|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Zəngin bilik, yüksək pedaqoji ustalıq onu fəxri ad sahibi etdi Artıq
tələbəlik illərinin sonu yaxınlaşırdı.
Qış imtahan sessiyasının həyəcanlarını
təyinat bölgüsünün həyəcanları əvəz etmişdi.
Hər bir son kurs tələbəsi öz ürəyində özünə
"iş yeri" gözaltı etsə də,
universitetdə təyinat bölgüsünün necə aparılacağını
səbirsizliklə gözləyirdi. Respublikanın
əksər orta təhsil ocaqlarında fizika müəllimlərinə
ehtiyac çox olduğundan, həmin ünvanlarda işləmək
üçün gənc mütəxəssislərin göndərilməsi
təyinat bölgüsünün əsasını təşkil
edirdi. Əslən zaqatalalı olan gənc mütəxəssis
Firəngizin ürəyi sakit idi. özü demişkən, hara göndərsələr,
gedib işləyəcəyəm. Elə ürəyimcə
idi ki, kənd müəllimi olum. Düzü, bilmirdim ki, bu arzu
gənclik romantikasından irəli gəlirdi, yoxsa əsl
kənd həyatı ilə dolu mənalı bir ömrə müəlliflik
etmək istəyindən qaynaqlanırdı. Firəngiz xanım Əsədova 1958-ci
ildə Bakı Dövlət Universitetinin fzika-riyaziyyat fakültəsini
bitirmişdir. Təyinatla Balakən rayonunda müəllimlik
fəaliyyətinə başlamışdır. O, bir il
sonra Zaqatala şəhəri 3 nömrəli orta
məktəbdə pedaqoji fəaliyyətini davam etdirmişdir.
1996-cı ildə isə Firəngiz xanım
ailəliklə Bakıya köçmüşdür. Onun Səbail
rayonundakı 160 nömrəli klassik gimnaziyada fizika müəllimi
işləmək üçün etdiyi müraciətinə müsbət
cavab alındı. Firəngiz xanımla müdiri olduğu və
özünün yaratdığı "Fizika" kabinetində söhbətləşdik.
Deyir ki, zəngin kabineti yaratmağa elə bu gimnaziyada
pedaqoji fəaliyyətə başladığım il nail
ola bildim. Burada müxtəlif növ naqillərin lampalarının
qarışıq birləşmələri, laboratoriya işi
üçün kompleks dəstlər var. Bu da hər bir şagird
üçün müstəqil işləməyə şərait yaradır.
Nümayiş üçün cihazlardan istifadə olunur, fizika
sahəsində tanınmış Azərbaycan
alimlərinin həyat və elmi yaradıcılığından
geniş məlumatlar verilir. Hər bir sinif üçün
laboratoriya işləri, ayrıca referatlar yazılır,
öyrənilir. Dərsin keçirilməsi prosesi belə
həyata keçirilir. Əvvəlcə iş
dəftərləri yoxlanılır, çətin suallar izah
olunur. Dərsin mövzusuna uyğun kartoçka üsulundan
istifadə edilir. Şagirdlər həftədə bir
dəfə müstəqil işləri yerinə
yetirirlər. Məqsədimiz şagirdlərə
təkcə bilik öyrətmək deyil, həmçinin onları
əsl vətəndaş yetişdirməkdir. Bunun üçün düzgün
təlim-tərbiyəyə xüsusi diqqət yetirilir. Firəngiz xanım dərs deməklə
kifayətlənmir. O, rayon, şəhər və respublika
müsabiqələrində fəal iştirak edir. "Müasir
təlim metodların təbliğinə dair ən yaxşı
metodik tövsiyə", "İlin ən yaxşı
fənn kabineti" və digər müsabiqələrdə
yüksək yaradıcılıq nümayiş etdirərək
birinci yeri tutmuş, fəxri fərman və diplomlarla
təltif olunmuşdur. Əsl müəllim adını ucaldan, onu
şərəfləndirən Firəngiz xanım geniş
metodiki-pedaqoji fəaliyyət sahibidir. O, Azərbaycan
dilində şagirdlər və müəllimlər üçün 12
tövsiyə, metodik və tədris vəsaitlərinin müəllifidir.
Fizikadan hazır qrafiklər üzrə şagirdlərlə
iş metodikası, düşündürücü və aktivləşdirici
didaktik materiallar, məlumat kitabı, təcrübə və
məsələlər, şəkillər üzrə şagirdlərin
müstəqil işi və digər məsələlər
Firəngiz xanımın elmi yaradıcılığında
öz əksini tapmışdır. Bir sözlə, F.Əsədovanın yazdığı
elmi-metodiki ədəbiyyatlar həm fizika müəllimləri,
həm şagirdlər, həm də abituriyentlər üçün
əsl stolüstü kitablara çevrilmişdir. Zəngin pedaqoji təcrübəyə malik
Firəngiz xanımı təkcə şagirdləri deyil,
gənc fiziklər də fəxrlə öz müəllimi hesab
edirlər. Onun dərin biliyindən, həyat təcrübəsindən,
məsləhət və tövsiyələrindən
bəhrələnirlər. Yaşlı nəsil
həmkarları da onun dəyərli
məsləhətlərini dinləməkdən çəkinmirlər.
Firəngiz xanımın özü də fizika elminə aid baş
verən yenilikləri daim izləyir, yeni dərs
vəsaitləri, metodik tövsiyələri oxuyur, öyrənir,
öz zəngin pedaqoji təcrübəsinin süzgəcindən keçirib,
şagirdlərinə çatdırır. O, xoşbəxt
ailə sahibidir. Bir oğul, bir qız anasıdır.
Hər ikisi həkimdir. Nənə olduğu üçün özünü
heç də az xoşbəxt sanmır. 5 nəvəsi var. Firəngiz xanım üçün 2007-ci il oktyabrın
3-ü daha çox sevindirici, daha çox yaddaqalandır. O,
Beynəlxalq Müəllim Günü münasibətilə ölkə
Prezidentinin sərəncamı ilə "Əməkdar müəllim"
adına layiq görülüb. Prezident təqaüdçüsüdür. Bu yüksək
qiymətin əsas meyarı isə zəngin, dərin bilik
sahibi olması və pedaqoji ustalığı ilə seçilməsidir. Qismət ALIŞOĞLU
|