|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Yeni tədris metodlarından necə istifadə etmək olar? Müasir təhsil sistemində şagirdlərin
fəallığı, məntiqi düşünməsi,
tənqidi və yaradıcı təfəkkürünün inkişaf
etdirilməsi əsas məqsəddir. Təqdim
edəcəyim "məhsul yığımı"
və "açar" metodlarında fəallığa,
məntiqi düşüncəyə nail olmaq istəmişəm.
"Məhsul yığımı" metodu ilə bütün
fənlər üzrə dərs aparıla bilər. Dərsin strukturunun ilkin
mərhələsində müəllim mövzu ilə bağlı
motivasiya qurur. Şagirdlər bir qədər fəallaşdıqdan
sonra müəllim uşaqların dərsə marağını
artırmaq üçün nağıllarımız əsasında
bir obrazdan da istifadə edə bilər. Dərsdə "məhsul yığımı"
metodu şagirdlərə izah olunur. ümumtəhsil
məktəblərinin III sinfi üçün riyaziyyat
fənnindən "Tənlik" mövzusu üzrə sadə,
orta və çətin tapşırıq nümunələrinə
baxaq. Lövhədə müxtəlif ağaclardan kağızdan
hazırlanmış meyvələr asılır. Hər bir meyvənin arxasında müxtəlif
çalışmalar olur. Müəllimin hər bir ağacdan çoxlu
meyvə asması məsləhətdir. Təbiidir ki, ağaclar
dərsdən əvvəl hazırlanmalıdır. Bu ağaclar
arasında "kal" meyvələri olanlar da olur,
həmin "kal" meyvələri olan ağaclardan
"dərilən" tapşırıqlar
nisbətən çətin olduğuna görə şagirdlərə
3 xal verilir (3 xal "5" deməkdir). Bu zaman şagirdlər
xal toplamaq üçün kal meyvə dərməyə üstünlük
verirlər. Şagirdlərin meyvə dərməsi üçün
10 dəqiqə tələb olunur. Bu metodla dərs zamanı şagirddə özünəinam
hissi güclənir. Belə ki, o, çətin tapşırıqlardan
dərməyə risk edir və onu həll etməyə çalışır.
Bundan başqa, belə dərsdən sonra
şagird çalışır ki, çətin tapşırıqlar
etsin və dərsdə müvəffəqiyyət qazana
bilsin. Nisbətən zəif şagirdlər isə
dərsdə işsiz qalmır və gücü çatan tapşırıqlardan
həll etməyə cəhd edirlər. Qrupda həll
edilməyən tapışırıq olarsa, şagirdlər
onu birlikdə həll edə bilərlər. Əgər
tapşırıq qrup tərəfindən də həll
edilməsə, dərsin sonunda seçilib kənara qoyulur
və növbəti dərsdə müəllim
tərəfindən izah edilir. Qiymətləndirmə əvvəl qruplar
arasında aparılır. Bütün qruplar
qiymətləndirilir. Ən çox xal yığan qrup qalib
sayılır. Sonra isə hər kəs yığdığı
xala əsasən qiymətləndirilə bilər. Yaxşı
olar ki, bu, şagirdə əvvəlcədən deyilsin. Müəllim
lövhədə hər meyvəyə görə neçə xal
qazanılacağını qeyd etməlidir. Dərsin
sonunda müəllim ağacda qalan
"meyvələrdən" dərib ev tapşırığı
kimi şagirdlərə paylaya bilər. "Açar" metodu oxu, həyat bilgisi
dərsləri üçün daha uyğundur. Bu metodda,
əsasən, şəkillərdən istifadə olunur. Müəllim
kompüterdə mövzuya uyğun şəkilləri yerləşdirməlidir.
Elə şəkillər seçilməlidir ki, həmin şəklə
baxan şagird öz fikrini yürüdə bilsin. Mən bu metodu
"skelet" mövzusunda təqdim etmişdim. Şəkillər
isə rəssam tərəfindən çəkilmişdi. Belə ki, lövhədən kəllə
şəkli asılır. Şagirdlər bu haqda
bildiklərini söyləyirlər. Ən zəif şagird
belə kəllə haqqında danışa bilir. Daha sonra
gövdə asılır. Şagirdlərdən müxtəlif
cavablar alınır. Yuxarı ətraflar və sonda aşağı
ətrafların şəkilləri lövhəyə yapışdırılır.
Yuxarı ətraflar haqqında əlavə sadə
məlumatlar verilir: qollarımız olmasa, biz köməyə
möhtac olan şəxsə çevrilərik. Yazı yaza
bilmərik. Əllərimiz bizə qidalanma zamanı yardımçı
olur. Hər cür yükü yuxarı ətrafsız daşımaq
mümkün deyil. Bu qayda ilə aşağı ətraflar haqqında
da məlumat mübadiləsi aparılır. Artıq skelet alınır
və müəllim dərsin mövzusunu elan edə və ya mövzunun
adını şagirddən ala bilər. Şagirdlər
skelet haqqında məlumat verir. Müəllim
əlavələr edir. ümumi nəticə çıxarılır. Lətifə MƏCİDOVA, Bakı şəhəri, 289 nömrəli "Zəngi"
liseyi
|