|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Təhsil naziri Rusiya Federasiyasının səfirini qəbul edib
Aprelin
29-da Azərbaycan Respublikasının təhsil naziri Misir
Mərdanov Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə
və səlahiyyətli səfiri Vladimir Doroxini qəbul
edib. Azərbaycanla Rusiya Federasiyası arasında
təhsil sahəsində mövcud olan
əlaqələrdən, səmərəli əməkdaşlıq
ənənələrindən bəhs edən təhsil
naziri respublikamızda rus dilinin tədrisi barədə
fikirlərini bildirib. ölkəmizin orta
məktəblərində oxuyan şagirdlərin 8 faizinin
rus dilində təhsil aldığını, ali
məktəblərdə isə bu göstəricinin daha yüksək
olduğunu nəzərə çatdıran Misir Mərdanov
Azərbaycanda Rusiya Federasiyasının iki ali
məktəbinin filialının fəaliyyət göstərdiyini
qeyd edib. Nazir deyib ki, cari ilin fevral ayının 27-də
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin
Bakı filialının rəsmi açılış
mərasimində şəxsən iştirak etməsi dövlətlərarası
münasibətlərimizin yüksək səviyyədə
təşəkkül tapmasının və respublikamızda
təhsil sahəsinin inkişafına göstərilən
həssas münasibətin təzahürüdür. Son illərdə
Azərbaycanda yeni tikilən və əsaslı təmir
edilən tədris ocaqlarının sayının
3000-dən artıq olduğunu vurğulayan nazir bu baxımdan
Heydər Əliyev Fondunun səmərəli
fəaliyyət göstərdiyini, Azərbaycan
təhsilinə layiqli töhfələr verdiyini söyləyib. Orta məktəblərdə rus dilinin
tədrisi ilə bağlı məsələlərə
toxunan nazir hələ keçmiş sovetlər dövründən
bu sahədə bəzi nöqsanların olduğunu, onların
aradan qaldırılması üçün müvafiq
tədbirlərə ehtiyac duyulduğunu vurğulayıb. Müzakirələr
əsnasında qərara alınıb ki, bununla bağlı
gələn ayın sonlarında Azərbaycanın
təhsil işçilərindən ibarət nümayəndə
heyəti Rusiya Federasiyasından olan həmkarları
ilə müzakirələr aparmaq üçün Moskvaya səfər
etsinlər. Azərbaycanın Rusiya Federasiyası ilə
tələbə və magistr mübadiləsi sahəsində
də yaxından əməkdaşlıq etdiyini söyləyən
Misir Mərdanov 198 rusiyalı gəncin Azərbaycan
universitetlərində, 200-dən çox azərbaycanlı
tələbənin isə dövlət xətti ilə Rusiya
ali məktəblərində təhsil aldığını
bildirib. Fəaliyyəti dövründə hər zaman
təhsil sahəsinə xüsusi önəm verdiyini qeyd edən
Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə
və səlahiyyətli səfiri Vladimir Doroxin
Azərbaycan təhsl sisteminin düzgün istiqamətdə inkişafını,
tədrisin müxtəlif dillərdə
aparılmasına yaradılan sərbəst şəraiti
yüksək dəyərləndirib. Səfir bildirib ki, Rusiya
tərəfi digər istiqamətlərdə olduğu
kimi, təhsil sahəsində də Azərbaycanla
əlaqələrin daha da yaxşılaşdırılması
və əməkdaşlığın genişləndirilməsi
xəttinə sadiqdir. Görüşdə qarşılıqlı
maraq doğuran bir sıra digər məsələlər
də müzakirə edilib, təhsil sahəsindəki
əlaqələrin inkişafından razılıq
ifadə olunub.
Təhsil Nazirliyində görüş Aprelin 28-də Azərbaycan Respublikasının
təhsil naziri Misir Mərdanov çin Xalq Respublikasının
ölkəmizdəki fövqəladə və səlahiyyətli
səfiri Can Yannyan ilə görüşüb.
Azərbaycanda təhsilin müasir
tələblər səviyyəsinə yüksəldilməsi
yönündə görülən kompleks işlərdən,
həyata keçirilən islahatlardan bəhs edən nazir ölkə
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
ilə uğurla reallaşdırılan dövlət
siyasətində təhsil sektoruna xüsusi önəm verildiyini
diqqətə çatdırıb. ölkə təhsilinin
keyfiyyətcə yeni mərhələyə qədəm
qoyduğunu bildirən nazir qeyd edib ki, atılan
məqsədyönlü addımlar sayəsində dünya
təhsil sisteminə inteqrasiya istiqamətində ciddi uğurlar
qazanılıb və bir çox ölkələrlə
səmərəli, qarşılıqlı
əlaqələrin inkişafına nail olunub. Respublikamızda
təhsilin bütün pillələrində müşahidə
edilən müsbət dəyişikliklərə toxunan
təhsil naziri xarici ölkələrlə qarşılıqlı
tələbə mübadiləsi istiqamətində görülən
işlərdən, 2007-2015-ci illərdə 5000
azərbaycanlı gəncin dünyanın ən nüfuzlu ali
məktəblərinə göndərilməsini
nəzərdə tutan Dövlət Proqramı çərçivəsində
həyata keçirilən tədbirlərdən söhbət açıb.
Azərbaycan Respublikasının təhsil
sahəsində beynəlxalq əlaqələrinin əsas
istiqamətlərinin tələbə, şagird və
magistr mübadiləsi, birgə elmi tədqiqatlar,
beynəlxalq və regionlararası təhsil proqramlarında
yaxından iştirak etməkdən ibarət
olduğunu söyləyən nazir 2008-2009-cu dərs
ilində ölkəmizdə 7000-dən artıq əcnəbi
tələbənin təhsil aldığını
nəzərə çatdırıb. Misir Mərdanov
Azərbaycanın ali məktəblərində oxuyan çinli
tələbələrin sayının 228 nəfər olduğunu
bildirib və təhsil sahəsində çin Xalq Respublikası
ilə əməkdaşlığın daha da genişlənəcəyinə
inamını ifadə edib. Təmsil etdiyi ölkənin təhsil sisteminin
strukturu haqqında ətraflı məlumat verən çin
Xalq Respublikasının Azərbaycandakı fövqəladə
və səlahiyyətli səfiri Can Yannyan iki ölkə arasında
təhsil sahəsində mövcud olan əlaqələrin
daha da inkişaf etməsi, müvafiq nümayəndə
heyətlərinin qarşılıqlı
səfərlərinin əhəmiyyəti və digər
məsələlər barədə fikirlərini bildirib.
Səfir qeyd edib ki, çin Dövləti Azərbaycanla
əlaqələrin dərinləşməsinə xüsusi
önəm verir və bu baxımdan təhsil sahəsində
əməkdaşlığın daha da möhkəmləndirilməsinə
maraq göstərir. Görüşdə hər iki ölkə arasında təhsil sahəsinə dair qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib, gələcək əməkdaşlığın əsas istiqamətlərindən söhbət açılıb.
|