|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Təhsil müəssisələrində qaz cihazlarından istifadə haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri Azərbaycan Respublikası Nazirlər
Kabinetində ölkə ərazisində son zamanlar yaşayış
evlərində və istehsalat sahələrində qaz sızması
ilə əlaqədar baş vermiş bədbəxt
hadisələrin qarşısının alınması üzrə
təxirəsalınmaz tədbirlərin görülməsi
barədə 29 yanvar 2009-cu il tarixində müşavirə
keçirilmişdir. Müşavirədə qazanxanaları olmayan
məktəblərdə, məktəbəqədər müəssisələrdə
qazdan istifadəyə yol verildiyi və bununla
əlaqədar Fövqəladə Hallar Nazirliyi, Sənaye
və Energetika Nazirliyi və Təhsil Nazirliyi
tərəfindən birgə araşdırmaların aparılmasının
və belə halların aradan qaldırılmasının,
qısa müddət ərzində bu növ obyektlərin tikinti
norma və qaydalarının tələblərinə
riayət edilməklə istilik sistemləri və qızdırıcıları
ilə təmin olunmasının vacibliyi qeyd edilmişdir. Qərara alınmışdır ki, Fövqəladə
Hallar Nazirliyinin rəhbərliyi altında, Sənaye və
Energetika Nazirliyi, "Azəriqaz" Səhmdar
Cəmiyyəti, şəhər, rayon icra
hakimiyyətləri, Təhsil Nazirliyi ilə birlikdə
istifadəsi mümkün olmayan, binaların qızdırılması
üçün qazdan istifadə olunan məktəb və
məktəbəqədər müəssisələrin
və digər obyektlərin müəyyənləşdirilməsi
üçün birgə komissiya yaradaraq araşdırmalar aparılsın,
tikinti norma və qaydalarının
tələblərinə cavab verməyən hallar müəyyənləşdirildikdə
onların qarşısı qəti şəkildə alınsın.
Təhsil Nazirliyi sistemində qazdan istifadə ilə
əlaqədar nəzarət funksiyalarını həyata
keçirən əməkdaşların məsuliyyətinin
artırılması üçün zəruri tədbirlər görülsün. Qeyd olunanları nəzərə alaraq
ƏMR EDİRƏM: 1. Nazirliyin tabeliyində olan müəssisələrin,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin,
rayon (şəhər) təhsil şöbələrinin
rəhbərlərinə tapşırılsın ki, qısa
müddət ərzində təhsil müəssisələrində
istifadə edilən qaz cihazlarına baxış keçirilsin,
aşkara çıxarılan pozuntuların aradan qaldırılması
üçün qəti tədbirlər görülsün. Bu zaman zəruri
hallarda Fövqəladə Hallar Nazirliyinin müvafiq bölmələrinin,
eləcə də digər aidiyyəti dövlət orqanlarının
texniki, məsləhət və başqa yardımından
istifadə edilsin. Görülən işlərin nəticəsi
barədə qısa müddətdə Təhsil
Nazirliyinə məlumat verilsin. Təhsil müəssisələrinin
rəhbərləri xüsusi araşdırmalar zamanı Fövqəladə
Hallar Nazirliyinə və digər aidiyyəti qurumların
mütəxəssislərinə zəruri şərait yaratsınlar. 2. Təhsil Nazirliyinin nəzdindəki
Əsaslı Tikinti İdarəsi (A.Dəmirov) nazirliyin
xətti ilə istifadəyə verilən, əsaslı
təmir edilən, istilik sistemi dəyişdirilən
təhsil müəssisələrində istilik
sistemlərinin tikinti norma və qaydalarının
tələblərinə cavab verməsi vəziyyətini
araşdırsın və bu barədə Təhsil
Nazirliyinə məlumat versin. 3. İqtisadiyyat şöbəsi
(H.Zeynalov) daxil olan məlumatları ümumiləşdirsin
və Nazirlər Kabinetinə təqdim edilmək üçün hazırlasın. 4. ümumi şöbə (İ.Mirzəyev)
bu əmrin qısa zamanda yerlərə çatdırılmasını
təmin etsin. 5. Əmrin icrasına nəzarəti
özümdə saxlayıram. Misir MƏRDANOV, Azərbaycan Respublikasının
təhsil naziri 9 fevral 2009-cu il
|