Uşaq
evlərində çalışan ixtisaslı kadrlar Heydər
Əliyev Fondunun təşəbbüsü ilə Almaniyada təcrübə
keçəcəklər.
AzərTAc xəbər verir ki, Bu layihə Heydər Əliyev
Fondu ilə Almaniyanın Uşaq və Gənclərə Qayğı
Fondu arasında əməkdaşlıq çərçivəsində həyata
keçəcəkdir.
Almaniyanın Uşaq və Gənclərə Qayğı Fondu idarə
heyətinin direktoru Torsten Frike demişdir ki,
əməkdaşlıq çərçivəsində uşaq evlərində çalışan
azərbaycanlı və almaniyalı ixtisaslı kadrların
hər iki ölkədə qarşılıqlı təcrübə mübadiləsi
aparılacaqdır.
Almaniyalı qonaq Heydər Əliyev Fondunun uşaq
evlərinin vəziyyətinin yaxşılaşdırılması
sahəsində gördüyü işləri yüksək
qiymətləndirmişdir.
Fondun
təşkil etdiyi Yeni il şənliyinə dəvət olunan
T.Frike Heydər Əliyev Fondu ilə ikitərəfli
əməkdaşlığın yaxşı nəticə verəcəyinə əminliyini
bildirmişdir. O demişdir ki, mən Fondun
dəstəklədiyi həm yeni tikilən, həm də əsaslı
bərpa olunan uşaq evlərinin vəziyyəti ilə tanış
olmuşam.
Demək
istəyirəm ki, bu evlərdə vəziyyət çox yaxşıdır.
ümid edirəm ki, əməkdaşlığımız yaxşı nəticə
verəcəkdir. Biz bir-birimizdən çox şey öyrənə
bilərik. Bizim əsas məqsədimiz ixtisaslı
kadrların mübadiləsi ilə bağlıdır.
Ş.Cəfərov |