|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
2009-cu
il aprel ayının 30-da Azərbaycan Dövlət Neft
Akademiyasında baş vermiş faciə ilə bağlı
hədsiz kədərləndiyimi bildirirəm. Həlak
olanların ailələrinə, yaxınlarına və
əzizlərinə dərin hüznlə başsağlığı
verərək, ulu Tanrıdan onlara rəhmət
diləyirəm. Bu çətin günlərinizdə biz hamımız
ağır dərdinizi bölüşərək, sizə
səbir və təmkinlilik diləyirik. Əmin ola
bilərsiniz ki, Azərbaycan dövləti bu hadisə ilə
əlaqədar bütün lazımi tədbirləri həyata keçirəcəkdir.
Allah rəhmət eləsin! İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Bakı, 30 aprel 2009-cu il
|
Azərbaycan Dövlət Neft Akademiyasına silahlı basqınla bağlı cinayət işi başlanmışdır Respublika Baş Prokurorluğunun və Daxili
İşlər Nazirliyinin birgə məlumatında deyilir ki,
aprelin 30-da saat 9.30 radələrində Azərbaycan Dövlət
Neft Akademiyasının Bakı şəhəri, Dilarə
Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən
Qaz-neft mədən və neft mexanikası fakültələrinin
yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxsin
inzibati binanın birinci mərtəbəsindən altıncı
mərtəbəsinədək qarşısına çıxan
hər bir kəsə "Makarov" tipli tapançadan atəş
açması nəticəsində 12 nəfər ölmüş, 13
nəfər müxtəlif dərəcəli bədən
xəsarətləri almışdır. Daxil olmuş məlumat əsasında
hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami
hissəsinin, ərazi polis və prokurorluq orqanlarının
məsul əməkdaşları gəlmişlər. Polis
tərəfindən zərərsizləşdiriləcəyini
görən silahlı cinayətkar özünü öldürmüşdür. Cinayətin törədildiyi yer və
meyitlər müayinə olunmuş, məhkəmə-tibbi,
məhkəmə-trasoloji, məhkəmə-ballistik və
digər ekspertizalar təyin edilmişdir. Cinayəti törətmiş şəxsin üstündən
1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı
Qədirov Fərda Əsəd oğluna məxsus şəxsiyyət
vəsiqəsi, "Makarov" tipli tapança, habelə hər
biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi
üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança
sandıqçası aşkar edilərək götürülmüşdür.
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
"Ulu öndər Heydər Əliyevi düşünərkən..." Aprelin 25-də akademik Zərifə Əliyeva
adına məktəbdə ümummilli lider Heydər Əliyevin
anadan olmasının 86-cı ildönümü münasibətilə
ümumtəhsil məktəblərinin şagirdləri arasında
təşkil olunan inşa müsabiqəsinin yekun
mərhələsi keçirildi. Müsabiqənin təntənəli açılış
mərasimində Azərbaycan Respublikasının
təhsil naziri Misir Mərdanov, Yeni Azərbaycan Partiyası
sədrinin müavini, icraçı katib Əli Əhmədov,
millət vəkili Mübariz Qurbanlı, Azərbaycan
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov,
müsabiqənin Təşkilat Komitəsinin üzvləri
və KİV nümayəndələri iştirak
edirdilər. |
Gəncə Dövlət Universitetinin 70 illik yubileyinə həsr olunmuş tədbir Aprelin 27-də Gəncə Şəhər İcra Hakimiyyətinin akt zalında Gəncə Dövlət Universitetinin 70-illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirildi.Tədbir iştirakçıları əvvəlcə Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısında ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov açaraq universitetin 70-illik yubileyi münasibətilə təhsil ocağında çalışan bütün əməkdaşları təbrik etdi, xalqımızın ümummilli lideri Heydər Əliyevin və onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin ölkədə təhsilin inkişafına göstərdikləri əvəzsiz qayğı və diqqətdən danışdı. |
Aprelin 28-də Azərbaycan Respublikasının
təhsil naziri Misir Mərdanov çin Xalq Respublikasının
ölkəmizdəki fövqəladə və səlahiyyətli
səfiri Can Yannyan ilə görüşüb.
Azərbaycanda təhsilin müasir tələblər səviyyəsinə yüksəldilməsi yönündə görülən kompleks işlərdən, həyata keçirilən islahatlardan bəhs edən nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan dövlət siyasətində təhsil sektoruna xüsusi önəm verildiyini diqqətə çatdırıb. ölkə təhsilinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu bildirən nazir qeyd edib ki, atılan məqsədyönlü addımlar sayəsində dünya təhsil sisteminə inteqrasiya istiqamətində ciddi uğurlar qazanılıb və bir çox ölkələrlə səmərəli, qarşılıqlı əlaqələrin inkişafına nail olunub. |
Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 86-cı ildönümü qeyd olundu Aprelin
28-də görkəmli oftalmoloq alim Zərifə xanım
Əliyevanın adını daşıyan orta
məktəbdə anadan olmasının 86-cı ildönümünə
həsr olunmuş tədbir keçirildi. öncə Fəxri
xiyabanı ziyarət edən qonaqlar sonra akademik
Zərifə Əliyeva adına məktəblə tanış
oldular. "Xatirələrdə yaşayan" adlı
tədbirdə təhsil naziri Misir Mərdanov, rabitə
və informasiya texnologiyaları naziri Əli Abbasov,
Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru,
əməkdar müəllim, YAP Qadınlar şurasının
sədri Nurlana Əliyeva, millət vəkilləri və
digər qonaqlar iştirak edirdilər. |
Yaşlıların təhsilinə dair konfrans Aprelin 30-da Azərbaycan Müəllimlər
İnstitutunda "Müasir şəraitdə yaşlıların
təhsili: problemlər və perspektivlər" mövzusunda
respublika elmi konfransı keçirildi. Plenar iclası Azərbaycan Müəllimlər
İnstitutunun rektoru, professor
Aqiyə Naxçıvanlı açaraq
müasir şəraitdə təhsilin mühüm
məsələlərindən birinə həsr olunmuş
elmi konfransın "Yaşlıların təhsili XXI
əsrin açarıdır" şüarı altında keçirildiyini
bildirdi. Mövzu ilə bağlı
müəyyən fikirlərini söyləyən rektor çıxış
üçün sözü təhsil naziri Misir Mərdanova verdi. Təhsil naziri yaşlıların təhsili ilə bağlı respublika elmi konfransının keçirilməsini yüksək qiymətləndirərək bu məsələnin son dərəcə aktual olduğunu və hamı üçün mühüm əhəmiyyət kəsb etdiyini söylədi. Nazir qeyd etdi ki, yaşlıların təhsili ömür boyu təhsil sisteminin tərkib hissəsi olmaqla, vətəndaşların cəmiyyətdə və iqtisadiyyatda daim baş verən dəyişikliklərə uyğunlaşmasını təmin etmək məqsədilə çevik tədris proqramları əsasında həyata keçirilən təhsil prosesidir. |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış (Əvvəli qəzetimizin ötən
saylarında) XX
əsrin ortalarından etibarən aparıcı dünya dövlətlərinin
ən mühüm prioritetləri sırasında təhsilin inkişafına
əsaslanan "bilik iqtisadiyyatı"nın formalaşdırılması,
insan kapitalının yaradılması və
beləliklə, davamlı inkişafın təmin olunması
amilləri xüsusi yer tutmağa başladı. İnsan kapitalı nəzəriyyəsi ötən əsrin 50-60-cı illərində Amerika iqtisadçılarının tədqiqatları nəticəsində yaradılmışdır. İşçi qüvvəsinin formalaşdırılması problemləri, insanın yaradıcılıq və faydalılıq imkanlarının artırılması bu nəzəriyyənin əsas hədəfləri kimi müəyyənləşdirilmişdir. |
Təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti İordaniyada səfərdə olub Azərbaycan
Respublikasının təhsil naziri, professor Misir
Mərdanovun rəhbərlik etdiyi bir qrup təhsil işçisindən
ibarət nümayəndə heyəti aprelin 19-dan 24-dək
İordaniya Haşimilər Krallığında
səfərdə olub. Səfərdə məqsəd
İordaniyanın təhsil sistemi ilə tanışlıq,
iki ölkə arasında təhsil sahəsində mövcud
əlaqələrin inkişaf etdirilməsi, daha geniş
əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi
idi. Nümayəndə heyəti zəngin səfər proqramı
çərçivəsində dost ölkənin təhsil və elm
nazirliklərində, bir sıra ali təhsil müəssisələrində
və orta məktəblərdə görüşlər keçirib,
İordaniya təhsil sistemi ilə yaxından tanış
olub. |
İcra hakimiyyəti və təhsil Gədəbəydə rayon icra hakimiyyəti başçısının iştirakı ilə "dəyirmi masa" keçirildi Müzakirələrdə dövlətin təhsil siyasətinin uğurla həyata keçirilməsində rayon icra hakimiyyətinin rolu xüsusi vurğulandı Xəbər verdiyimiz kimi, aprelin 21-də Gədəbəydə rayon icra hakimiyyətinin təşəbbüsü ilə "Azərbaycan müəllimi" qəzetinin redaksiyası ilə birgə "dəyirmi masa" keçirilmişdir. "Rayon icra hakimiyyətinin təhsilə qayğısı" mövzusuna həsr olunmuş tədbirdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Kamran Rzazadə, rayon təhsil şöbəsinin müdiri Ramiz Məmmədov, bir qrup qabaqcıl məktəb direktoru, təlim-tərbiyə işləri üzrə direktor müavini, müəllim, "Azərbaycan müəllimi" qəzetinin əməkdaşları iştirak etmişlər. |
ümumtəhsil məktəblərində, peşə liseylərində buraxılış imtahanları və şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında Bu Qaydalar Azərbaycan Respublikası
Prezidentinin 1 mart 2005-ci il tarixli 203 nömrəli fərmanı
ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının
Təhsil Nazirliyi haqqında Əsasnamə"nin,
Nazirlər Kabinetinin 12 mart 1994-cü il tarixli, 109 nömrəli
qərarı ilə təsdiq olunmuş "Azərbaycan
Respublikası ümumtəhsil məktəbinin nümunəvi
Əsasnaməsi"nin, Nazirlər Kabinetinin 13 yanvar 2009-cu
il tarixli, 9 nömrəli qərarı ilə təsdiq olunmuş
"Azərbaycan Respublikasının ümumi təhsil
sistemində Qiymətləndirmə Konsepsiyası"nın
icrasını təmin etmək məqsədilə
qəbul edilir. I. ümumi müddəalar 1. ümumtəhsil məktəblərinin I -
VIII və X siniflərində imtahan aparılmır, şagirdlər
müsbət illik qiymətlər əsasında yuxarı
sinfə keçirilir. |
O, zəhmətkeş alim, qayğıkeş ana idi Susuz həyat olmadığı kimi,
elmsiz yaşayış qeyri-mümkündür. Allahın
sevərək işığına yönəltdiyi insanlar
elmə yiyələnməklə vətəninə, xalqına
və bütün dünyaya misilsiz xeyir verirlər. Həmin insanlar
dünyalarını dəyişib əbədiyyətə
qovuşandan sonra həyatda qoyduqları xeyirxah və
ləyaqətli əməlləri ilə
qədirbilənlər tərəfindən hörmət
və ehtiramla yad edilir, xatırlanırlar. Belə insanlardan biri yaxından tanıdığım,
xarakteri və insani keyfiyyətləri ilə
qəlbimdə özünə əbədi yer salmış,
filologiya elmləri doktoru, professor, Azərbaycan Elmlər
Akademiyasının müxbir üzvü olmuş Zərifə
Budaqova haqqında söz açmaq niyyətindəyəm. Zərifə İsmayıl qızı Budaqova 1929-cu il aprelin 28-də İrəvanda dünyaya göz açmışdır. 1936-cı ildə İrəvan şəhər orta məktəbinə, 1943-cü ildə isə pedaqoji texnikuma daxil olub. Həmin texnikumu əla qiymətlərlə başa vurduqdan sonra, 1945-1948-ci illərdə İrəvan Pedaqoji İnstitutunun tələbəsi olmuşdur. |