|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
* Yeni dərs ilinin
əvvəlinədək Bakı, Sumqayıt və Abşeronda
yerləşən orta ümumtəhsil məktəblərinin
geniş zolaqlı sürətli İnternetlə təmin
olunması nəzərdə tutulub. * Bu ilin aprel, may aylarınadək Bakı
və Abşeronda yerləşən 5 pilot orta ümumtəhsil
məktəbində "Elektron məktəb"
layihəsinin başa çatdırılması planlaşdırılır. * Dərs ilinin sonunadək Bakı
və Sumqayıtdakı orta ümumtəhsil
məktəbləri direktorlarının İKT
sahəsində minimum bilik və bacarıqlara
yiyələnməsi məqsədilə Bakı Pedaqoji
Kadrların İxtisasartırma İnstitutunda müvafiq
kurslardan keçməsi nəzərdə tutulub. * Yeni dərs ilindən ölkənin bütün
orta ümumtəhsil məktəblərində I
siniflərdə yeni kurrikulumlar əsasında
tədrisə başlanacaq. Dərslik, müəllimlər
üçün dərs vəsaiti və şagirdlər üçün iş
dəftəri bu kurrikuluma uyğun hazırlanacaq. 9000 müəllim
yeni kurrikulumla iş üzrə təlim kurslarından keçiriləcək.
Artıq 400 müəllim öyrədən kimi Azərbaycan Müəllimlər
İnstitutunda hazırlanıb və onlar ölkəmizin bütün
bölgələrini əhatə etməklə müəllimləri
öyrədəcək. öyrədilmiş müdavimlər
digər müəllimlərə cari ilin iyunundan başlayaraq
öyrədici təlim kursları keçəcəklər. * Növbəti tədris ilindən müəllimlərin
işə qəbulu sahəsində dünya təcrübəsində
tətbiq edilən yeni mexanizmə keçiriləcək.
Belə ki, işə qəbul mərkəzləşdirilmiş
qaydada, yalnız məktəblərin zəruri ehtiyacı
əsasında müsabiqə yolu ilə həyata keçiriləcək. * 2008-ci ildə ölkə üzrə 122
yeni məktəbin, 34 məktəb üçün əlavə
korpusun inşası, 80 məktəb, 21
məktəbəqədər təhsil müəssisəsi
və 7 texniki peşə məktəbinin əsaslı
təmiri nəzərdə tutulub. Eyni zamanda cari ildə
əsaslı təmir olunacaq məktəbəqədər
təhsil və texniki peşə məktəblərinin
avadanlıqlarla təminatı da planlaşdırılıb.
3 rayon təhsil şöbəsi üçün inzibati binanın
tikintisi, habelə 300 məktəbin müasir avadanlıqlarla
təmin olunması nəzərdə tutulub. * ötən il Dövlət Proqramına uyğun
olaraq 1308 nəfər stimullaşdırıcı
tədbirlər tətbiq edilməklə ucqar bölgələrə
göndərilib. |