|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Cəlil Məmmədquluzadənin 140 illik yubileyi haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı 2009-cu ilin fevral ayında Azərbaycan
ədəbiyyatının görkəmli nümayəndəsi, böyük
yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil
Məmmədquluzadənin anadan olmasının 140 ili tamam
olur. Qüdrətli qələm ustası Cəlil
Məmmədquluzadənin zəngin irsi bədii-estetik düşüncə
tariximizin parlaq səhifələrindəndir. Ədibin yüz
il əvvəl yaratdığı "ölülər",
milli vəhdət ideyasının carçısına çevrilmiş
"Anamın kitabı", eləcə də digər
dramaturji, nəsr və publisist əsərləri
Azərbaycanın çoxəsrlik söz xəzinəsinin
qiymətli incilərini təşkil edir. Cəlil
Məmmədquluzadənin təşəbbüsü, redaktorluğu
və naşirliyi ilə çap olunan "Molla
Nəsrəddin" jurnalı ölkənin
ədəbi-publisistik həyatında müstəsna rol oynamış,
milli məfkurənin formalaşmasına öz layiqli töhfəsini
vermişdir. Klassik Azərbaycan və dünya bədii fikri
ənənələrindən, xalq yumorundan
məharətlə bəhrələnən sənətkarın
milli oyanışa səsləyən yaradıcılığı
həm Qafqaz xalqlarının, həm də bir sıra
Şərq ölkələrinin ədəbiyyatlarına böyük
təsir göstərmişdir. Azərbaycan mədəni və ictimai
fikrinin inkişafı yolunda mühüm xidmətlər göstərmiş
Cəlil Məmmədquluzadənin 140 illik yubileyinin
respublikada layiqincə qeyd olunmasını təmin
etmək məqsədi ilə qərara alıram: 1. Azərbaycan Milli Elmlər Akademiyası
Azərbaycan Yazıçılar Birliyinin təklifləri
nəzərə alınmaqla, Naxçıvan Muxtar Respublikasının
Ali Məclisi ilə birlikdə Cəlil
Məmmədquluzadənin 140 illik yubileyinə həsr
olunmuş tədbirlər planı hazırlayıb
həyata keçirsin. 2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn
məsələləri həll etsin. 3. Bu sərəncam imzalandığı
gündən qüvvəyə minir. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 fevral 2009-cu il Mehdi
Hüseynin 100 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2009-cu ilin mart ayında görkəmli ədib,
Azərbaycanın xalq yazıçısı Mehdi Hüseynin
(Mehdi Əli oğlu Hüseynovun) anadan olmasının 100 ili
tamam olur. Yeni dövr Azərbaycan ədəbiyyatının
inkişafında istedadlı nasir, dramaturq və tənqidçi
Mehdi Hüseynin özünəməxsus yeri vardır. O, tarixi
və müasir mövzulu bədii əsərlərin bir çox
dəyərli nümunələrini meydana
gətirməklə yanaşı, peşəkar
ədəbiyyatşünas kimi sənətkarlıq və
yaradıcılığın nəzəri
məsələlərinə dair aktual mülahizələri
ilə ədəbi prosesə istiqamət vermişdir. Azərbaycan ədəbiyyatının inkişafı
sahəsində təqdirəlayiq xidmətlər göstərmiş
yazıçı Mehdi Hüseynin 100 illik yubileyinin layiqincə keçirilməsini
təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının
Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Yazıçılar
Birliyinin təklifləri nəzərə alınmaqla,
Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan
Respublikasının Təhsil Nazirliyi ilə birlikdə
xalq yazıçısı Mehdi Hüseynin 100 illik yubileyinə
həsr olunmuş tədbirlər planı hazırlayıb
həyata keçirsin. 2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn
məsələləri həll etsin. 3. Bu sərəncam imzalandığı gündən
qüvvəyə minir. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 fevral 2009-cu il Gənc
istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı "Azərbaycanda gənc istedadlara dövlət
qayğısı haqqında" Azərbaycan Respublikası
Prezidentinin 1996-cı il 22 iyun tarixli 464 saylı fərmanına
uyğun olaraq qərara alıram: Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı
şəxslərin adları Azərbaycanın gənc
istedadlarının "Qızıl kitab"ına yazılsın
və onlar xüsusi aylıq təqaüdə layiq görülsünlər: Rüstəmova Fəridə Eldar qızı -
Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi. Sevdiməliyev Ramiz Ramiz oğlu - Bakı
Musiqi Akademiyası nəzdində Orta İxtisas Musiqi
Məktəb-studiyasının şagirdi. Yusifli Zəhra Ceyhun qızı - Bakı
şəhər Leopold və Mstislav Rostropoviçlər adına
21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 fevral 2009-cu il
|