Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

8 Yanvar 2010 - ¹01

 

Heydər Əliyev Fondu fiziki qüsuru olan insanların informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının artırılması məqsədilə bir sıra layihələr həyata keçirir

 

Cəmiyyətimizin bir hissəsini təşkil edən fiziki qüsurlu insanlara göstərilən diqqət və qayğı son illər xeyli artmışdır. Bu sahədə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr xüsusi rol oynayır.

Hazırda Heydər Əliyev Fondu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə bu insanların İKT-dən istifadə imkanlarının artırılması məqsədilə bir sıra layihələr həyata keçirir.

BMT-nin xətti ilə bütün dünyada 2008-ci il "Məhdud imkanlı şəxslərə İKT imkanları yaradaq" devizi ilə qeyd edilsə də, hələ bundan əvvəl Azərbaycanda ilk belə təşəbbüs Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tərəfindən irəli sürülmüşdür.

Fiziki qüsuru olan insanların cəmiyyət həyatında fəal iştirakına, informasiya-kommunikasiya texnologiyaları vasitəsilə məlumat əldə etmək və biliklərini artırmaq imkanlarının genişləndirilməsinə, məşğulluğunun artırılmasına yönələn ilk layihə 2005-2006-cı illərdə Heydər Əliyev Fondu və BMT-nin İnkişaf Proqramı tərəfindən birgə həyata keçirilmişdi. Layihə kor və zəif görən uşaqlar üçün respublika internat orta məktəbində müvafiq mərkəzin yaradılmasına imkan vermişdir.

Bu işin davamı olaraq, Heydər Əliyev Fondunun, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdikləri layihə əsasında Gəncədə Regional İnformasiya Mərkəzi yaradılmışdır. Mərkəzin xidmətindən qərb rayonlarında yaşayan 60 mindən çox fiziki qüsurlu insan istifadə edə biləcəkdir. Hazırda müvafiq mərkəz Naxçıvanda da yaradılır.

RİTN-nin şöbə müdiri Rüfət Gülməmmədov bildirmişdir ki, Gəncədəki Regional İnformasiya Mərkəzində olan bütün imkanlar Naxçıvan şəhərində tikilən müvafiq mərkəzdə də yaradılacaqdır.

Mərkəzin xidmətindən şəhərdə, eləcə də muxtar respublikanın 7 rayonunda yaşayan fiziki qüsuru olan insanlar yararlana biləcəklər.

Müasir texnologiyalarla təchiz olunacaq mərkəzdə oxu zalı, təlim-tədris bölməsi, audiokitabxana, ədəbiyyat fondunun audioformata çevrilməsi üçün səsyazma studiyası, kompüter salonu fəaliyyət göstərəcəkdir. Səsyazma studiyasının köməyi ilə 50 adda audiokitab fonduna malik kitabxananın zənginləşdirilməsi nəzərdə tutulmuşdur.

Sürətli İnternetlə təmin olunacaq mərkəzdə 20 kompüterdən ibarət lokal şəbəkə yaradılacaq, görmə qabiliyyətini itirmiş insanlar üçün Brayl printeri və displeyləri, müxtəlif dillərdə nəşrləri səsləndirəcək oxu maşını quraşdırılacaqdır. Mərkəzdə görmə qabiliyyəti zəif olan insanlar üçün kompüterlərə böyüdücü cihazların quraşdırılması, iri şriftli kitabların nəşri, lal və karlar üçün subtitrli filmlərin nümayişi, əqli cəhətdən zəiflər üçün zehni inkişaf etdirən kompüter oyunlarının təşkili nəzərdə tutulmuşdur.

Regional İnformasiya Mərkəzinin İnternet saytı isə istifadəçilərə lazımi informasiyanı əldə etməklə yanaşı, "tanışlıq" bölməsinin köməyi ilə ünsiyyət qurmağa imkan yaradacaqdır.

AzərTAc

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Heydər Əliyev Fondu" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
8 Yanvar 2010 - ¹01
Quba şəhərində "Soyqırımı memorial kompleksi"nin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Heydər Əliyev Fondu dmanisili şagirdlər arasında bilik yarışı keçirib
 
Heydər Əliyev Fondu fiziki qüsuru olan insanların informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının artırılması məqsədilə bir sıra layihələr həyata keçirir
 
20 Yanvar faciəsinin iyirminci ildönümünün qeyd edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Elektron Tədris Resurslarının Qiymətləndirilməsi Şurasının yaradılması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ali təhsil müəssisələrinin rəhbərləri ilə müşavirə keçirilib
 
Uşaq evlərində çalışan ixtisaslı kadrlar Almaniyada təcrübə keçəcəklər
 
Kurikulum mərkəzində "dəyirmi masa"
 
Mikayıl Müşfiq yad edildi
 
Arzusu böyüyəndə rəssam olmaqdır
 
Summativ qiymətləndirmənin tətbiqi ilə aparılan bilik yarışı
 
Şərur şəhər 1 nömrəli məktəbin binası yenidənqurmadan sonra istifadəyə verilib
 
Azərbaycan Dövlət Pedaqoji Universitetində tələbələr kompüter vasitəsi ilə imtahanları verdilər
 
Ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadasının qalibləri
 
Bakı məktəblisinin dünyada tanınan rəsm əsəri
 
Dünya universitetləri: Miçiqan Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov