|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Məktəblərin
kompüterləşdirilməsini valideynlər də yüksək
qiymətləndirdilər
"Azərbaycan Respublikasının ümumtəhsil
məktəblərinin informasiya və kommunikasiya
texnologiyaları ilə təminatı Proqramı
(2005-2007-ci illər)"nın yerinə yetirilməsi
nəticəsində əldə olunan nailiyyətlər
müəllim və şagirdlərin həyatında bir
dönüş oldu. 2007-ci ildən Bakı və Sumqayıt
məktəblərinə verilən
noutbuklar və proyektorlar vasitəsilə
elektron dərslər keçilir. Azərbaycan tarixi, kimya,
biologiya, fizika fənləri üzrə elektron audiovizual
dərs vəsaitləri müəllim və şagirdlərin
istifadəsindədir. Təhsil Nazirliyi İKT savadı
olan müəllimlərin hazırlanması və
onların elektron dərsliklərdən istifadə
bacarığını artıqmaq məqsədilə
treninqlər keçirir. İndi
orta məktəblərin əksər siniflərində
informatika fənni tədris olunur. Artıq V və VI
siniflər yeni işıq üzü görmüş informatika
dərsliklərindən istifadə edirlər. Sevindirici haldır ki, bu istiqamətdə işlər
davam edir. "Təhsil
sisteminin informasiyalaşdırılması üzrə Dövlət
Proqramı (2008-2012-ci illər)" hazırlanaraq
təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub.
Məqsəd təhsil müəssisələrinin elmi-texniki
bazasını daha da gücləndirmək, şagirdlərimizin
bilik və intellektual səviyyəsini artırmaq üçün
imkanları genişləndirməkdir. Bəs görəsən, təhsil müəssisələrində
kompüterləşmə ilə bağlı hazırkı
vəziyyət necə qiymətləndirilir? Dövlət
Proqramı nəticəsində kompüterlə
təchiz olunan təhsil müəssisələrində
şagirdlər üçün lazımi şərait yaradılıbmı?
Bu barədə həm müəllimlərin, həm şagirdlərin,
həm də valideynlərin fikirlərini bölüşmək
istədik. Suallarımıza
20 nömrəli məktəb-liseyin kimya müəllimi
Fatma Mustafazadənin keçdiyi dərs
zamanı cavab aldıq. Qeyri-üzvi
kimya şagirdlərə
elektron dərslik vasitəsilə izah edilirdi. Uşaqlar
bütün reaksiyaları vizual
şəkildə görə bilirdilər. Təbii ki,
ekranda aydın şəkildə görünən bu
təsvirlər uşaqlara nəyinsə
qaranlıq qalmasını istisna edir. Elektron
dərslik qısa vaxt ərzində mövzunun təfsilatı
ilə göstərilməsini, dərsin interaktivliyini və
inteqrativliyini təmin edir. Məktəbdə 4 kompüter otağı
fəaliyyət göstərir. Hər gün bu kompüterlərdən
təxminən 500-ə qədər şagird istifadə
edə bilir. Məktəb-liseyin direktoru, eləcə
də "Azərbaycan tarixi" elektron dərs
vəsaitinin müəllifi
Əkbər Qocayev həyata
keçirilən Dövlət Proqramını
şagird və müəllimlərin
bilik dairələrinin genişləndirilməsində
əhəmiyyətli addım adlandırdı: "Xüsusilə,
audiovizual vəsaitindən dərs prosesində istifadə
edilməsi şagirdlərin nəzəri təhliletmə
və məntiqi qiymətləndirmə
bacarıqlarının formalaşdırılmasına,
təlim informasiyasının
təhlili prosesinin mahiyyətinin dərk olunmasına
, şagirdin mühakimə yürütməsinə, öz fikrini yazılı
və şifahi ifadə etmək bacarığının
təkmilləşməsinə kömək edir". İlyas
Əfəndiyev adına Elitar Gimnaziyanın
VII sinfində oxuyan Əli
Hadıyev də öz həyatını kompütersiz təsəvvür
etmir. Gerçəklik ondadır ki, bu texnoloji proses
onlara dünyanı, dünyanı isə
onlara bağışladı. Valideyn
Rəna Süleymanova da övladının təhsil aldığı
gimnaziyada informatika dərslərinin keçilməsindən, kompüter bilgilərinin geniş şəkildə
təbliğ olunması və elektron
dərsliklərdən istifadə edilməsindən çox
məmnundur. ölkə Prezidentinə gələcəyimiz
olan uşaqların təhsilinə göstərdiyi
diqqətə görə minnətdarlığını
bildirən valideyn qeyd etdi ki, bu günün məktəblisi sabah
Azərbaycanı zirvələrə qaldıra
biləcək işgüzar,
peşəkar mütəxəssis deməkdir.
Gümnaziyanın
müəllim kollektivi də çalışdıqları
təhsil ocağının kompüterləşməsinin
dərslərin keyfiyyətinə müsbət təsir göstərdiyini
və uşaqlarda informatika
dərslərinə marağın artmasını
təqdirəlayiq hesab edir. S.C.Pişəvəri adına humanitar
gimnaziyanın VI "V" sinif şagirdləri Zeynəb
Məmmədova və Sevinc Zeynalova deyirlər ki, kompüter hər
yerdə lazımdır. Bütün işlərin
həllində kompüter xüsusi rol oynayır. Kompüterdə
bizə lazım olan materialları yazırıq, çap
edirik. Siyahıların yazılmasında,
cədvəllərin çəkilməsində kompüterdən
istifadə edirik. Gimnaziyanın informatika müəllimi Gülnarə
Şahmərdanovanın sözlərinə görə,
gimnaziyada hər
birində 11 kompüter olmaqla,
3 otaq təşkil olunub. Otaqlarda skanerlər və
printerlər də var. Müəllim uşaqların bilik səviyyəsindən razılıq
edir və əminliklə bildirir ki, məktəbin
məzunlarının əldə etdikdəri biliklər
onların gələcəkdə kompüter mütəxəssisi
olacaqlarına şübhə yeri qoymur. Gimnaziyanın direktoru Novruz Dəmirov
bildirir ki, müəllimlər , əsasən,
tətillərdə, yaxud
boş vaxtlarında kompüter
öyrənməyə gəlirlər.
Eyni zamanda müəllimlər yay tətilində onlar
üçün məktəbdə
təşkil olunacaq kompüter kurslarına cəlb olunacaqlar.
Qısa bir müddət ərzində həyata keçirilən
Dövlət Proqramı ilə bağlı ölkə Prezidenti
və təhsil nazirinə minnətdarlığını
bildirən gimnaziyanın direktoru tezliklə bu uğurlarına
görə Azərbaycanın ABŞ, Avropa ölkələri
ilə müqayisə olunacağını istisna etmir. Bakı Avropa Liseyinin direktoru Zülfiyyə
Veysova rəhbərlik
etdiyi təhsil ocağında artıq uşaqların I
sinifdən kompüter biliklərinə
yiyələndiyini deyir.
O, ilk illərdə aşağı
siniflərdə kompüter dərslərinin keçilməsini
ictimaiyyət arasında birmənalı qarşılanmadığı
halda, indiki dövrdə bu addımın
bəyənilməsinə diqqət çəkdi: Məhz ona görə
liseyimizin şagirdləri informatika sahəsində keçirilən
olimpiadaların qalibləri olur və onların uğurları
ilbəil artır. Liseyimizdə "Elektron
məktəb" layihəsi ilə əlaqədar 7 otaqda
multimedia proyektorları quraşdırılıb. Rus
və Azərbaycan bölmələrində yüksək
səviyyədə elektron dərslər keçilir. Liseyin
VIII sinif şagirdləri Ləman Hüseynova və Nərmin
Məmmədova "Azərbaycanın Gənc Kompüter
İstedadları -
2007" müsabiqəsində II yeri qazanıblar:
İnformatika dərslərinə böyük marağımız
var. Kompüterdə müəllimlərimizin köməyi ilə müxtəlif
mövzularda təqdimatlar hazırlamaqdan zövq alırıq. "İntellekt" liseyi də şabirdlərinin
və müəllimlərinin kompüter
biliklərinə yiyələnməsi
sahəsində böyük uğurlar əldə etmiş
təhsil müəssisələrindəndir. Liseydə şagirdlərə
I sinifdən informatika dərsi keçilir. Liseyin şagirdləri
informatika sahəsində olimpiada
və müsabiqələrin qalibləridirlər. Liseyin direktoru Ceyran Kuliyevanın sözlərinə
görə, şagirdlər artıq II sinifdən kompüterdə
sərbəst işləyə bilirlər. Təhsil ocağında
4 kompüter otağı fəaliyyət göstərir.
Liseydə inzibati şöbələr,
zəng sistemi, mühasibatlıq,
dərs cədvəlləri, sənədləşdirmə
mexanizmi kompüterləşdirilib. Şagirdlərlə söhbət zamanı
məlum oldu ki, onların kompüter dərslərinə,
İnternetə, elektron dərslərə maraqları
hədsizdir. Dövlət Proqramından xəbərdar olan
şagirdlər öz təhsilləri ilə onlara göstərilən
bu qayğını doğruldacaqlarına
söz verdilər. Aynur GüLüSTAN, Fazil İDRİSOĞLU
|