|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün şənlik "Oriqami" uşaq və
yeniyetmələrin ictimai birliyi iyunun 1-də Əmircan
qəsəbəsindəki Səttar Bəhlulzadə adına
Mədəniyyət Sarayında xüsusi qayğıya ehtiyacı
olan, habelə valideyn himayəsindən məhrum uşaqlar
üçün bayram şənliyi keçirdi. Tədbirin təşkilində
ictimai birliyə Suraxanı Rayon İcra Hakimiyyəti,
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
"Nikoyl" İnvestisiya Kommersiya Bankı, YUNİSEF-in
və UMCOR-un Azərbaycan nümayəndəlikləri
dəstək vermişdilər. Bayram konsertində təşkilatçı
qurumların nümayəndələri ilə yanaşı,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsindən, Bakı Şəhəri üzrə
Təhsil İdarəsindən, KİV-dən nümayəndələr
də iştirak edirdilər. Uşaqları Beynəlxalq Müdafiə Günü
ilə bağlı ictimaiyyəti məlumatlandırmaq
məqsədi ilə afişalar, rəngli bukletlər
və dəvətnamələr çap olunmuş, döş nişanları
hazırlanmışdı. Eyni zamanda Mədəniyyət
Sarayının geniş foyesində uşaqların əl
işlərindən ibarət sərgi təşkil olunmuşdu. Konsertdə müxtəlif uşaq evləri
və internat məktəblərindən 600-dən çox xüsusi
qayğıya ehtiyacı olan, valideyn himayəsindən
məhrum uşaq iştirak edirdi. Bayram konsertinin bir çox nömrələrini
də elə onlar hazırlamışdı. Aparıcılar bayram şənliyini açıq
elan etdikdən sonra səhnə Mədəniyyət Sarayının
mahnı və rəqs ansambllarının, solo ifaçıların,
adıçəkilən uşaq müəssisələrinin
yeniyetmə və gənc istedadlarının ixtiyarına
verildi. Konsertdə könül oxşayan mahnı və
rəqslərlə bərabər, uşaqların ifasında
şeirlər səsləndi, səhnəciklər nümayiş
olundu. Tədbirdə iştirak edən
tərbiyə müəssisələri işçilərinin bir
qrupuna nümunəvi fəaliyyətlərinə görə
Təhsil Nazirliyinin diplomları və Fəxri fərmanları
verildi. Mərasimin sonunda söz alan UNİSEF-in
Azərbaycan nümayəndəliyinin təmsilçisi Munir
Məmmədov, Təhsil Nazirliyinin əməkdaşı
Qorxmaz Əliyev, Suraxanı RİH başçısının
müavini Əhməd Talıbov və başqaları uşaqları
bayramları münasibəti ilə təbrik etdilər.
Tədbirin təşkilində "Oriqami" uşaq
və yeniyetmələrin ictimai birliyinin rolu və
zəhməti xüsusi qeyd olundu. Y.ƏLİYEV
|