· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə


B.e ç.a ç. C.a C. Ş. B.
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30        
 

 

Heydər Əliyev milli əxlaqi dəyərlərimiz haqqında

1991-ci ildə Azərbaycan müstəqilliyini əldə etdikdən sonra təhsil sistemimizin təkmilləşdirilməsi, yeniləşdirilməsi, müasirləşdirilməsi istiqamətində səmərəli tədbirlər həyata keçirilməsi zərurətə çevrildi.  Müstəqil dövlətin müstəqil təhsil sistemi olmalıdır. Bu müddəa əsas götürülərək milli təhsilin formalaşdırılması istiqamətində məqsədyönlü işlər görülməli idi.

 Azərbaycan xalqının arzusu və inamlı təkidi ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə bütün sahələrdə,  o cümlədən təhsildə islahatlar həyata keçirilməyə başlandı.

1999-cu ildə ulu öndərimizin sərəncamı ilə  "Azərbaycan Respublikasının Təhsil sahəsində İslahat Proqramı" qəbul olundu.

"2000-2005-ci illərdə Azərbaycan Respublikasının Təhsil sisteminin tərbiyə işinin İnkişaf Proqramı" işlənib hazırlandı.

"TƏHSİLƏ QOYULAN VƏSAİT öLKƏMİZİN GƏLƏCƏYİNƏ 

QOYULAN VƏSAİTDİR"

İndi biz faktiki olaraq, Azərbaycanda bütün məktəb infrastrukturunu yeniləşdiririk. İndiyədək 800-ə yaxın məktəbin tikilməsi və gələcək illərdə yüzlərlə məktəbin tikintisi - bu, məktəb sahəsinin maddi-texniki bazasının yeniləşdirilməsini, təhsilin keyfiyyətini də, avadanlıqla təchizatı da təmin edir. Eyni zamanda, hesab edirəm ki, indi vaxt gəlib ki, biz mövcud məktəblərin təmirinə də daha çox vəsait ayıraq. çünki buna da böyük ehtiyac var, xüsusilə, Bakı şəhərində. Yəqin ki, bu il, gələn il Bakı şəhərində yerləşən bütün məktəblərin istilik təchizatı problemləri həll olunmalıdır. Bu, həll ediləcəkdir. Ondan sonra bütün başqa şəhər və rayonlarda da biz bunu həll etməliyik və mövcud məktəbləri də çox gözəl səviyyəyə gətirib çıxarmalıyıq.

Bu sahədə vəsaitə qənaət etməməliyik. çünki təhsilə qoyulan vəsait ölkəmizin gələcəyinə qoyulan vəsaitdir. Bütün inkişaf etmiş ölkələrin uğurlarının səbəbi də məhz ziyalı təbəqəsidir, elmi-texniki tərəqqidir, texnoloji yeniliklərdir. Biz də bu yolu seçmişik. İstəyirik ki, bizim insanlarımız, gənc nəsil bilikli, savadlı olsun və ölkəmizin inkişafında çox böyük rol oynasınlar.

 Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına həsr edilmiş iclasındakı nitqindən.

 

AZƏRBAYCAN  ELMİNDƏ  İSLAHATLARIN  APARILMASI  İLƏ  BAĞLI DöVLƏT  KOMİSSİYASININ  YARADILMASI  HAQQINDA

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycanda elmi araşdırmaların həyata keçirilməsinin zəngin ənənələri vardır. Yüzillər boyu mütəfəkkir sənətkarlarımız tərəfindən yaradılan və bədii-estetik düşüncə tariximizin incilərinə çevrilən əsərlərdə elmi-fəlsəfi fikirlər parlaq təcəssümünü tapmışdır. Bəşəriyyətin fəlsəfi, mədəni və elmi irsinin Şərqlə Qərb arasında varislik əlaqələrinin qorunub saxlanmasında azərbaycanlı alimlər yaxından iştirak etmişlər. Onlar elmi təfəkkürün ən müxtəlif sahələrində sanballı əsərlər meydana gətirməklə, islam aləminin mədəni intibahına müstəsna xidmətlər göstərmişlər. Dünya elmi fikir tarixinə görkəmli şəxsiyyətlər bəxş edən Azərbaycanda bütün bu dövrlərdə elm özünün yüksək səviyyəsi ilə seçilmişdir.

Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir

Aprelin 10-da Heydər Əliyev adına liseydə məktəblilərin ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş inşa yazı müsabiqəsinin respublika mərhələsi keçirildi.

Qeyd edək ki, Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun 29.01.2008-ci il tarixində verilmiş 131 nömrəli əmrinə əsasən 3 mərhələdə keçirilən bu müsabiqədə ölkənin ümumtəhsil məktəbləri və peşə liseylərinin VII-XI sinif şagirdləri iştirak edir. Fevral ayında keçirilən məktəb mərhələsinə 600 mindən artıq məktəbli qatılmış, onlardan 300 minə yaxını mart ayında təşkil olunan rayon (şəhər) mərhələsində iştirak etmişdir. Bu gün keçirilən respublika mərhələsində isə hər rayondan bir nəfər, Bakı şəhərindən 22 nəfər olmaqla cəmi 127 məktəbli iştirak etmək hüququ qazanıb.

Təhsil naziri Misir Mərdanov və digər rəsmi şəxslər ümummilli liderin liseyin həyətindəki büstü önünə gül dəstələri qoyduqdan sonra iştirakçılar içəri dəvət olundu.

Müşavirədə qarşıda duran bir sıra məsələlər diqqətə çatdırılıb

Aprelin 7-də Təhsil Nazirliyində müşavirə keçirilib. Müşavirəni Misir Mərdanov açaraq qarşıda duran bir sıra məsələləri iştirakçıların diqqətinə çatdırıb.

 Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi haqqında" sərəncamına müvafiq olaraq Təhsil Nazirliyinin üzərinə düşən vəzifələri xüsusi qeyd edib. Eyni zamanda bununla əlaqədar olaraq nazirliyin müvafiq struktur bölmə rəhbərlərindən ibarət Təşkilat Komitəsinin yaradıldığını bildirib və komitənin üzvlərinə həmin sərəncama əsasən görüləcək işlər barədə tapşırıqlar verib.      

Sonra nazir cari ilin aprel və mayında keçirilməsi nəzərdə tutulan tədbirlərdən danışaraq iştirakçılara bununla əlaqədar öz tövsiyələrini bildirib.   

Təhsil Nazirliyində görüş

Aprelin 8-də təhsil naziri Misir Mərdanov Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiyanın prezidenti cənab Simus Hiqarti ilə görüşüb.

 öncə nazir qonağı Azərbaycanda, xüsusilə Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edib və onu səmimi salamlayıb.

Misir Mərdanov şagird nailiyyətlərinin qiymətləndirilməsi istiqamətində müasir tələblərə cavab verən yeni mexanizmin hazırlanması üzrə atılan müsbət addımlardan danışıb və ölkəmizin PİSA Beynəlxalq Qiymətləndirmə Təşkilatının üzvü olduğunu xatırladıb. Eyni zamanda Misir Mərdanov  Dünya Bankının dəstəyi ilə beynəlxalq qiymətləndirmə  üzrə iş həyata keçirildiyi barədə qonağa məlumat verib. Nazir həmçinin ümumtəhsil məktəblərinin buraxılış siniflərində mərkəzləşdirilmiş test imtahanlarının keçirilməsi, gələn ildən bu imtahanların ölkəmizin bütün orta məktəblərini əhatə etməsinin nəzərdə tutulduğunu açıqlayıb.

Bakıda daha 2 bağça açıldı

Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər Proqramına uyğun olaraq paytaxtın daha iki yaşayış sahəsində yeni məktəbəqədər tərbiyə müəssisələri tikilərək istifadəyə verilib.

 Bunlar Yeni Suraxanı qəsəbəsindəki 330 və Kürdəxanı qəsəbəsindəki 336 nömrəli  körpələr evi-uşaq bağçalarıdır. Birtipli layihə üzrə müasir standartlara uyğun inşa olunmuş hər iki məktəbəqədər tərbiyə müəssisəsi binasının aprelin 9-da rəsmi açılışı oldu. Bu münasibətlə keçirilən mərasimlərdə təhsil naziri Misir Mərdanov iştirak edirdi.

Kiyevdə keçirilən treninqin nəticələri müzakirə olundu

Aprelin 8-də Təhsil Nazirliyində  Kiyev şəhərində "Təhsil islahatları: qlobal məsələlərin regional həlli" mövzusunda keçirilən  treninqin nəticələri ilə bağlı təqdimat olub.

 Təhsil naziri Misir Mərdanov tədbiri açaraq xarici ölkələrdə keçirilən müxtəlif tədbir və treninqlərdə iştirak edən nazirlik əməkdaşlarının səfər haqqında məlumat verməsinin zəruriliyini bildirərək bugünkü təqdimatı ilk təşəbbüs kimi dəyərləndirib, habelə müvafiq ənənənin davam etməsinin vacibliyini vurğulayıb.

Yeni beynəlxalq layihə

Fransada tələbə mübadiləsi üzrə lider kampaniya (SMBG) qabiliyyətlərin beynəlxalqlaşdırılması problemi ilə əlaqədar EDUNİVERSAL layihəsini ortaya qoymuşdur. Layihədə əsasən dünyanın beynəlxalq nüfuza malik ən yaxşı 1000 biznes məktəbi seçilərək 9 coğrafi zona üzrə qruplaşdırılmışdır. İlk rəsmi seçimilə (www.eduniversal.com) saytında tanış olmaq mümkündür.

 Seçilmiş 1000 biznes məktəbi 150-dən artıq ölkəni və dünya əhalisinin 97 faizini təmsil edir. Seçim hələlik biznes sahəsi üzrə aparılsa da, gələcəkdə təhsilin bütün sahələrini əhatə edəcəkdir. Seçilmiş biznes məktəbləri sırasında ölkəmizin iki təhsil müəssisəsinin də adı vardır. Bunlar Qafqaz və Xəzər Universitetlərinin "Biznesin təşkili və idarə olunması" bölmələridir.

Ali təhsillə bağlı beynəlxalq konfrans

Aprelin 10-da Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dillər Universiteti və Avropa Təhsil Hüququ və Siyasəti Assosiasiyasının birgə "Təhsildə keyfiyyətin təminatı: tələblər və zərurətlər" mövzusunda beynəlxalq konfransı keçirildi.

 Azərbaycan Dillər Universitetində keçirilən tədbirdə təhsil naziri Misir Mərdanov, Belçika universitetləri üzrə dövlət komissarı,  Avropa Təhsil Hüququ və Siyasəti Assosiasiyasının prezidenti, YUNESKO-nun təhsil qanunu üzrə nümayəndəsi, Avropa Kollecinin (Bruj) və Tilburq Universitetinin (Hollandiya) professoru Jan De Groof, Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik  Akademiyasının rektoru Seyfəddin Qəndilov, Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin təhsil məsələləri üzrə müşaviri Səlahəddin Dikmən, respublikamızın digər ali məktəblərinin rektor və prorektorları, professorları, tələbə-müəllim heyətlərinin nümayəndələri iştirak edirdilər.

İcbari ümumi təhsil: problemlər, vəzifələr

ölkəmizin sosial-iqtisadi və mədəni inkişafında ümumtəhsil məktəbinin rolu danılmazdır. ümumi təhsilin inkişaf səviyyəsindən təhsil sisteminin sonrakı pillələrinin inkişafı çox asılıdır. çünki ümumi təhsil əsasdır, özüldür, təməldir. Bu özül nə qədər möhkəm olarsa, təhsil sistemi bütövlükdə o qədər güclü olar.

 Bəs ümumi təhsil nədir?

ümumi təhsil - gələcək ixtisas və peşəsindən asılı olmayaraq, hamıya zəruri olan bilik, bacarıq və vərdişlərin öyrədilməsi prosesi və nəticəsidir. ümumi təhsil təbiət və cəmiyyətdə baş verən hadisələrin mahiyyətini dərk etmək, ictimai və əmək fəaliyyətində bulunmaq üçün insana vacib olan elmlərin əsaslarının mənimsənilməsidir. ümumi təhsil - ümumtəhsil məktəblərində, orta ixtisas, texniki peşə təhsili müəssisələrində və müstəqil, sərbəst yolla-eksternat qaydasında həyata keçirilir.

ümumtəhsil məktəblərində ümumi təhsil üç səviyyədə həyata keçirilir - ibtidai təhsil, əsas (natamam orta) təhsil və orta təhsil.

ölkəmizdə ümumi orta təhsil icbaridir. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin II bəndində "Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir" müddəası təsbit edilmişdir.

Bu o deməkdir ki, dövlət elə şərait yaratmalıdır ki, məktəbyaşlı bütün uşaqlar müxtəlif kanallarla mütləq orta təhsil alsınlar.

Beynəlxalq qiymətləndirmənin təhsilə təsiri

Təhsil prosesində səmərəliliyi təmin etmək məqsədi daşıyan qiymətləndirmə müxtəlif tərkib hissələrinə malikdir, fərqli istiqamət və məzmunlarda aparıla bilər. Beynəlxalq qiymətləndirmə də həmin istiqamətlərdən biridir və onun tədrisin, təlimin keyfiyyətinin yaxşılaşdırılmasına xidmət etməsi inkaredilməzdir.

 Qeyd etmək lazımdır ki, beynəlxalq qiymətləndirmə çox zaman "müxtəlif ölkələrin 15 yaşlı şagirdlərinin nailiyyətlərinin qiymətləndirilməsi" kimi təqdim edilir.  Əslində PİSA-nın, yəni "Təhsilalanların Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram"ın məzmunundan irəli gələn belə izah,  təqdimetmə beynəlxalq qiymətləndirmənin istiqamətlərini və əhatə dairəsini bir qədər məhdudlaşdırır. Məlumdur ki, Azərbaycanın üzv dövlət kimi qoşulduğu PİSA adından da göründüyü kimi, beynəlxalq proqramdır və şagird nailiyyətlərini məhz yaşa görə qiymətləndirir. Belə ki, müxtəlif ölkələrin təhsil səviyyələri haqqında rəy, təəssürat 15 yaşlı şagirdlərin qiymətləndirilməsi əsasında yaranır. Ancaq beynəlxalq təcrübədə şagird nailiyyətlərini təkcə yaşa görə deyil, həm də oxuduqları siniflərə, kurrikuluma görə qiymətləndirən proqramların mövcud olması faktı göstərir ki, beynəlxalq qiymətləndirmə heç də 15 yaşlı şagirdlərin nailiyyətlərini qiymətləndirməklə kifayətlənmir.

İnklüziv təhsil: görülmüş işlər, qarşıda duran vəzifələr

                                                             

Son illər dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlərini düşündürən məsələlərdən biri də sağlamlıq imkanları məhdud şəxslərin təhsilidir. Cəmiyyətin hər bir üzvünün bərabərhüquqlu şəxsiyyət kimi formalaşması, əqli , fiziki imkanlarının məhdudluğundan asılı olmayaraq, hər bir şəxsin təhsil almaq hüququna malik olması ön plana çəkilən məsələlərdəndir.

 2004-cü ilin iyununda Norveç Krallığında, 2007-ci ilin fevralında Xorvatiyada, Litvada, 2008-ci ilin fevralında Latviyada iştirakçısı olduğum beynəlxalq konfranslarda sağlamlıq imkanları məhdud şəxslərin adi ümumtəhsil məktəblərində təhsilə cəlb olunmaları (inklüziv təhsil) ilə bağlı görülmüş işlər, rast gəlinən problem və çətinliklər, onların həlli yolları müzakirə predmetinə çevrilmişdir.

Məktəblərin kompüterləşdirilməsini valideynlər də yüksək qiymətləndirdilər

"Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)"nın yerinə yetirilməsi nəticəsində əldə olunan nailiyyətlər  müəllim və şagirdlərin həyatında bir dönüş oldu. 

2007-ci ildən Bakı və Sumqayıt məktəblərinə  verilən noutbuklar  və proyektorlar  vasitəsilə elektron dərslər keçilir. Azərbaycan tarixi, kimya, biologiya, fizika fənləri üzrə elektron audiovizual dərs vəsaitləri müəllim və şagirdlərin istifadəsindədir. Təhsil Nazirliyi İKT savadı olan müəllimlərin hazırlanması və  onların elektron dərsliklərdən istifadə bacarığını artıqmaq məqsədilə treninqlər keçirir.  

 İndi orta məktəblərin əksər siniflərində informatika fənni tədris olunur.

"Ədəbi-tarixi yaddaş və müasirlik"

Naxçıvan Dövlət Universitetinin rektoru, əməkdar  elm xadimi,  akademik İsa Həbibbəylinin "Ədəbi-tarixi yaddaş və müasirlik" adlı kitabı "Nurlan" nəşriyyatı tərəfindən nəfis şəkildə nəşr olunub. Tanıyanlar yaxşı bilir ki, İsa Həbibbəyli dəyərli əməllərilə daim elmimizin inkişafına xidmət edən və bu fəaliyyətdən yorulmaq bilməyən görkəmli alimlərimizdəndir. Onun elmi, publisistik, ədəbi baxışları ədəbiyyatımıza, ədəbi tariximizə, elmimizə xas olan ən maraqlı nüansları ehtiva edir.

 Akademikin klassik ədəbiyyat, folklorşünaslıq, çağdaş ədəbiyyat və ədəbiyyatşünaslıq, ədəbi əlaqələr və ədəbiyyat nəzəriyyəsi, elm, incəsənət, tarix və mətbuat dünyası ilə bağlı uzun illərdən bəri aparılan elmi axtarışlarını, eləcə də ilk qələm təcrübələrini əks etdirən bu qiymətli nəşr görkəmli alimimiz Əziz Mirəhmədovun vaxtilə İsa Həbibbəyli ilə bağlı yazdığı "Ağsaqqal nəsillərin davamçısı" başlıqlı səmimi ürək sözləri ilə açılır.

İnternet müasir valideynin ən yaxşı köməkçisidir

Bizim valideynlərə verdiyimiz məsləhətlərin əsas məğzi uşaqların şəbəkədə necə təhlükəsiz işləməsini təşkil etməyin yolları barədədir. Biz İnternetin əsas qadağan olunmuş qaydalarını yorulmadan təkrarlayırıq: məlum olmayan göndərilənləri açmayın, özbaşına şübhəli saytlarda gəzişməyin,  öz şəxsi məlumatlarınızı çat sahiblərinə verməyin və öz parolunuzdan başqaları istifadə etməsin. İnanırıq ki, bu tövsiyələri və qaydaları  nəinki valideynlər özləri, hətta onların uşaqları belə çoxdan mənimsəyiblər.

Yeni nəşrlər

"Sənətkar xoşbəxtliyi"

Qələm adamı olmaq, fikir, düşüncəni ağ vərəqdə "göyərdib" hamıya sevdirmək heç də bu peşəni sevənlərin hamısına nəsib olmur. Yazıçı-publisist Hacı Ağəddin Mansurzadə də yuxusuz gecələri hesabına araya-ərsəyə gətirdiyi yazıları ilə bir rahatlıq qazananlardandır.

Onun "Sənətkar xoşbəxtliyi" kitabını vərəqlədikcə yazdıqlarının həyat həqiqəti olduğuna bir daha inandım.

Mərhum xalq yazıçısı Hüseyn Abbaszadənin anadan olmasının 85 illiyinə həsr olunmuş kitabda müəllifin böyük sənətkarla bağlı müxtəlif illərdə qələmə aldığı beş yazı işıq üzü görmüşdür.

Zəngin bilik, yüksək pedaqoji ustalıq onu fəxri ad sahibi etdi

Artıq tələbəlik illərinin sonu yaxınlaşırdı. Qış imtahan sessiyasının həyəcanlarını təyinat bölgüsünün həyəcanları əvəz etmişdi. Hər bir son kurs tələbəsi öz ürəyində özünə "iş yeri" gözaltı etsə də, universitetdə təyinat bölgüsünün necə aparılacağını səbirsizliklə gözləyirdi. Respublikanın əksər orta təhsil ocaqlarında fizika müəllimlərinə ehtiyac çox olduğundan, həmin ünvanlarda işləmək üçün gənc mütəxəssislərin göndərilməsi təyinat bölgüsünün əsasını təşkil edirdi.