2009-2010-cu dərs ili üzrə Bakı şəhərinin
ümumtəhsil məktəblərində vakant müəllim
yerlərinə işə qəbul üzrə ikinci müsabiqə
keçirilmişdir. İşə qəbul iki mərhələdə Təhsil
Nazirliyi tərəfindən həyata keçirilmişdir.
Birinci mərhələdə müsabiqədə iştirak etmək üçün
təqdim olunmuş elektron ərizələrdəki məlumatlar,
şəxsi işlərdə olan təsdiqləyici sənədlər və
xüsusi meyarlar əsasında qiymətləndirilmişdir.
Müsabiqənin ikinci mərhələsinə buraxılanlar ilə
ixtisaslar üzrə müsahibə və ya test yoxlaması
aparılmışdır. 14, 15, 16, 17 və 21 oktyabr
tarixlərdə keçirilmiş müsabiqələrin nəticələri
aşağıdakı kimi olmuşdur:
Müsabiqə komissiyası |