Azərbaycan Respublikası Təhsil Problemləri
İnstitutunun Kurikulum mərkəzində "2008-2009-cu
dərs ilində I siniflərdə yeni fənn
kurikulumlarının tətbiqi vəziyyəti:
nailiyyətlər, problemlər və perspektivlər"
mövzusunda "dəyirmi masa" keçirilib. Kurikulum
mərkəzinin direktoru, pedaqoji elmlər namizədi
, dosent Ənvər Abbasov I siniflərdə
kurikulumların tətbiqi vəziyyətindən və vacib
olan məsələlərdən danışıb.
Sonra ibtidai təhsilin kurikulumu şöbəsinin
müdiri, dosent Bibixanım İbadova mövzu ilə
əlaqədar məruzə edib.
Məruzə ətrafında TPİ-nin şöbə müdiri V.Xəlilov,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
metodkabinetinin müdir müavini S.Məmmədova, 20
nömrəli məktəb-liseyin direktor müavini S.
Heydərova, 124 nömrəli orta məktəbin sinif
müəllimi ç.Əliyeva və başqaları çıxış edərək
fikir və mülahizələrini bildiriblər.
Ş.Cəfərov |