Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

30 Oktyabr 2009 - ¹42

 

Azərbaycanın Rusiyadakı səfirliyi Moskvanın üç məktəbinə kompüterlər bağışlayıb

 

Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi Moskvada azərbaycanlı uşaqların təhsil aldığı 3 ümumtəhsil məktəbinin texniki təchizatı ilə əlaqədar aksiya keçirmişdir. Humanitar məsələlər üzrə müşavir Nigar Axundova başda olmaqla səfirliyin nümayəndələri azərbaycanlı ailələrdən olan 200-dən çox şagirdin təhsil aldığı 1331, 544 və 1233 nömrəli məktəblərə kompüter dəstləri hədiyyə etmişlər.

Səfirliyin nümayəndələri qeyd etmişlər ki, bu aksiyanın məqsədi həmvətənlərimizin təhsil aldığı tədris müəssisələrinin maddi-texniki bazasını möhkəmlətmək, onların təhsil səviyyəsini müasir tələblərə uyğunlaşdırmaq, məktəblərə kömək etməkdir. Diplomatlar məktəblərin rəhbərləri və kollektivləri, şagirdlər və onların valideynləri ilə söhbət etmiş, tədris prosesi ilə tanış olmuş, azərbaycanlı məktəblilərin təhsildə müvəffəqiyyətləri ilə maraqlanmışlar.

Azərbaycan səfirliyinin bu aksiyası üç Moskva məktəbinin pedaqoji kollektivləri və valideynlər tərəfindən yüksək qiymətləndirilmişdir. Tədris müəssisələrinin direktorları V.Məmmədova, T.Danilkina və İ.Beluxina Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğluna və səfirliyin nümayəndələrinə bu məktəblərə göstərdikləri diqqət və qayğıya görə dərin minnətdarlıq bildirmişlər.

Görüşlərdə tədris prosesində Azərbaycan dilinin, ölkəmizin tarixinin, mədəniyyətinin və coğrafiyasının daha dərindən öyrənilməsini nəzərdə tutan etnik-mədəni komponenti inkişaf etdirməyin zəruriliyi vurğulanmışdır. Qeyd edilmişdir ki, əsas fənlərə əlavə olaraq adaptasiya edilmiş xüsusi tədris proqramlarının və metodikaların işlənib hazırlanması zəruridir. Səfirlik tərəfindən həmin məktəbləri dərsliklər, Azərbaycan ədəbiyyatı və ölkəmiz haqqında müxtəlif mətbu məhsullarla təmin etmək, öz səhifələrində Azərbaycanın mədəniyyəti və incəsənəti barədə söhbət açan "Baku" jurnalını hər ay həmin məktəblərə göndərmək təklif olunmuşdur.  

AzərTAc

 
  Nömrənin müdəricatına dön

 

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
30 Oktyabr 2009 - ¹42
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycanın Rusiyadakı səfirliyi Moskvanın üç məktəbinə kompüterlər bağışlayıb
 
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin yeni inzibati binası istifadəyə verilib
 
"Pedaqoji kadrların ixtisasartırma təhsili: mövcud vəziyyət, problemlər və təklif edilən yeni model"
 
Ötən dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş imtahanların yekunları müzakirə olundu
 
Milli təhsilin inkişafına həsr olunmuş alim ömrü
 
Azərbaycan Müəllimlər İnstitutunda elmi-praktik konfrans
 
"Müasir şəraitdə orta ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini yüksəltmək yolları" mövzusunda konfrans
 
Şagird nailiyyətlərinin qiymətləndirilməsi məsələlərinə dair "dəyirmi masa"
 
Bakı məktəblərinə işə qəbul üzrə ikinci müsabiqənin nəticələri məlum oldu
 
"Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması Qaydaları" barədə
 
Beynəlxalq kulinariya günü qeyd olunub
 
Maarif cəfakeşi, qayğıkeş insan
 
Con Hopkins Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov