Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

8 Yanvar 2010 - ¹01

 

Summativ qiymətləndirmənin tətbiqi ilə aparılan bilik yarışı

 

Son illər təhsilimizdə aparılan islahatların bir istiqaməti də şagirdlərin biliklərinin qiymətləndirilməsini əhatə edir. Hazırlanmış yeni qiymətləndirmə mexanizmi indi dərsdə şagirdlərin hər hansı mövzuya cavabını deyil, bütün dərsdəki fəaliyyətini, onun təlimdə əldə etdiyi bütün nailiyyəti özündə əks etdirir. 

Yeni mexanizmə əsasən tətbiq olunan qiymətləndirmənin 3 növündən biri olan summativ qiymətləndirmədən təcrübəmdə geniş istifadə edirəm.

Məlum olduğu kimi, summativ qiymətləndirmə şagirdlərin təlimin müəyyən mərhələlərində standartlar üzrə əldə etdikləri nailiyyət səviyyəsinin qiymətləndirilməsidir. Summativ qiymətləndirmənin ən mühüm cəhəti şagirdlərin əldə etdikləri biliklərin tətbiqinə hansı səviyyədə nail olunduğunu aşkar etməkdən ibarətdir.

Summativ qiymətləndirmənin iki növündən təcrübədə daha çox istifadə olunur. Onlardan biri olan kiçik summativ qiymətləndirmə bölmə və bəhslərin sonunda, ikincisi - böyük summativ qiymətləndirmə isə yarımilin sonunda aparılır.

Qiymətləndirmənin bu növünü şagirdlər arasında keçirilən bilik yarışlarında da tətbiq etmək mümkündür. Bunu nəzərə alaraq ikinci sinif ingilis dili kitabında 4-6 unit-dən sonra "Test Yourself"ə əsaslanaraq ikinci siniflər arasında "Uşaqlara sevinc bəxş edək" layihəsi əsasında "Xoşbəxt uşaqlar" adı altında tədbir keçirdik. Tədbir əslində Bakı şəhəri 31 (müəllim-Vüsalə), 60 (müəllim-Nüşabə Baxşıyeva), 150 (müəllim-Qəmər Rüstəmova), 164 (müəllim Gülsüm Axundova), 35 (müəllim Pərvanə Talıbova), 46 nömrəli (müəllim-Dilarə Bünyatova) məktəblər arasında hər sinifdən 5 şagird olmaqla ikinci sinif şagirdləri ilə keçirilən yarış idi. Yarışın məqsədi şagirdlərin biliyini aşkara çıxarmaq və onları ruhlandırmaq, ingilis dilinə  maraqlarını artırmaq idi. Tədbir 46 nömrəli orta məktəbdə keçirildi. Məktəbin direktoru Sevinc Budaqova qonaqları salamladı və uşaqlara uğurlar arzuladı. Tədbir "Uşaq ili"nə, Uşaq Hüquqları Haqqında Konvensiyanın 20 illiyinə həsr olunmuşdu. Layihənin ideya rəhbəri AMB sədri Məlahət Mürşüdlü, maliyyə dəstəyi İREX direktoru Andrea Kalan, British Council və USA Embassy idi.

Tədbirin sonunda bütün uşaqların nailiyyətləri summativ qiymətləndirilərək onlara sertifikat və kitablar hədiyyə olundu. Yer tutan şagirdlərə xüsusi hədiyyələr, həmin məktəbin müəllimlərinə isə əyani vəsait və kitablar, disklər verildi.

Uşaqların biliyini "Test Yourself" prinsipinə əsaslanaraq qiymətləndirdik.

Xüsusi cədvəl üzrə aparılan qiymətləndirmənin nəticələrinə əsasən 164 nömrəli məktəbin komandası I, 31 və 150 nömrəli məktəblərin komandaları II, 35, 46 və 60 nömrəli məktəblər isə III yeri tutdular.

Yeri gəlmişkən qeyd edək ki, müəllimlər şagirdlərn şifahi nitqini summativ qiymətləndirmək məqsədi ilə eyni tipli deyil, rəngarəng çalışma növlərindən istifadə etsələr yaxşı olar. Belə çalışmalar dərsi daha maraqlı və intensiv edir.

Xarici təşkilatlar tədbiri bəyəndilər, dəstəklədilər, tövsiyələrini verdilər və ona digər məktəblərin də qoşulmasını təklif etdilər.

Gülsüm Axundova,
Bakıdakı 164 nömrəli orta

məktəbin ingilis dili müəllimi,

Dilarə Bünyatova,
Bakıdakı 46 nömrəli orta
məktəbin ingilis dili müəllimi

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
8 Yanvar 2010 - ¹01
Quba şəhərində "Soyqırımı memorial kompleksi"nin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Heydər Əliyev Fondu dmanisili şagirdlər arasında bilik yarışı keçirib
 
Heydər Əliyev Fondu fiziki qüsuru olan insanların informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının artırılması məqsədilə bir sıra layihələr həyata keçirir
 
20 Yanvar faciəsinin iyirminci ildönümünün qeyd edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Elektron Tədris Resurslarının Qiymətləndirilməsi Şurasının yaradılması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ali təhsil müəssisələrinin rəhbərləri ilə müşavirə keçirilib
 
Uşaq evlərində çalışan ixtisaslı kadrlar Almaniyada təcrübə keçəcəklər
 
Kurikulum mərkəzində "dəyirmi masa"
 
Mikayıl Müşfiq yad edildi
 
Arzusu böyüyəndə rəssam olmaqdır
 
Summativ qiymətləndirmənin tətbiqi ilə aparılan bilik yarışı
 
Şərur şəhər 1 nömrəli məktəbin binası yenidənqurmadan sonra istifadəyə verilib
 
Azərbaycan Dövlət Pedaqoji Universitetində tələbələr kompüter vasitəsi ilə imtahanları verdilər
 
Ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadasının qalibləri
 
Bakı məktəblisinin dünyada tanınan rəsm əsəri
 
Dünya universitetləri: Miçiqan Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov