· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

 

Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva və Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan Naxçıvan Dövlət Universitetində olublar

 

 

 

 

 

 

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri çərçivəsində onun xanımı Əminə Ərdoğan iyunun 4-də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın müşayiəti ilə Naxçıvan Dövlət Universitetində olmuşdur.

Universitetin müəllim və tələbələri hörmətli qonaqları səmimiyyətlə qarşıladılar.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Türkiyənin Baş nazirinin xanımı Əminə Ərdoğan universitetin konservatoriyasına gəldilər. Konservatoriya ilə tanışlıq zamanı bildirildi ki, 350-dək müəllimin çalışdığı universitetdə 4 min tələbə təhsil alır. 10 fakültənin hər birində auditoriyalar kompüter avadanlığı ilə təchiz olunub və İnternetə qoşulubdur.

Mehriban xanım Əliyeva və Əminə xanım Ərdoğan konservatoriyanın fortepiano, vokal, dirijorluq, bəstəkarlıq sinifləri, musiqi alətləri, musiqişünaslıq, metodika kafedraları, auditoriyaları ilə tanış oldular, xor kapellasının ifasında Azərbaycan və türk mahnılarını dinlədilər.

Xanım Əminə Ərdoğan konservatoriyaya xatirə hədiyyəsi təqdim etdi.

Türkiyəli qonağa universitetin beynəlxalq əlaqələri barədə də məlumat verildi, Türkiyənin ali məktəbləri ilə sıx əməkdaşlıq edildiyi vurğulandı.

Sonra Naxçıvan Dövlət Universitetində təhsil alan türkiyəli tələbələrlə görüşən xanım Əminə Ərdoğan onların təhsili ilə maraqlandı. Tələbələr burada yaradılan şəraitdən razılıqlarını bildirdilər.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan tələbələrlə xatirə şəkli çəkdirdilər.

AzərTAc

 

 

 

 

 

Naxçıvan şəhər Uşaq Bərpa Mərkəzi və Turizm İnformasiya Mərkəzi ilə tanışlıq

İyunun 4-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan Naxçıvan şəhərindəki Uşaq Bərpa Mərkəzində olmuşlar.

ötən ilin iyulunda istifadəyə verilmiş mərkəzdə rentgen otağı, 14 çarpayılıq 7 palata, idman salonu var. Xanım Əminə Ərdoğan buradakı şəraitlə maraqlandı. Qonağa məlumat verildi ki, burada, əsasən, fizioterapevtik müalicə tətbiq edilir. Mərkəz bütün lazımi tibbi avadanlıqla təchiz olunmuşdur. Hazırda burada 11 uşaq müalicə edilir. Mehriban xanım Əliyeva müalicə olunan xəstələrin vəziyyəti ilə maraqlandı. Əminə Ərdoğan isə uşaqlara hədiyyələr təqdim etdi.

* * *

Sonra Turizm İnformasiya Mərkəzinə gələn hörmətli qonaqlara məlumat verildi ki, təxminən iki yüz yaşı olan bina əvvəllər müxtəlif məqsədlər üçün istifadə edilmişdir. Milli memarlıq üslubunda tikilmiş bina ötən il əsaslı təmir edilmiş, günbəz qoyulmuşdur. Təmir zamanı qədim milli naxışların qorunub saxlanmasına diqqət yetirilmişdir. Binadakı iş otaqları kompüter avadanlığı ilə təchiz olunmuşdur. Mərkəzdə ulu öndər Heydər Əliyevin yeniyetmə vaxtlarında tamaşalarda oynadığı səhnələri əks etdirən fotoşəkillər diqqəti cəlb edir.

Sonra xanımlar çay süfrəsi arxasında söhbət etdilər.

AzərTAc