|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Təhsil Nazirliyinin məlumatı Azərbaycan Respublikası Prezidentinin
sərəncamına əsasən "İlin ən yaxşı
ümumtəhsil məktəbi və ən yaxşı müəllimi"
müsabiqəsinin keçirilməsi məqsədilə Təhsil
Nazirliyində Təşkilat Komitəsi yaradılmışdır.
Təşkilat Komitəsinin tərkibinə Təhsil
Nazirliyinin əməkdaşları, yerli və
beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri
daxil edilmişdir. Hər iki müsabiqənin keçirilməsi
qaydaları hazırlanıb hökumətə təqdim olunmuşdur. Məlumat üçün bildiririk ki, "İlin
ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində
məktəbin ən mühüm nailiyyətləri, kadr potensialı,
maddi-texniki bazasının vəziyyəti, ali
məktəblərə qəbulun nəticələri,
habelə digər bu kimi meyarların əsas götürülməsi
nəzərdə tutulur. "İlin ən yaxşı müəllimi"
müsabiqəsində isə, ilk növbədə, müəllimin
kompüter və müasir təlim texnologiyalarından
istifadə bacarıqlarına, şagirdlərinin yüksək
göstəricilərə malik olmasına üstünlük
veriləcək. Hər iki müsabiqənin 3
mərhələdə keçirilməsi planlaşdırılır.
İlkin mərhələdə müraciət edən
namizədlərin seçimi müəyyənləşdirilmiş
meyarlar əsasında aparılacaq. "İlin ən yaxşı
müəllimi" müsabiqəsi üzrə II
mərhələdə müəllimin
dərsinin dinlənilməsi, sonuncu
mərhələdə isə fəaliyyəti
barədə 10-15 dəqiqəlik təqdimatı
nəzərdə tutulur. "İlin ən yaxşı ümumtəhsil
məktəbi" üzrə müvafiq meyarlara cavab verən
və I mərhələdən keçən
məktəblərdə daha sonra şagirdlər arasında
əsas fənlər üzrə test yoxlamalarının aparılması,
Təşkilat Komitəsi qarşısında
məktəblərin gördüyü işlər, qazandığı
nailiyyətlərlə bağlı təqdimatı planlaşdırılır. Onu da qeyd edək ki, hər iki müsabiqə
ilə bağlı kvotalar zonalar üzrə müəyyənləşdirilib.
|