|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Təlimdə inteqrasiya ətraf aləm haqqında biliklərin sistemli qavranılmasına kömək edir Milli Kurikulum təhsildə fəndaxili
və fənlərarası inteqrasiyaya xüsusi önəm verir.
Müxtəlif sahələr üzrə biliklərin inteqrasiyası
şagird təfəkküründə ətraf aləm haqqında
vahid, sistemli dünyagörüşünün formalaşmasına kömək
edir. Riyaziyyatda fəndaxili inteqrasiya bu fənn üzrə müxtəlif
məzmun xətlərinin və tədrisin müxtəlif
mərhələlərində (siniflərində) qazanılmış
bilik və bacarıqların
əlaqələndirilməsini nəzərdə tutur, üfüqi
və şaquli olmaqla iki yerə ayrılır. üfüqi inteqrasiya bir mövzu (material)
daxilində müxtəlif məzmun standartlarının
əlaqəsi deməkdir. Şaquli inteqrasiya isə
standantların siniflər üzrə əlaqəsini
əhatə edir
və bəzən
siniflərarası inteqrasiya
da adlandırılır. Fənlərarası inteqrasiya bir neçə
fənnin əhatə etdiyi ortaq bilik və bacarıqların
sintezi olmaqla, bir fənnə aid anlayışların
və metodların digər bir fənnin tədrisində
istifadəsini nəzərdə tutur. Bu inteqrasiya müxtəlif
fənlər arasında məntiqi əlaqələrin
qurulmasına xidmət edir. Bu proses eyni bir bacarığın
ayrı-ayrı fənlər vasitəsilə daha da
təkmilləşdirilməsini təmin etməklə
təlim prosesinin səmərəliliyinin artırılmasına
şərait yaradır. Məsələn, riyaziyyatın
tədrisi zamanı şifahi nitqdə riyazi termin və
ifadələrdən düzgün və səlis istifadə
etmək bacarığı dialoq və diskussiyalarda şagirdin
aktiv iştirakını təmin etməklə yanaşı,
ana dili fənninin əsas məzmun xətlərindən
biri olan şifahi nitqin ("Dinləmə" və
"Danışma"nın) inkişafına kömək
edir. Riyazi işarələri və terminləri düzgün
ifadə etmək ümumi dil bacarığının
tərkib hissəsidir. Oxuma, danışma, dinləmə,
təqdimetmə, yazma, şəkli sözlə
təsviretmə (şəkli oxuma) və təqdimetmə
kimi nitq bacarıqlarının riyazi anlayışların
dərk olunmasında rolu çox böyükdür. Başqa bir misal. Nizam və ardıcıllıqlar
riyaziyyat fənninin əsas konseptual məzmun
xətlərindən biridir. Ornament və naxışlar çəkmək
rəsm dərsində şagirdlərin sevdiyi bir
fəaliyyətdir. Həndəsi fiqurlar üzərində
qurulmuş ornament və şəkillər həm rəsm
bacarıqlarının, həm də riyaziyyat üzrə müvafiq
mövzunun mənimsənilməsinə şərait yaradır.
Sayma məşğələlərini ritmik musiqi üzərində
qurduqda, bunun üçün müxtəlif zərb
alətlərindən istifadə etdikdə şagirdlər
sayma fəaliyyətində daha həvəslə iştirak
edirlər. Sayma, toplama və çıxma kimi
fəaliyyətləri qrup halında açıq havada və
ya sinifdə (sinif şəraiti imkan verirsə) keçirməklə
uzunluğa tullanma, yerində tullanma və s. kimi fiziki
tərbiyə məşğələləri ilə müşayiət
etmək olar. Yaqut ƏZİMZADƏ, Azərbaycan Milli Konser- vatoriyasının tərkibində İncəsənət Gimnaziyasının
ibtidai sinif müəllimi |