|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Məktəbəqədər təhsil müəssisələri üçün hazırlanmış təlim vəsaitlərinin təqdimatı oldu Fevralın 10-da "Europe Hotel"də ölkə
Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi
"Azərbaycan Respublikasında
məktəbəqədər təhsilin yeniləşdirilməsi
üzrə Dövlət Proqramı (2007-2010-cu illər)" çərçivəsində
Təhsil Nazirliyi və "çaşıoğlu" şirkətlərinin
birgə layihəsi əsasında
məktəbəqədər təhsil müəssisələri
üçün hazırlanmış təlim vəsaitlərinin
təqdimat mərasimi keçirildi. Təhsil Nazirliyinin məsul şəxslərinin,
struktur bölmə rəhbərlərinin, millət
vəkillərinin, müvafiq sahə üzrə tanınmış
alim və mütəxəssislərin,
məktəbəqədər təhsil müəssisələri
rəhbərlərinin, "çaşıoğlu" şirkətlərinin
əməkdaşlarının və KİV nümayəndələrinin
iştirak etdiyi mərasim açıq elan olunduqdan sonra çıxış
üçün söz təhsil naziri Misir Mərdanova verildi. Dəvəti qəbul edib tədbirdə iştirak
edən bütün qonaqlara öz təşəkkürünü
bildirən təhsil naziri bu gün onların xalqımızın
həyatında çox böyük əhəmiyyəti olan bir
hadisənin şahidi olduqlarını bildirdi. çıxışına
davam edən Misir Mərdanov respublikamızda
məktəbəqədər təhsilin real
vəziyyəti, əsas problemlər və bu sahə
ilə bağlı həlli vacib olan
məsələlər haqqında məlumat verdi.
Məktəbəqədər təhsil müəssisələrində,
eləcə də ailələrdə uşaqlarla aparılan
təlim-tərbiyə işlərinin
böyük əhəmiyyət kəsb etdiyini deyən
nazir qeyd etdi ki, məhz məktəbəqədərki dövr
uşağın psixi inkişafı və şəxsiyyətinin
formalaşmasında mühüm rol oynayır. Buna görə
də dünyanın əksər ölkələrinin təhsil
sistemində məktəbəqədər təhsil müəssisələrinin
xüsusi yeri var. Misir Mərdanov belə ölkələrin
qabaqcıl təcrübəsindən söz açdı və bu
təcrübədən yararlanmağın zəruriliyini vurğuladı. ölkəmizdə uzun illərdir ki, bu
sahənin diqqətdən kənarda qaldığını
deyən nazir bildirdi ki, son iki ildə "Azərbaycan
Respublikasında məktəbəqədər təhsilin
yeniləşdirilməsi üzrə Dövlət Proqramı
(2007-2010-cu illər)" çərçivəsində bir çox mühüm
işlər görülmüş və tədbirlər həyata
keçirilmişdir. Bunlardan ən önəmlisi məhz bu gün
təqdim olunan təlim vəsaitləridir. O, bir il
ərzində hazırlanmış bu materialların artıq
məktəbəqədər təhsil müəssisələrinə
çatdırıldığını, tərbiyəçilər
və uşaqlar tərəfindən çox
bəyənildiyini qeyd etdi. Təhsil naziri Misir Mərdanov dövlətimizin
hədiyyəsi olan bu vəsaitlər toplusunun uşaqları
həm məktəbə, həm də həyata hazırlamaq
sahəsində böyük xidməti olacağına
əminliyini ifadə edərək layihədə
əməyi olan hər
kəsə, alim və mütəxəssislərə,
eləcə də "çaşıoğlu" şirkətlər
qrupunun əməkdaşlarına təşəkkürünü
bildirdi. Mərasimdə daha sonra təqdim olunan
təlim materialları-test kitabları, metodik
vəsaitlər, oyunlar, plakat dəstləri, nağıllar,
oyun diskləri, səsli və plakat nağıllar haqqında
hazırlanmış reklam çarxı nümayiş etdirildi. Tədbirdə çıxış edən
millət vəkilləri Şəmsəddin Hacıyev,
Qənirə Paşayeva, Nizami Cəfərov, Gülər
Əhmədova, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi
Sədaqət Qəhrəmanova, Təhsil Nazirliyinin
Məktəbəqədər təhsil sektorunun müdiri
Nərminə Alnağıyeva, metodist Südabə Abdullayeva,
134 nömrəli Beynəlxalq Təhsil Kompleksinin direktoru Sara
Xanlarova, bir sıra təlim vəsaitlərinin müəllifləri Laləzar Cəfərova və Aygün Məcidova
, Binəqədi rayonundakı 266 nömrəli uşaq bağçasının
müdiri Dilbər Səmədova vəsaitlərin çox gözəl
tərtib olunduğunu və yüksək keyfiyyətlə hazırlandığını
deyərək onların
kiçikyaşlı uşaqların tərbiyəsində
əhəmiyyətli rol oynayacağına inandıqlarını
bildirdilər, bir sıra məsələlərlə bağlı
rəy və təkliflərini səsləndirdilər. Tədbirin rəsmi hissəsindən sonra
Nizami Rayon Uşaq Yaradıcılıq Mərkəzinin
yetirmələri xalq oyunları və mahnılardan
ibarət bədii proqramla çıxış etdilər. Hicran ƏKBƏROVA
|