|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Yoxlama
imtahanlarının vaxtı müəyyənləşdi
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 13 yanvar 2009-cu il tarixli, 9 nömrəli qərarı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının
ümumtəhsil sistemində Qiymətləndirmə Konsepsiyası"nın
2.3 bəndinə əsasən 2008-2009-cu tədris
ilində orta təhsil kursu üzrə buraxılış
imtahanlarının respublikanın bütün ümumtəhsil
sistemində mərkəzləşdirilmiş qaydada aparılması
nəzərdə tutulub. İmtahan mərkəzləri üzrə
hər sinif otağında 18 şagird imtahan verəcək
və buna müvafiq olaraq şagirdlər üçün 18 variantda test
sual kitabçası hazırlanıb. Bir bölgədə keçirilən
yoxlama imtahanında tətbiq olunan test sual kitabçaları
digər bölgələrdə istifadə olunmayacaq, yəni
test sual kitabçaları hər bölgə üzrə müxtəlif
olacaqdır. Hər bir şagirdin cavab kartı üzərində
onun şəkli çap olunacaq. Cari tədris ilindən mərkəzləşdirilmiş
qaydada keçirilən yoxlama və buraxılış
imtahanlarına ilk dəfə cəlb olunmuş bütün ümumtəhsil
məktəblərinə test bankı paylanmışdır,
keçən illərdən mərkəzləşdirilmiş
qaydada keçirilən yoxlama və buraxılış
imtahanlarında iştirak edən məktəblər
isə ötən tədris ilində onlara verilmiş test bankından
istifadə edə bilərlər. Bölgələr üzrə mərkəzləşdirilmiş
qaydada yoxlama imtahanları aşağıdakı qaydada keçiriləcəkdir:
- 22.02.2009-cu il tarixində peşə
liseyləri üzrə 29 imtahan mərkəzində 4495 şagird;
- 01.03.2009-cu il tarixində Bakı, Sumqayıt
şəhərləri, Abşeron və Qobustan rayonları
üzrə 78 imtahan mərkəzində 30579 şagird; - 15.03.2009-cu il tarixində Quba, Qusar, Xızı,
Siyəzən və Dəvəçi rayonları üzrə 15
imtahan mərkəzində 5847 şagird; - 29.03.2009-cu il tarixində ölkənin
mərkəzi aran və cənub rayonları üzrə 76
imtahan mərkəzində 24952 şagird; - 05.04.2009-cu il tarixində ölkənin şimal-qərb
rayonları üzrə 40 imtahan mərkəzində 14046
şagird; - 12.04.2009-cu il tarixində qərb rayonları
üzrə 55 imtahan mərkəzində 20997 şagird. Müvafiq təlimata uyğun olaraq, şagird
imtahana gələrkən mobil telefon
gətirməməlidir, əks halda o, imtahan otağından
kənarlaşdırılacaq və imtahan
nəticələri ləğv olunacaqdır.
|