|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
"Sənətkar
xoşbəxtliyi"
Qələm adamı olmaq, fikir, düşüncəni
ağ vərəqdə "göyərdib" hamıya
sevdirmək heç də bu peşəni sevənlərin hamısına
nəsib olmur. Yazıçı-publisist Hacı Ağəddin
Mansurzadə də yuxusuz gecələri hesabına
araya-ərsəyə gətirdiyi yazıları ilə bir
rahatlıq qazananlardandır. Onun "Sənətkar xoşbəxtliyi"
kitabını vərəqlədikcə yazdıqlarının
həyat həqiqəti olduğuna bir daha inandım. Mərhum xalq yazıçısı Hüseyn
Abbaszadənin anadan olmasının 85 illiyinə həsr
olunmuş kitabda müəllifin böyük sənətkarla bağlı
müxtəlif illərdə qələmə aldığı
beş yazı işıq üzü görmüşdür. A.Mansurzadənin uzun müddət "Ədəbiyyat
və incəsənət",
"Bakı" qəzetində işləməsi,
yazıçı və şairlər haqqında
məqalələrlə mətbuatda çıxış
etməsi onun bədii əsəri qiymətləndirmək
bacarığını göstərən önəmli
faktlardandır. "Ədəbi portretlər", "Ədəbi
söhbətlər", "Ədəbi mülahizələr"
kitablarında toplanan çoxsaylı məqalələrdə
Ağəddin Mansurzadənin tədqiqatçılıq bacarığı
özünü aydın şəkildə göstərməkdədir. Müxtəlif illərdə xalq şairi
Bəxtiyar Vahabzadə, Şeyxülislam Allahşükür Paşazadə
və görkəmli jurnalist, çoxlarının sevimli müəllimi
olmuş Nəsir İmanquliyev haqqında Ağəddin
Mansurzadənin yazıb çap etdirdiyi kitablar onu deməyə
əsas verir ki, müəllif öz qəhrəmanlarının
həyat və fəaliyyətlərini, yaradıcılıq
nümunələrini, ən xarakterik məqamları üzərində
dayanmağı, özünəməxsus tərzdə fikir
və mülahizə yürütməyi bacaran zəhmətkeş
qələm sahiblərindəndir. Sözün keşiyində əsl qələm
sahibi kimi dayanan A.Mansurzadənin qələmindən çıxan
"Həyatın burulğanlarında", "Onbirinci
xalq yazıçısı", "Yaxşı kişilərdən
biri" və digər məqalələrində duyğulu
bir ürəyin döyüntüsü sezilir. Bütün yaradıcılığı ilə
oxucu qəlbinə yol tapan müəllifin "Adiloğlu"
nəşriyyatı tərəfindən çap olunmuş
"Sənətkar xoşbəxtliyi" kitabı inanırıq
ki, öz oxucu auditoriyasına yol tapacaq. Ədalət DAŞDƏMİRLİ
|