· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 


B.e ç.a ç C.a C. Ş. B.
      1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28

 

 

Cəlil Məmmədquluzadənin 140 illik yubileyi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

2009-cu ilin fevral ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 140 ili tamam olur.

Qüdrətli qələm ustası Cəlil Məmmədquluzadənin zəngin irsi bədii-estetik düşüncə tariximizin parlaq səhifələrindəndir. Ədibin yüz il əvvəl yaratdığı "ölülər", milli vəhdət ideyasının carçısına çevrilmiş "Anamın kitabı", eləcə də digər dramaturji, nəsr və publisist əsərləri Azərbaycanın çoxəsrlik söz xəzinəsinin qiymətli incilərini təşkil edir. Cəlil Məmmədquluzadənin təşəbbüsü, redaktorluğu və naşirliyi ilə çap olunan "Molla Nəsrəddin" jurnalı ölkənin ədəbi-publisistik həyatında müstəsna rol oynamış, milli məfkurənin formalaşmasına öz layiqli töhfəsini vermişdir. 

 

 

"Uşaq ili"ndə uşaqlara qayğı daha da artacaq

Azərbaycan Prezidentinin sərəncamı ilə 2009-cu ilin ölkəmizdə "Uşaq ili" elan olunması uşaqlara, o cümlədən də uşaq evlərində, internat məktəblərdə yaşayıb təlim-tərbiyə alan balaca vətəndaşlara dövlət qayğısının güclənməsinə, vətəndaş cəmiyyəti qurumlarının uşaq problemlərinə diqqətinin artmasına səbəb olacaqdır. Artıq üçüncü ildir ki, ölkəmizdə dövlət uşaq müəssisələrində tərbiyə alan kimsəsiz, valideyn himayəsindən məhrum və aztəminatlı ailələrdən olan uşaqlara qayğının artırılmasını, onların cəmiyyətə daha yaxşı adaptasiyasını nəzərdə tutan "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institutlaşdırma) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" həyata keçirilir. Proqramın icrası istiqamətində bir sıra əhəmiyyətli işlər görülmüşdür. Belə ki, əlaqədar qurumlarla birlikdə bütün internat məktəb və uşaq evlərinin fəaliyyətinin monitorinqi aparılmış, dövlət uşaq müəssisələrinin və orada yaşayan uşaqların qiymətləndirilməsi keçirilmiş, məlumat bazası yaradılmış və müvafiq plan hazırlanmışdır. Plana əsasən Bakı şəhər 2 nömrəli uşaq evi nəzdində "Günərzi Qayğı Mərkəzi" adlı alternativ xidmət növü təşkil olunmuşdur. İmkan düşdükcə həmin uşaq evinin, yaxın gələcəkdə isə bütövlükdə digər dövlət uşaq müəssisələrinin bu tipli qayğı mərkəzlərinə çevrilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, 7 internat tipli müəssisə transformasiya edilmişdir, onlardan 4-ü gimnaziyaya, 2-si ümumtəhsil, 1-i inklüziv komponentli məktəbə çevrilmişdir.

 

  

Yoxlama imtahanlarının

vaxtı müəyyənləşdi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il tarixli, 9 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumtəhsil sistemində Qiymətləndirmə Konsepsiyası"nın 2.3 bəndinə əsasən 2008-2009-cu tədris ilində orta təhsil kursu üzrə buraxılış imtahanlarının respublikanın bütün ümumtəhsil sistemində mərkəzləşdirilmiş qaydada aparılması nəzərdə tutulub.

İmtahan mərkəzləri üzrə hər sinif otağında 18 şagird imtahan verəcək və buna müvafiq olaraq şagirdlər üçün 18 variantda test sual kitabçası hazırlanıb.

"Məktəb liderliyinin inkişafı" mövzusunda seminar keçirildi

Akademik Zərifə Əliyeva adına məktəbdə "Məktəb liderliyinin inkişafı" mövzusunda Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin  birgə keçirdikləri ikigünlük seminar fevralın 6-da öz işinə başladı.

 

Seminarı Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin proqramlar üzrə direktoru Elmina Kazımzadə açaraq məktəb liderliyinin inkişafı ilə bağlı öz fikir və mülahizələrini iştirakçılarla bölüşdü, məktəb direktorlarının üzərinə düşən vəzifələrə toxundu.  Qeyd etdi ki, rəhbərlik etdiyi qurumun Açıq Cəmiyyət İnstitutunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Məktəb liderliyi" layihəsi məktəb direktorlarının liderlik keyfiyyətlərinin artırılması, məktəb liderliyini inkişaf etdirməklə təhsildə hesabatlılığın və şəffaflığın inkişaf etdirilməsi məqsədini daşıyır.

Yeni İKT avadanlıqları təqdim olundu

Fevralın 7-də akademik Zərifə Əliyeva adına məktəbə İKT avadanlıqları təqdim olundu. Bu münasibətlə keçirilən təqdimat mərasimində təhsil naziri Misir Mərdanov, təhsil nazirinin müavinləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, Təhsil Nazirliyinin müvafiq şöbə və struktur bölmələrinin rəhbərləri, paytaxtın bir sıra məktəblərinin direktorları, KİV nümayəndələri iştirak edirdilər.

ölkə başçısı cənab İlham Əliyevin 10 iyun 2008-ci il tarixli sərəncamına əsasən təsdiq olunmuş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq məktəbə 4 noutbuk, 4 proyektor dəsti və 5 elektron lövhə verilmişdir.

Təhsil ocağının sinif otaqlarında quraşdırılmış İKT avadanlıq dəstləri vasitəsilə keçilən dərslərdə iştirak edən nazir Misir Mərdanov şagird və müəllimlərin hazırlıq səviyyəsi, bu avadanlıqlardan necə istifadə etmələri ilə yaxından tanış oldu.

Bakı şəhər məktəbləri məzunlarının ali məktəblərə qəbul göstəriciləri müzakirə edildi

Fevralın 11-də Bakıdakı 1 nömrəli orta məktəbdə Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının birgə  müşavirəsi keçirildi. Tədbir 2007-2008-ci tədris ilində Bakı şəhər məktəbləri məzunlarının ali məktəblərə qəbul göstəricilərinin elmi-statistik təhlilinə həsr olunmuşdu.

Müşavirəni Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva açaraq  son illər belə bir tədbirin keçirilməsinin artıq ənənəyə çevrildiyini bildirdi. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının statistik məlumatlarının  hər bir kəsdə bir daha təhsilin inkişaf dinamikasına dair ətraflı təsəvvür yaratdığını söylədi.

"Gənc kompüter istedadları" müsabiqəsi keçirilir

Məlum olduğu kimi, Təhsil Nazirliyinin 12 yanvar 2009-cu il tarixli əmrinə əsasən, məktəblilər arasında kompüter layihələri üzrə "Gənc kompüter istedadları" adlı müsabiqə keçirilir.

Müsabiqədə məqsəd informasiya texnologiyalarının (proqramlaşdırma, Veb-dizayn, multimedia) tətbiqi sahəsində istedadlı uşaq və gənclərin aşkara çıxarılması, gənclərin kompüter (informasiya) texnologiyalarına yiyələnmələri, yaradıcılıq qabiliyyətinin inkişafı, istedadlı uşaqlarla işin forma və üsullarının təkmilləşdirilməsi və tədris prosesində İKT-nin tətbiqidir. Yarışma hər ilin mart-aprel aylarında keçiriləcək. 

Məktəbəqədər təhsil müəssisələri üçün hazırlanmış təlim vəsaitlərinin təqdimatı oldu

Fevralın 10-da "Europe Hotel"də ölkə Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi üzrə Dövlət Proqramı (2007-2010-cu illər)" çərçivəsində Təhsil Nazirliyi və "çaşıoğlu" şirkətlərinin birgə layihəsi əsasında məktəbəqədər təhsil müəssisələri üçün hazırlanmış təlim vəsaitlərinin təqdimat mərasimi keçirildi.  

Məzunlar məktəblilərin qonağı oldular

Beynəlxalq Təhsil Kompleksində ənənəvi məzun günü keçirildi. Müxtəlif yaş qruplarını əhatə edən məzunlar öz müəllimlərinə gül dəstələri bağışladılar. Onları təbrik edir, səmimi söhbətlər aparırdılar.

Beynəlxalq Təhsil Kompleksinin direktoru Sara Xanlarova tədbiri açıq elan edərək respublikamızın təhsil sahəsində aparılan uğurlu islahatlardan, o cümlədən kompleksdə son dövrlərdə görülən işlərdən və qazanılmış nailiyyətlərdən danışdı. Məzunları təbrik edən Sara xanım bildirdi ki, bu təhsil ocağını bitirən yüzlərlə məzun dünyanın hər yerində çalışaraq ölkəmizin şərəfini qoruyur.