Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

30 Oktyabr 2009 - ¹42

 

Maarif cəfakeşi, qayğıkeş insan

 

Biz altmışıncı illərdən tanışdıq. O, maarif şöbəsində inspektor idi, mən kənd məktəblərinin birində dərs deyirdim. Məktəbimiz Gülağa müəllimin xidmət etdiyi 36 təhsil ocağından biriydi. Kəndlər bir-birindən xeyli aralı olsa da, hər rüb məktəblərə gedər, tədrisin təşkili ilə maraqlanar, "açıq dərs"lər təşkil edər, pedaqoji məsləhətlər verərdi.

Gülağa müəllimin uzun illərdən bəri qazandığı təcrübə, geniş dünyagörüşü, dərin mütaliəsi onu maarif cəfakeşi kimi yetişdirmişdi. Respublikada bacarıqlı, yaradıcı məktəb inspektoru kimi tanınırdı. Pedaqoji mətbuatda məktəblərin idarəedilməsinə dair metodiki yazılarından seminarlarda, təkmilləşmə kurslarında istifadə olunardı.

Gülağa Rüstəmov 1929-cu ildə Lerikin çayrud kəndində doğulmuşdu, Seyidağa kişinin ilk övladı idi. Yeddiillik  təhsilini doğma kəndində, orta təhsilini isə rayon mərkəzindəki məktəbdə almışdı. 1947-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuşdu. Ailənin ehtiyacları ona əyani oxumağa imkan verməmişdi, təhsilini qiyabi yolla davam etdirmişdi.

Pedaqoji fəaliyyətə çayrud kənd yeddiillik məktəbində başlayan G.Rüstəmov dörd ildən sonra Andurma kəndindəki ibtidai məktəbə müdir göndərilmişdi. O, burada valideynlərin yaxın məsləhətçisi, şagirdlərinin sevimlisi olmuşdu. Onun təşəbbüsü ilə kənddə məktəb tikilmişdi.

1953-cü ildə Gülağa müəllimi rayon maarif şöbəsinə çağırdılar. Tikəbənd kənd yeddiillik məktəbin pedaqoji kollektivinə rəhbərlik etməyi məsləhət gördülər. O, bu təkliflə razılaşdı. çətinliklərlə üzləşsə də, beş kəndin məktəbyaşlı uşaqlarını, xüsusilə qızları təhsilə cəlb etdi. Məktəbin maddi bazasını möhkəmləndirməkdən ötrü yerli təşkilatlarla əlbir çalışdı. İki ildən sonra  məktəb rayonda nümunəvi təhsil müəssisələrindən birinə çevrildi.

G.Rüstəmov 1956-cı ildə boya-başa çatdığı kəndə qayıtdı, vaxtilə oxuduğu məktəbdə dərs hissə müdiri vəzifəsində çalışmağa başladı. Aradan bir il keçməmiş onu direktor təyin etdilər.çayrud məktəbinin intibah dövrü də onun direktor olduğu illərdən başladı. Məzunların əksəriyyəti respublikanın, keçmiş İttifaqın ali məktəblərinə daxil oldular. Bir neçə ildən sonra həkim, mühəndis, müəllim, aqronom, mədəniyyət işçisi kimi doğma diyara döndülər.

Gülağa müəllimin savadını, bacarıq və təşkilatçılığını nəzərə alan rayon rəhbərliyi onu məktəb inspektoru vəzifəsinə irəli çəkdi. Bu vəzifədə on dörd il fəaliyyət göstərdi.

"Qabaqcıl maarif işçisi",  "Maarif əlaçısi" adına layiq görüldü. 1976-cı ildə rayon maarif şöbəsinə müdir təyin edildi. Onun rəhbərliyi ilə ən ucqar kəndlərdə məktəblər tikildi, uşaq bağçaları açıldı. Pedaqoji kadrlara olan ehtiyac ali və orta pedaqoji məktəbləri bitirən gənclər hesabına tədricən ödənildi.

1979-cu ildən ömrünün sonuna kimi G.Rüstəmov Təhsil İşçiləri Müstəqil Həmkarlar İttifaqı Rayon Komitəsinin sədri vəzifəsində çalışdı. Müəllimlərin mənzil-məişət problemləri, işçilərin pozulmuş hüquqlarının bərpası, müdiriyyətlə baş vermiş münaqişələri yoluna qoymaq, ittifaq üzvlərinin istirahətini təşkil etmək fəaliyyətinin əsas istiqamətləriydi.

Həmkarlar ittifaqı təşkilatını Gülağa müəllim təhsil sahəsində çalışan hər bir insanın inanc və güvənc yerinə çevirməyə nail olmuşdu. Yaxşı yadımdadır. Təhsil şöbəsinə rəhbərlik etdiyim illərdə bir məktəb direktoru ilə kitabxanaçı arasında münasibətlər pozulmuşdu. Direktor kitabxanaçını əsassız işdən kənarlaşdırmışdı.  Ərizəsinə komitənin iclasında baxıldı. Rəyasət heyətinin üzvü kimi sözümü dedim, hüququ pozulanın ailə vəziyyətini açıqladım. Gülağa müəllim də mənim təklifimə tərəfdar şıxdı, kitabxanaçı işinə qaytarıldı. Belə faktların sayını artırmaq da olar.

Yazını qələmə alarkən Gülağa müəllimin iş yoldaşları, həmkəndliləri, onu tanıyan ağsaqqal  pedaqoqlarla görüşdüm, onların ürək sözlərini dinlədim. Uzun illər bu xeyirxah insanla bir yerdə işləmiş veteran pedaqoq Hidayət Bəşirov dedi: -Gülağa müəllimin adı çəkiləndə gözlərim önünə onun nurlu sifəti, nəzakətli danışığı gəlir. Sözün əsl mənasında, o, saf insan idi. Hamıya xeyirxahlıq etməyi çox sevirdi. Tanrı elə bil onu xeyirxahlıq üçün yaratmışdı. Təəssüf ki, aramızdan tez getdi.

çayrud kənd orta məktəbinin təşkilat işləri üzrə direktor müavini Əlihüseyn Siyabovun söhbətindən sətirlər: Gülağa Rüstəmov tarix müəllimimiz olub. çox tələbkar idi. Oxuyan şagirdi ürəkdən sevərdi. Hətta bəzən nadincliyinin üstündən keçərdi. Qəribə dərs soruşmaq üsulu vardı. Bir dərsdə beş-altı şagirdi sorğu-suala çəkərdi. Ona görə də dərsə həmişə hazırlıqlı gələrdik. Bir qonşu, bir yaxın qohum kimi hörmətini saxlayardıq.

Şirzaid Adıgözəlov (TİMHİ rayon komitəsinin sədri): 25 il bir yerdə işləmişik. Obyektivlik, saflıq, qayğıkeşlik ona xas olan  keyfiyyətlərdi. Hər hansı bir məsələnin həllində rəy və təkliflərimizi dinləyər, son qərarı məsləhətləşmədən sonra verərdi.

Bu payız Gülağa Rüstəmovun 80 illik yubileyidir...  71 il yaşamış  gözəl insanın yerində mərd övladları qalıb. Onlar öz ləyaqətli atalarının xeyirxah əməllərini yaşadırlar. 

Həmzə VƏLİMƏMMƏDOV,
əməkdar jurnalist

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
30 Oktyabr 2009 - ¹42
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycanın Rusiyadakı səfirliyi Moskvanın üç məktəbinə kompüterlər bağışlayıb
 
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin yeni inzibati binası istifadəyə verilib
 
"Pedaqoji kadrların ixtisasartırma təhsili: mövcud vəziyyət, problemlər və təklif edilən yeni model"
 
Ötən dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş imtahanların yekunları müzakirə olundu
 
Milli təhsilin inkişafına həsr olunmuş alim ömrü
 
Azərbaycan Müəllimlər İnstitutunda elmi-praktik konfrans
 
"Müasir şəraitdə orta ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini yüksəltmək yolları" mövzusunda konfrans
 
Şagird nailiyyətlərinin qiymətləndirilməsi məsələlərinə dair "dəyirmi masa"
 
Bakı məktəblərinə işə qəbul üzrə ikinci müsabiqənin nəticələri məlum oldu
 
"Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması Qaydaları" barədə
 
Beynəlxalq kulinariya günü qeyd olunub
 
Maarif cəfakeşi, qayğıkeş insan
 
Con Hopkins Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov