Heydər
Əliyev Fondu gürcüstanlı soydaşlara bütün
sahələrdə olduğu kimi, təhsil səviyyəsinin
müasir tələblərlə ayaqlaşması baxımından da
yardımını əsirgəmir.
Fondun
təşəbbüs və dəstəyi ilə dekabrın 29-da Kvemo
Kartli-Borçalı bölgəsinin Dmanisi şəhərində
Heydər Əliyev Fondunun bilgisayar mərkəzində
rayon şagirdləri arasında bilik yarışı
keçirilmişdir. Yarışda Dmanisidəki
azərbaycandilli məktəblərlə yanaşı, rayonun
gürcü məktəblərinin şagirdləri də iştirak
etmişlər. üç turdan ibarət yarışda hər bir
şagird 10 sualı cavablandırmışdır. Münsiflər
heyəti azərbaycanlı şagirdlər arasında 1-ci yerə
Yaqublu məktəbinin şagirdi Vüqar Musayevi, 2-ci
yerə Dunus məktəbinin şagirdi Elman Nəbiyevi,
3-cü yerə Aşağı Qruzman məktəbinin şagirdi
Zərinə Muradovanı layiq görmüşdür.
Gürcü
şagirdləri arasında 1-ci yerə Tamjuna Qurçiani,
2-ci yerə Maryam Xvimiani, 3-cü yerə isə Levan
Narçemaşvili çıxmışlar. Onların hər üçü Dmanisi
şəhərindəki 1 və 2 nömrəli məktəblərin
şagirdləridir.
Həm
Azərbaycan, həm də gürcüdilli məktəblərin 1-ci
yerə çıxmış şagirdlərinə rəngli televizor, 2-ci
yerə çıxanlara multipleyer, 3-cü yerin
sahiblərinə isə mobil telefonlar təqdim
olunmuşdur. Mükafatları Heydər Əliyev Fondu
ayırmışdır. Tədbirdə Azərbaycan Respublikasının
Gürcüstandakı səfirliyinin birinci katibi Adil
Əfəndiyev, Dmanisi Rayon İcra Hakimiyyətinin
başçısı Bakur Mqeladze və başqa rəsmi şəxslər
iştirak etmişlər.
AzərTAc |