|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciə ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başsağlığı 2009-cu
il aprel ayının 30-da Azərbaycan Dövlət Neft
Akademiyasında baş vermiş faciə ilə bağlı
hədsiz kədərləndiyimi bildirirəm. Həlak
olanların ailələrinə, yaxınlarına və
əzizlərinə dərin hüznlə başsağlığı
verərək, ulu Tanrıdan onlara rəhmət
diləyirəm. Bu çətin günlərinizdə biz hamımız
ağır dərdinizi bölüşərək, sizə
səbir və təmkinlilik diləyirik. Əmin ola
bilərsiniz ki, Azərbaycan dövləti bu hadisə ilə
əlaqədar bütün lazımi tədbirləri həyata keçirəcəkdir.
Allah rəhmət eləsin! İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Bakı, 30 aprel 2009-cu il
Bakı Dövlət Universitetinin 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2009-cu ilin sentyabr ayında Azərbaycan
Respublikasının aparıcı təhsil ocağı
Bakı Dövlət Universitetinin təsis edilməsinin 90 ili
tamam olur. Bakı Dövlət Universiteti müsəlman
Şərqində ilk Avropa tipli ali məktəb kimi yarandığı
vaxtdan bəri ötən müddət ərzində ölkəmizdə
ali təhsilin və elmin tərəqqisi naminə
əvəzsiz xidmətlər göstərmişdir. Yüksək
ixtisaslı milli kadrların hazırlanması, yeni-yeni elmi
istiqamətlərin formalaşdırılması, dünya
təhsil məkanına inteqrasiya, eləcə də
mədəni-mənəvi dəyərlərimizin yaşadılması
istiqamətlərində universitet üzərinə düşən
vəzifələrin öhdəsindən həmişə
layiqincə gəlir. Azərbaycanın simasını müəyyən
edən dövlət, elm və mədəniyyət
xadimlərinin böyük bir qismi məhz Bakı Dövlət
Universitetinin yetirmələridir. Xalqımızın milli
sərvətinə çevrilən universitet bu gün dövlət
idarəçiliyi, iqtisadiyyat, elm, təhsil və
mədəniyyətin müxtəlif sahələrində uğurla
çalışan çoxsaylı məzunları ilə müstəqil
Azərbaycanın inkişafına töhfələrini
əsirgəmir. Respublikamızda ali təhsilin və elmin
ənənələrinin zənginləşdirilməsində,
milli dövlətçiliyin qorunub möhkəmləndirilməsində
mühüm xidmətlərini nəzərə alaraq, Bakı Dövlət
Universitetinin 90 illik yubileyinin layiqincə qeyd olunmasını
təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının
Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin 90 illik
yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb
həyata keçirsin. 2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn
məsələləri həll etsin. 3. Bu sərəncam imzalandığı
gündən qüvvəyə minir. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 aprel 2009-cu il
|