|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Spartakiadaya yekun vuruldu Ulu
öndər Heydər Əliyevin 85 illiyi ilə
əlaqədar Azərbaycan Texniki Universitetinin akt zalında
ali təhsil müəssisələrinin işçiləri arasında
spartakiadanın yekun mərhələsi keçirilmişdir. Təhsil Nazirliyi və Azərbaycan
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin birgə təşkil etdiyi spartakiada
6 idman növünü (voleybol, dama, şahmat, nərd, tennis və
futzal) əhatə etmişdir. Mayın 1-də başlanan spartakiadanın
yekun mərhələsinin bağlanışında
təhsil nazirinin müavini Elmar Qasımov, Azərbaycan
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin sədr müavini Şaiq Əsgərov,
spartakiadanın baş hakimi Tofiq Xanəliyev,
tələbə idman cəmiyyətlərinin
rəhbərləri və digər şəxslər iştirak
edirdi. 12 ali məktəbin 286 nəfər
təhsil işçisi spartakiadada öz bacarığını
nümayiş etdirmişdir. Spartakiadanın bağlanış
mərasimində çıxış edən nazir müavini Elmar
Qasımov ümummilli lider Heydər Əliyevin və onun
siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham
Əliyevin bütün sahələrə, o cümlədən
təhsilə göstərdikləri qayğıdan söz açdı.
Son dövrlərdə təhsil və idmanda qazanılmış
uğurlara toxunan nazir müavini keçirilən spartakiadanın
əhəmiyyətindən və idmanın kütləviliyini
təmin etməkdə onun rolundan danışdı. Sonra Şaiq Əsgərov çıxış
edərək TİAHİ Respublika
Komitəsinin idmanın kütləviliyinə nail olmaq
üçün gördüyü işlərdən bəhs etdi. Komitə
sədrinin müavini qalibləri təbrik etdi, məğlub
olanlara isə ruhdan düşməməyi məsləhət
gördü. Tədbirdə digər çıxışlar da oldu. Sonda Elmar Qasımov və Şaiq Əsgərov
qaliblərə diplom, kubok və qiymətli
hədiyyələr təqdim etdilər. Spartakiadada ümumi
komanda hesabında I yerə Azərbaycan Dillər
Universiteti, 2 və 3-cü yerlərə isə müvafiq olaraq
Bakı və Sumqayıt Dövlət Universitetlərinin nümayəndələri
layiq görülmüşlər. Fazil İDRİSOĞLU, foto müəllifindir
|