"2008-2012-ci illərdə Azərbaycan Respublikasında
təhsil sisteminin informasiyalaşdırılması üzrə
Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin
icrasını təmin etmək üçün elektron tədris
resurslarının beynəlxalq standartlara
əsaslanaraq qiymətləndirilməsi, həmin
resursların təhsil portalına yerləşdirilməsi və
onların daha effektiv formada tətbiqi üçün
zəruri olan metodiki materialların və
tövsiyələrin təsdiq edilməsi ilə
əlaqədar
ƏMR
EDİRƏM
1.
Təhsil Sistemində Elektron Tədris Resurslarının
Qiymətləndirilməsi Şurası yaradılsın, şuranın
sədri və tərkibi təsdiq edilsin.
2.
Şuranın Əsasnaməsi təsdiq edilsin.
3.
"Elektron tədris resurslarının ekspertizası və
onlara Təhsil Nazirliyinin qrifinin verilməsi
Qaydaları" təsdiq edilsin. Təsdiq edilmiş
Qaydaları qeydiyyata almaq məqsədi ilə Ədliyyə
Nazirliyinə təqdim olunsun.
4.
Təhsil Sisteminin İnformasiyalaşdırılması
İdarəsinə tapşırılsın ki, Elektron Tədris
Resurslarının Qiymətləndirilməsi Şurası
tərəfindən qəbul olunmuş resurslar təhsil
nazirinin müvafiq əmri ilə təhsil portalında
yerləşdirilsin və təhsil müəssisələrinə
yayılsın.
5.
Qiymətləndirilməyə verilmiş elektron resursların
məzmununun ekspertizasının aparılması üçün
Dərslikləri Qiymətləndirmə Şurasının ekspert
komissiyasına təqdim edilsin və Milli Kurikuluma
uyğunluğu müəyyənləşdirilsin.
6.
İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin
"Azərbaycan müəllimi" qəzetində, nazirliyin
"Təhsil xəbərləri" məcmuəsində və Təhsil
Nazirliyinin rəsmi İnternet saytında dərc
olunmasını təmin etsin.
7.
Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
21 dekabr 2009-cu il |