Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

30 Oktyabr 2009 - ¹42

 

Beynəlxalq kulinariya günü qeyd olunub

 

Bu yaxınlarda Bakıda keçirilən İslam ölkələrinin Kulinarlarının beynəlxalq yarışmasında 12 nömrəli Bakı peşə liseyini təmsil edən kulinarlar fəxri fərman və diploma layiq görülüblər. Oktyabrın 20-də Azərbaycan Kulinariya Mərkəzi ilə birgə təşkil etdiyi "Beynəlxalq Kulinariya" gününə liseyin kollektivi yüksək əhvali-ruhiyyə ilə qatılıb.

Mərasimə müxtəlif yaradıcılıqla məşğul olan 25-dən artıq təşkilatdan nümayəndə dəvət olunub. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev, Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov çıxış edərək Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və təhsil naziri cənab Misir Mərdanovun texniki peşə təhsili sisteminə göstərdikləri böyük diqqət və qayğıdan, gələcəkdə də belə tədbirlərin davamlı olmasından və qarşıda duran vəzifələrdən söz açdılar.

Azərbaycan Milli Kulinariya Mərkəzinin baş mühəndis-texnoloqu, Azərbaycan Milli Kulinariya Assosiasiyasının icraçı direktoru Nailə Mürsəlova mərkəzin son 1 illik fəaliyyəti ilə bağlı məlumat verərək bir neçə fəal iştirakçını fəxri diplomla təltif edib. Qeyd olundu ki, bu tədbir kulinarlara göstərilən diqqət bu sahə üzrə təhsil alan şagirdlərin ruhlanaraq peşələrini daha da dərindən öyrənəcəkləri baxımdan əhəmiyyətlidir.

Sonra 12 nömrəli Bakı Peşə Liseyinin direktoru Şərif Hacıyev çıxış edərək Təhsil Nazirliyi tərəfindən aşpaz, qənnadçı-şirniyyatçı ixtisası ilə bağlı kadrların hazırlanması üçün müasir kulinariya avadanlıqlarının verilməsini və gələcəkdə də mütəxəssislərin yüksək səviyyəli otel və restoranlarda, müxtəlif iaşə müəssisələrində fəaliyyət göstərmələri üçün kadr hazırlanmasında əlindən gələni əsirgəməyəcəklərini qeyd edib.

Tədbir çərçivəsində təşkil edilən rəssamlıq, heykəltəraşlıq və əl işləri (xalçaçılıq, toxuculuq, kukla tikmə və s.) sərgisi iştirakçılar tərəfindən maraqla qarşılanıb. 

Elnur MƏDƏTOĞLU

 
  Nömrənin müdəricatına dön

 

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
30 Oktyabr 2009 - ¹42
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycanın Rusiyadakı səfirliyi Moskvanın üç məktəbinə kompüterlər bağışlayıb
 
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin yeni inzibati binası istifadəyə verilib
 
"Pedaqoji kadrların ixtisasartırma təhsili: mövcud vəziyyət, problemlər və təklif edilən yeni model"
 
Ötən dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş imtahanların yekunları müzakirə olundu
 
Milli təhsilin inkişafına həsr olunmuş alim ömrü
 
Azərbaycan Müəllimlər İnstitutunda elmi-praktik konfrans
 
"Müasir şəraitdə orta ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini yüksəltmək yolları" mövzusunda konfrans
 
Şagird nailiyyətlərinin qiymətləndirilməsi məsələlərinə dair "dəyirmi masa"
 
Bakı məktəblərinə işə qəbul üzrə ikinci müsabiqənin nəticələri məlum oldu
 
"Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması Qaydaları" barədə
 
Beynəlxalq kulinariya günü qeyd olunub
 
Maarif cəfakeşi, qayğıkeş insan
 
Con Hopkins Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov