|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Lev
Landaunun 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı 2008-ci ildə Nobel mükafatı laureatı
Lev Landaunun 100 illik yubileyi tamam olur. Bakıda anadan olmuş
Lev Landau burada ilk təhsilini almış, gimnaziyanı
və Bakı İqtisad Texnikumunu bitirmiş, Azərbaycan
Dövlət Universitetində oxumuşdur. Dahi fizikin
vətəni Bakı şəhərində Lev Landaunun 100
illik yubileyinin layiqincə keçirilməsini təmin etmək
məqsədi ilə qərara alıram: 1. Azərbaycan Milli Elmlər Akademiyası
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə
birlikdə Lev Landaunun 100 illik yubileyinə həsr olunmuş
tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn
məsələləri həll etsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 yanvar 2008-ci
il |
TƏHSİLƏ QOYULAN VƏSAİT öLKƏMİZİN GƏLƏCƏYİNƏ QOYULAN VƏSAİTDİR" İndi
biz faktiki olaraq, Azərbaycanda bütün məktəb
infrastrukturunu yeniləşdiririk. İndiyədək
800-ə yaxın məktəbin tikilməsi və
gələcək illərdə yüzlərlə
məktəbin tikintisi - bu, məktəb sahəsinin
maddi-texniki bazasının yeniləşdirilməsini,
təhsilin keyfiyyətini də, avadanlıqla təchizatı
da təmin edir. Eyni zamanda, hesab edirəm ki, indi vaxt
gəlib ki, biz mövcud məktəblərin təmirinə
də daha çox vəsait ayıraq. çünki buna da böyük
ehtiyac var, xüsusilə, Bakı şəhərində.
Yəqin ki, bu il, gələn il Bakı şəhərində
yerləşən bütün məktəblərin istilik
təchizatı problemləri həll olunmalıdır. Bu,
həll ediləcəkdir. Ondan sonra bütün başqa şəhər
və rayonlarda da biz bunu həll etməliyik və mövcud
məktəbləri də çox gözəl
səviyyəyə gətirib çıxarmalıyıq. Bu sahədə vəsaitə qənaət
etməməliyik. çünki təhsilə qoyulan vəsait ölkəmizin
gələcəyinə qoyulan vəsaitdir. Bütün inkişaf
etmiş ölkələrin uğurlarının
səbəbi də məhz ziyalı
təbəqəsidir, elmi-texniki tərəqqidir, texnoloji
yeniliklərdir. Biz də bu yolu seçmişik. İstəyirik
ki, bizim insanlarımız, gənc nəsil bilikli, savadlı
olsun və ölkəmizin inkişafında çox böyük rol
oynasınlar. Prezident İlham Əliyevin
sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilin
birinci rübünün yekunlarına həsr edilmiş iclasındakı
nitqindən. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Yanvarın 22-də Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva
"Muğam televiziya müsabiqəsi-2007"nin qalibləri
və münsiflər heyətinin üzvləri ilə görüşmüşdür. Mehriban ƏLİYEVA görüşü açaraq
dedi: - Əziz qonaqlar, mən sizi Heydər Əliyev Fondunda salamlayıram, xoş gəlmisiniz. Görüşümüzün əvvəlində mən böyük kədər hissi ilə qeyd etməliyəm ki, Azərbaycanın musiqi sənətinə böyük itki üz vermişdir. Görkəmli incəsənət xadimi, məşhur müğənni Lütfiyar İmanov dünyasını dəyişmişdir. |
Təhsil
Nazirliyində anlaşma memorandumu imzalandı Yanvarın
24-də Azərbaycan Respublikasının təhsil naziri
Misir Mərdanov Koreya Respublikasının Baş nazirinin müavini,
Təhsil və İnsan Ehtiyatları İnkişafı
naziri cənab Kim Şinilin başçılıq etdiyi nümayəndə
heyətini qəbul edib. Cənab Kim Şinili və onun rəhbərlik etdiyi nümayəndə heyətini Təhsil Nazirliyində görməyindən məmnunluq hissi keçirdiyini söyləyən təhsil naziri Misir Mərdanov qonaqların Azərbaycana səfərini mühüm bir hadisə kimi qiymətləndirdi. 2006-cı ildə Koreya Respublikasının Prezidentinin ölkəmizə, 2007-ci ildə isə Azərbaycan Respublikasının Prezidentinin Koreya Respublikasına səfərlərindən sonra bu iki ölkə arasında əlaqələr daha sıx inkişaf etməyə başlayıb. |
Azərbaycan Respublikası Prezidentinin
sərəncamına əsasən "İlin ən yaxşı
ümumtəhsil məktəbi və ən yaxşı müəllimi"
müsabiqəsinin keçirilməsi məqsədilə Təhsil
Nazirliyində Təşkilat Komitəsi yaradılmışdır.
Təşkilat Komitəsinin tərkibinə Təhsil
Nazirliyinin əməkdaşları, yerli və
beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri
daxil edilmişdir. Hər iki müsabiqənin keçirilməsi
qaydaları hazırlanıb hökumətə təqdim olunmuşdur. Məlumat üçün bildiririk ki, "İlin
ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində
məktəbin ən mühüm nailiyyətləri, kadr potensialı,
maddi-texniki bazasının vəziyyəti, ali
məktəblərə qəbulun nəticələri,
habelə digər bu kimi meyarların əsas götürülməsi
nəzərdə tutulur. "İlin ən yaxşı müəllimi"
müsabiqəsində isə, ilk növbədə, müəllimin
kompüter və müasir təlim texnologiyalarından
istifadə bacarıqlarına, şagirdlərinin yüksək
göstəricilərə malik olmasına üstünlük
veriləcək. Hər iki müsabiqənin 3 mərhələdə keçirilməsi planlaşdırılır. |
Təhsil Nazirliyində fəaliyyət göstərən Korrupsiyaya qarşı Mübarizə üzrə İşçi Qrupunun fəaliyyət planına uyğun olaraq rayon təhsil şöbələrində və məktəblərdə antikorrupsion maarifləndirmə tədbirləri həyata keçirirlər. Bu günlərdə işçi qrupunda təmsil olunan "Korrupsiyaya qarşı Mübarizə fondu"nun icraçı direktoru Vasif Mövsümovla "Dövlət quruculuğu" Araşdırmalar Mərkəzinin rəhbəri İslam Əsgəroğlu Bakı şəhər 7 nömrəli orta məktəbində müəllim, şagird və valideynlərin iştirakı ilə "dəyirmi masa" keçirmişlər. Tədbirdə fəaliyyət planından irəli gələn məsələlər: təhsildə korrupsiyaya qarşı səmərəli mübarizə aparmaq məqsədilə hüquqi maarifləndirmə işinin, seminar və məşğələlərin, buraxılış imtahanlarının monitorinqlərinin təşkili, "qaynar xətt"lərin fəaliyyət qaydalarının tətbiqi, onların səmərəliliyinin yüksəldilməsi, təhsil müəssisələrində antikorrupsiya tədbirlərinin keçirilməsi və s. problemlər müzakirə olunub. |
Təhsil
Nazirliyinin kollegiyasında Yanvarın
23-də Təhsil Nazirliyinin böyük akt zalında
Azərbaycan Respublikası Təhsil Nazirliyi kollegiyasının
genişlənmiş iclası keçirildi. İclasda kollegiya
üzvləri ilə yanaşı millət vəkilləri,
ali məktəblərin rektorları, Təhsil Nazirliyinin
struktur bölmə rəhbərləri, orta ixtisas təhsili
müəssisələrinin, Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin, bəzi rayon və şəhər
təhsil şöbələrinin rəhbər işçiləri,
məktəb direktorları, KİV nümayəndələri
iştirak edirdilər. Kollegiya iclasını açan təhsil naziri,
kollegiyanın sədri Misir Mərdanov zala toplaşanları
salamladı, dəvətlərini qəbul edib iclasa
gəldikləri üçün qonaqlara minnətdarlıq etdi. |
* Yeni dərs ilinin
əvvəlinədək Bakı, Sumqayıt və Abşeronda
yerləşən orta ümumtəhsil məktəblərinin
geniş zolaqlı sürətli İnternetlə təmin
olunması nəzərdə tutulub. * Bu ilin aprel, may aylarınadək Bakı
və Abşeronda yerləşən 5 pilot orta ümumtəhsil
məktəbində "Elektron məktəb"
layihəsinin başa çatdırılması planlaşdırılır. * Dərs ilinin sonunadək Bakı
və Sumqayıtdakı orta ümumtəhsil
məktəbləri direktorlarının İKT
sahəsində minimum bilik və bacarıqlara
yiyələnməsi məqsədilə Bakı Pedaqoji
Kadrların İxtisasartırma İnstitutunda müvafiq
kurslardan keçməsi nəzərdə tutulub. * Yeni dərs ilindən ölkənin bütün orta ümumtəhsil məktəblərində I siniflərdə yeni kurrikulumlar əsasında tədrisə başlanacaq. Dərslik, müəllimlər üçün dərs vəsaiti və şagirdlər üçün iş dəftəri bu kurrikuluma uyğun hazırlanacaq. 9000 müəllim yeni kurrikulumla iş üzrə təlim kurslarından keçiriləcək. |
Almaniyanın
ölkəmizdəki səfiri ilə görüş Yanvarın 21-də təhsil naziri Misir
Mərdanov Almaniyanın ölkəmizdəki fövqəladə
və səlahiyyətli səfiri cənab Per Kristofer
Stankina ilə görüşüb. öncə nazir qonağı səmimi
salamlayaraq ona Almaniya ilə Azərbaycan arasında dostluq
və qarşılıqlı əlaqələrin yaradılması
işində uğurlar arzulayıb. Son illər iki ölkə arasındakı mövcud
əlaqələrin yaxşılaşdırılması
istiqamətində görülən işlərdən danışan
nazir Alman Akademik Mübadilə Xidmətinin (DAAD) bu
sahədəki xidmətlərini xüsusi vurğulayıb.
Nazir bildirib ki, DAAD təşkilatı ölkəmizdə
fəaliyyət göstərdiyi illər ərzində
azərbaycanlı gənclərin Almaniyanın ali
məktəblərində təhsil alması üçün
səmərəli işlər həyata keçirib. |
Məktəb
Qrantı Proqramı başa çatdı Hər əsrin bəşər tarixində
bir sıra əlamətlərlə, hadisə və xüsusiyyətlərlə
seçilən yeri və izi var. Qloballaşma, təhsil,
informatika əsri kimi səciyyələndirilən XXI
əsrin ilk 7 ili Azərbaycan Respublikası üçün daimi
sabitlik, xarici siyasətdə uğurlar, milli
mədəniyyətin dirçəldilməsi və dünya miqyasında
təbliği, sənaye sahələrinin investisiyalar qoyuluşu
yolu ilə inkişafı, təhsildə islahatlar və dünya
təhsilinə inteqrasiya, təhsil sektorunun inkişafı
layihələrinin reallaşdırılması dövrü kimi
görülmüş işlər və qazanılmış uğurlarla
seçilir. Təhsil sektorunda reallaşdırılmış layihələrdən biri - "Təhsil almaq üçün bərabər hüquq və imkanlar: Məktəb Qrantı Proqramı" artıq tarixə çevrilmişdir. |
Azərbaycanda dünya şöhrətli fizik, Nobel mükafatına layiq görülən yeganə bakılı Lev Landau 1908-ci il yanvarın 22-də mühəndis-neftçi ailəsində anadan olub. Valideynləri Levin qeyri-adi uşaq olduğunu sezmişdilər. Geniş dünyagörüşünə və dərin təfəkkürə malik olan uşaq öz həmyaşıdlarından fərqli olaraq, artıq 13 yaşında orta təhsilini uğurla başa vurub, ali məktəbə daxil olmaq istəyirdi. Amma valideynləri onun belə erkən yaşda ali məktəbdə təhsil almasına razı deyildilər. |
Paytaxtın ümumtəhsil məktəblərinin istiliklə təminatı necədir? 245
nömrəli məktəbi niyə su basdı? Hazırda
ölkəmizin bütün ərazisində ayazlı, şaxtalı,
soyuq hava şəraiti hökm sürür. ötən illərdən
fərqli olaraq bu il qış daha sərt görünür. Sözsüz
ki, qışa hazırlıqla əlaqədar paytaxtın
təhsil müəssisələrində də vaxtında
həll olunmayan bir çox problemlər yaşanmaqda davam edir. |
170
yaşlı Naxçıvan
şəhər məktəbinin tarixindən Bu gün bütövlükdə müstəqil
Azərbaycan Respublikasında olduğu kimi, Naxçıvan
Muxtar Respublikasında da məktəb təhsilinin inkişaf
tempi qonşu ölkələrin bir çoxundan yüksəkdir. Bu gün
Naxçıvanda məktəb quruculuğu və təhsil
sahəsində böyük islahatlar həyata keçirilir. Bu da
təsadüfi deyil. çünki Naxçıvanın bugünkü inkişafı
həm də onun qədim və zəngin məktəb
və təhsil tarixinə malik olması ilə izah olunur. Dünya mədəniyyətinə böyük sənətkarlar bəxş etmiş Naxçıvan özünün zəngin elm və mədəniyyət tarixi ilə bərabər, şöhrət tapmış tədris müəssisələri ilə də öz tarixinin səhifələrini zənginləşdirərək, yeni məktəb quruculuğu sahəsində ənənələri və onun inkişafı ilə diqqəti cəlb edir. |
Balacalar
da seriallara baxırlar Valideynlər
bunu normal hal saysalar da, alim və pedaqoqlarımız
yolverilməz olduğunu bildirirlər çoxlarına tanış bir mənzərədir: həmişəki vaxtda televizorun hər hansı bir kanalında serial başlayır. Hamı əyləşərək, filmə tamaşa edir. Ən acınacaqlısı isə odur ki, həmin serialı böyüklərlə yanaşı, onların övladları - balacalar da seyr edir. Ən acınacaqlısı isə odur ki, həmin serialı böyüklərlə yanaşı, onların övladları - balacalar da seyr edir. |
Metodbirləşmə
məktəbə lazımdırmı? 1970-ci ilin payızında Bakıdakı 181
nömrəli məktəbdə pedaqoji fəaliyyətə
başlamışdım. Cəmi 15 gün idi ki, dərs keçilirdi.
Direktor müavini birinci növbənin sonunda: - Məktəb bufetində nahar elə, -
dedi. - Saat 14-də Azərbaycan dili və ədəbiyyat müəllimlərinin
metodbirləşmə yığıncağı olacaq. Düzü, metodbirləşmə haqqında dil və ədəbiyyatın tədrisi ilə bağlı mühazirələrdə müəllimlərimiz müəyyən şeylər yazdırıb zaçotda soruşmuşdular. Amma iclasda bir ayrı vəziyyət gördüm. Məktəbin o vaxtkı direktoru, mərhum Muxtar Hüseynzadə özü də iclasa gəlmişdi. İlk yığıncaq idi. Metodbirləşmə sədri olan qadın müəllim məktəb üzrə Azərbaycan dili və ədəbiyyatın tədrisi barədə vəziyyəti əks etdirən məruzə elədi, fənni mənimsəmə faizi barədə statistik rəqəmlərdən danışdı. |