· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə


B.e ç.a ç. C.a C. Ş. B.
    1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30

 

Biz bu gün böyük iftixar hissi ilə deyirik ki, Azərbaycan Respublikasının milli ordusu - respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və mühafizəsini təmin etmək üçün, ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarının müdafiə edilməsi üçün Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır.

 

Heydər ƏLİYEV

"TƏHSİLƏ QOYULAN VƏSAİT öLKƏMİZİN GƏLƏCƏYİNƏ 

QOYULAN VƏSAİTDİR"

İndi biz faktiki olaraq, Azərbaycanda bütün məktəb infrastrukturunu yeniləşdiririk. İndiyədək 800-ə yaxın məktəbin tikilməsi və gələcək illərdə yüzlərlə məktəbin tikintisi - bu, məktəb sahəsinin maddi-texniki bazasının yeniləşdirilməsini, təhsilin keyfiyyətini də, avadanlıqla təchizatı da təmin edir. Eyni zamanda, hesab edirəm ki, indi vaxt gəlib ki, biz mövcud məktəblərin təmirinə də daha çox vəsait ayıraq. çünki buna da böyük ehtiyac var, xüsusilə, Bakı şəhərində. Yəqin ki, bu il, gələn il Bakı şəhərində yerləşən bütün məktəblərin istilik təchizatı problemləri həll olunmalıdır. Bu, həll ediləcəkdir. Ondan sonra bütün başqa şəhər və rayonlarda da biz bunu həll etməliyik və mövcud məktəbləri də çox gözəl səviyyəyə gətirib çıxarmalıyıq.

Bu sahədə vəsaitə qənaət etməməliyik. çünki təhsilə qoyulan vəsait ölkəmizin gələcəyinə qoyulan vəsaitdir. Bütün inkişaf etmiş ölkələrin uğurlarının səbəbi də məhz ziyalı təbəqəsidir, elmi-texniki tərəqqidir, texnoloji yeniliklərdir. Biz də bu yolu seçmişik. İstəyirik ki, bizim insanlarımız, gənc nəsil bilikli, savadlı olsun və ölkəmizin inkişafında çox böyük rol oynasınlar.

 Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına həsr edilmiş iclasındakı nitqindən.

 

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibinin təhsil və mədəniyyət məsələləri üzrə köməkçisi Qoli Amerinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də ABŞ dövlət katibinin təhsil və mədəniyyət məsələləri üzrə köməkçisi Qoli Amerinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Qoli Ameri ölkəsinin Azərbaycanla münasibətlərə böyük önəm verdiyini vurğuladı. O, ölkəmizdə olduğu müddətdə təhsil sahəsində məhsuldar görüşlər keçirdiyi və müzakirələr apardığı haqda Prezident İlham Əliyevə məlumat verdi. Qoli Ameri ABŞ-la Azərbaycan arasında təhsil və mədəniyyət sahələrində əlaqələrin bundan sonra daha da genişlənməsi istiqamətində bütün imkanlardan istifadə edilməsini vacib saydı.

Prezident İlham Əliyev təhsilin ölkəmizdə prioritet sahələrdən biri olduğunu vurğuladı və bu sahədə Azərbaycanda böyük işlərin görüldüyünü qeyd etdi. Dövlət başçısı Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini bildirdi və bu istiqamətdə əlaqələrimizin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə etdi.

 

AzərTAc

 

Məktəbəqədər təhsillə bağlı müşavirə

İyunun 23-də Təhsil Nazirliyində "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)"nın icrasına həsr olunmuş geniş müşavirə keçirildi. Tədbirdə təhsil naziri Misir Mərdanov, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Hanaa Singer, Təhsil Nazirliyinin şöbə müdirləri və struktur bölmələrinin rəhbərləri, tanınmış alimlər, paytaxtın bir sıra məktəbəqədər təhsil müəssisələrinin müdirləri və başqaları iştirak edirdilər.

 

Müşavirəni giriş sözu ilə açan təhsil naziri Misir Mərdanov təhsil sisteminin ilk pilləsi  olan məktəbəqədər təhsilin uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixoloji inkişafında, potensial imkanlarının üzə çıxarılmasında, məktəb həyatına hazırlanmasında mühüm rol oynadığını xüsusi vurğuladı.

Ehtiyaclara görə maliyyələşmə mövzusunda seminar

İyunun 24-də "Crescent Beach Hotel"də "Məktəblərin maliyyə formulası: ehtiyaclara görə maliyyələşmə, ədalətlilik, şəffaflıq və cavabdehlik" mövzusunda seminar öz işinə başladı. Azərbaycan Respublikası Təhsil Nazirliyi, YUNESKO, bu qurumun Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitutu, Açıq Cəmiyyət İnstitutu Yardım Fondu və Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin birgə təşkilatçılığı ilə 24-27 iyun tarixlərində keçiriləcək seminarın açılış mərasimində Maliyyə Nazirliyi, qeyri-hökumət təşkilatları, adambaşına maliyyələşdirmə üzrə islahatların aparıldığı 3 pilot rayonun nümayəndələri, təhsil və maliyyə üzrə ekspertlər və KİV təmsilçiləri iştirak edirdilər.

Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin rəhbəri Elmina Kazımzadə tədbiri açaraq sözü təhsil  naziri  Misir  Mərdanova verdi.

ötən tədris ili nə ilə

yadda qaldı?

Ali və orta ixtisas təhsili sahəsində son bir ilin hesabatı

 

2007-2008-ci tədris ili respublikanın ali və orta ixtisas təhsili sahəsi üçün də uğurlu olmuşdur. Tədris ili ərzində fəaliyyət göstərmiş 49 dövlət və qeyri-dövlət ali təhsil müəssisəsində 130430 tələbə təhsil almış, 14467  nəfər professor-müəllim onların təlim-tərbiyəsi ilə məşğul olmuşdur.

 

Başa çatdırılan tədris ilində ölkəmizdə istehsal proseslərinin genişləndirilməsi, iqtisadiyyatımızın sürətli inkişafı və yeni iş yerlərinin açılması ilə əlaqədar olaraq mövcud istiqamətlərin və ixtisasların siyahısına yeni ixtisasların əlavə olunması və bəzi ali məktəblərdə yeni açılmış ixtisaslar üzrə Dövlət təhsil standartlarının hazırlanması işi davam etdirilmişdir.

Uzaq regionlar üçün səciyyəvi olan informasiya və kommunikasiya texnologiyaları problemləri

Naxçıvan Dövlət Universitetində "Uzaq regionlar üçün səciyyəvi olan informasiya və kommunikasiya texnologiyaları problemləri" mövzusunda perspektiv şəbəkələndirmə üzrə NATO işçi elmi seminarı (Şəbəkə idarəetməsi üzrə VI CEENet işçi elmi seminarı) keçirildi. Tədbir NDU, Şimali Atlantika Birliyi, Mərkəzi və Şərqi Avropa Şəbəkələndirmə Assosiasiyasının (Polşa) təşkilatçılığı ilə gerçəkləşdirildi. Elmi seminarın iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər, dahi öndərin ev muzeyində oldular. Sonra qonaqlar universitetdəki CİSKO Akademiyası və müxtəlif İnternet zalları ilə tanış oldular.

Yeni texnologiyalardan yaradıcı istifadə edilir

Bu gün gənclərin mürəkkəb məsələləri həll etmək, yaranmış şəraiti qiymətləndirmək, alternativ variantları müqayisə edərək, qərarlar çıxarmağı bacarmaq və s. keyfiyyətlərə malik vətəndaş kimi formalaşması üçün təhsildə yeni yanaşmaların və təlim prosesində müasir texnologiyalardan istifadənin tətbiqi vacibdir. Görəsən, müasir təlim metodlarından, yeni texnologiyalardan dərslərdə hansı formada istifadə edilir? Bakı Dövlət Pedaqoji Kollecinin müəllimləri Sənubər Məmmədova və Dilarə Hacıyevanın (resurs mərkəzinin sədri) qənaəti belədir:

 - İnnovativ pedaqoji fəaliyyət dəyişməyə başlayan prosesə bir çox subyektlərin ardıcıl qoşulmasını nəzərdə tutan kollektiv xarakterli mürəkkəb sistemdir.

Polis Akademiyasında tədris prosesinin informasiyalaşdırılması yeni mərhələdə

 

Bəşəriyyət üçüncü minilliyə informasiya və kommunikasiya texnologiyalarının (İKT) sürətli inkişafı ilə qədəm qoymuşdur. Hazırda informasiya texnologiyaları ümumi inkişafa təsir göstərən əsas amillərdən birinə çevrilməklə dövlət və cəmiyyətin bütün institutlarını, iqtisadi və sosial sahələri, elm, təhsil və mədəniyyəti, bütövlükdə insanların həyat tərzini əhatə edir.