək TQDK tərəfindən respublikanın magistratura pilləsinə  qəbul aparılan ali məktəblərində və TQDK-da  yaradılmış Sənəd Qəbulu Komissiyalarına (SQK-lara) sənədləri təqdim edib "Bakalavrın elektron ərizəsi"ni təsdiq etdirir.

 

 

 

 

 

 

Şair-bəstəkarın yaradıcılıq gecəsi

Bakının Səbail rayonundakı O.Mirzəyev adına 190 nömrəli orta məktəbdə bu təhsil ocağının 1972-ci il məzunu, şair-bəstəkar Xanım İsmayılqızının yaradıcılıq gecəsi keçirildi.

 

Məktəbin direktoru Afət Bakıxanova şair-bəstəkar Xanım İsmayılqızının yaradıcılığından danışaraq bildirdi ki, o, məzunu olduğu məktəbi heç vaxt yaddan çıxarmamış, ona dərs deyən müəllimləri ilə daim əlaqə saxlamışdır.

Yaradıcılıq gecəsində X.İsmayılqızı özünün "Allahın səsiyəm", "Bu dünyadan küsənlər", "Vətən oğlu" və yeni yazdığı şeirlərini söyləməklə yanaşı, vaxtı ilə bu məktəbə rəhbərlik etmiş müəllimi, həm də xalası, mərhum Sona xanım Tağıyeva ilə bağlı xatirələrindən söz açdı.

Xanım İsmayılqızının sözlərinə yazılmış mahnılar gecənin iştirakçılarına xoş ovqat bəxş etdi.

Sonda şair-bəstəkar X.İsmayılqızı yaradıcılıq planları barədə məlumat verərək tədbiri təşkil etdiklərinə görə məktəbin pedaqoji kollektivinə və tədbirdə iştirak edən qonaqlara minnətdarlığını bildirdi.

 

Şakir CƏFƏROV