|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Cənubi Koreyanın KAİST Universitetinə qəbul davam edir "Xarici ölkələrdə təhsil
alacaq Azərbaycan gənclərinin seçim Qaydaları"na
uyğun olaraq Cənubi Koreyanın KAİST
Universitetində (Koreya Yüksək Elm və Texnologiyalar
Universiteti) müxtəlif ixtisaslar üzrə bakalavr
pilləsində təhsil almağa göndəriləcək
azərbaycanlı tələbələrin seçilməsi
məqsədilə Təhsil Nazirliyi müsabiqə elan edib. Müsabiqədə Azərbaycanın ali
məktəblərinin bakalavr pilləsinin I və II kurslarında
təhsil alan, ali məktəblərə tələbə
qəbulu üzrə aparılan test imtahanları çərçivəsində
texniki sahələr üzrə ən azı 550 bal, digər
sahələr üzrə isə ən azı 600 bal toplayan 18
yaşı tamam olmuş tələbələr iştirak
edə bilərlər. Müsabiqədə iştirak etmək üçün
iddiaçılar ərizə-əsaslandırma (2 dildə -
Azərbaycan dilində və xarici dildə), doldurulmuş
xüsusi anket forması (Təhsil Nazirliyindən əldə
edilir), 2 ədəd tövsiyə məktubu (iddiaçının
təhsil aldığı ali məktəbin professor-müəllim
heyəti tərəfindən verilir, ərizə formasını
http://admission.kaist.ac.kr/sub05/sub05_1.do saytından əldə etmək
mümkündür), xüsusi anket forması (http://admission.kaist.ac.kr/sub05/sub05_1.do saytından əldə etmək olar), ali
məktəbə qəbul zamanı topladığı bal
haqqında TQDK tərəfindən verilmiş arayış,
tələbənin ali məktəbdə təhsil alması
barədə arayışın və qiymət kitabçasından
çıxarışın surətləri (notarial qaydada
təsdiq olunmuş və ingilis dilində tərcüməsi
ilə), tərcümeyi-hal
(CV, 2 dildə - Azərbaycan dilində və xarici
dildə), 6 ədəd rəngli fotoşəkil (3,5x4,5 sm
ölçüdə) və şəxsiyyət vəsiqəsinin
surətini 10 may 2009-cu il tarixinə kimi Təhsil
Nazirliyinə təqdim etməlidirlər. Müsabiqədə uğur qazanan tələbələr Koreyanın KAİST Universitetində nanotexnologiya, biomühəndislik, mexaniki, aerokosmik və sistem mühəndisliyi, mülki və ekoloji mühəndislik, sənaye dizaynı, kimya və biomolekulyar mühəndisliyi, materialşünaslıq və mühəndislik, nüvə və kvant mühəndisliyi, elektrik mühəndisliyi, kompüter elmləri, sənaye və sistemlər mühəndisliyi kimi ixtisaslar üzrə təhsil almaq imkanı əldə edəcəklər.
Azərbaycanlı tələbələr Türkiyənin 12 nüfuzlu universitetində təhsil alacaqlar Azərbaycan Respublikası Təhsil Nazirliyi
ilə Türkiyə Respublikası Milli Təhsil Nazirliyi arasında
imzalanmış təhsil sahəsində əməkdaşlığa
dair müqaviləyə uyğun olaraq, 2009-2010-cu dərs
ilində Azərbaycan vətəndaşlarının
Türkiyənin ali məktəblərinin bakalavr
pilləsində dövlət xətti ilə təhsil alması
məqsədilə 48 yer ayrılıb. Təhsil Nazirliyinin müvafiq sifarişinə
əsasən, 19 aprel 2009-cu il tarixdə Türkiyə nümayəndə
heyəti ilə Azərbaycan Respublikası
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
qəbul imtahanları keçirib. Türkiyə tərəfi Təhsil Nazirliyinin
sifarişini qəbul edərək Azərbaycan
gənclərinin təhsil almaları üçün 24 prioritet
ixtisas üzrə (tibb, təyyarə mühəndisliyi, kompüter
mühəndisliyi, beynəlxalq əlaqələr, turizm
və otelçilik, ispan dili, italyan dili, yapon dili, maliyyə,
molekulyar biologiya, genetika və s.) Türkiyənin 12 ən nüfuzlu
universitetində yer ayırıb. Bu ali məktəblər
arasında Ankara, İstanbul, Boğaziçi, Orta Doğu
Texniki, Hacəttəpə, Qazi, İstanbul Texniki,
Mərmərə kimi universitetlərin adlarını xüsusi
qeyd etmək olar. Eyni zamanda iki ölkənin müvafiq qurumları
arasında mövcud olan razılaşmaya əsasən, Türkiyənin
ali məktəblərinin magistratura pilləsində
Azərbaycan Respublikası üçün müvafiq prioritet ixtisaslar üzrə
yüksək səviyyəli kadrların hazırlanması
məqsədilə Türkiyə tərəfi 12 təqaüd ayırıb.
Bakalavr pilləsini Azərbaycanda bitirən və
təhsillərini Türkiyədə davam etdirmək arzusunda
olan gənclər də müvafiq qaydalara uyğun olaraq
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının
təşkil etdiyi imtahanlarda iştirak etməlidirlər. Türkiyə ali məktəblərində
təhsil almaq hüququ qazanmış Azərbaycan
vətəndaşlarının təhsili, qeydiyyatı
və yataqxana ilə təmin olunması pulsuzdur. Bununla
yanaşı, həmin tələbələrə həm
Türkiyə, həm də Azərbaycan hökuməti
tərəfindən aylıq təqaüd verilir və
ildə bir dəfə yay tətili müddətində
təyyarə ilə gediş-gəliş xərcləri
Azərbaycan Respublikası Təhsil Nazirliyi
tərəfindən ödənilir. "Milli dövlətçiliyimizin qurucusu, memarı" mövzusunda "açıq dərs" Aprelin 22-də Yasamal Rayon İcra
Hakimiyyətinin Heydər Əliyev
məktəb-muzeyində Bakıdakı 158 nömrəli
orta məktəbin X sinif şagirdlərinin iştirakı
ilə "Heydər Əliyev milli dövlətçiliyimizin
qurucusu, memarıdır" mövzusunda "açıq
dərs" keçildi. Ulu öndər
Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə
həsr olunmuş "açıq dərs"də
məktəbin tarix müəllimi
mövzu haqqında şagirdlərə məlumat verdi.
Şagirdlər qrup şəklində dahi şəxsiyyətin
müasir Azərbaycanın inkişafı yolunda tarixi
xidmətlərindən, böyük sərkərdə kimi öz
xalqı qarşısındakı
xilaskarlıq missiyasından danışdılar.
Onlar Azərbaycan xalqının, eləcə də Türk dünyasının
böyük oğlu Heydər Əliyev haqqında tədbir
iştirakçılarına ətraflı məlumat
verdilər. Sonra
şagirdlər çəkdikləri
gözəl rəsmlərlə ümummilli lider Heydər Əliyevə
olan böyük sevgilərini bir daha nümayiş
etdirdilər. Tədbir ulu öndər Heydər Əliyevə
həsr olunmuş filmin nümayişi ilə başa çatdı.
Rəşad ZİYADOV
|