|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Təlim kurslarının təşkili haqqında Təhsil Sektorunun İnkişafı
Layihəsinin (TSİL) yerinə yetirilməsi ilə
əlaqədar təsdiq edilmiş İcra Planına uyğun
olaraq, 2008-2009-cu dərs ilində respublikanın ümumtəhsil
məktəblərinin I siniflərində dərs
deyəcək ibtidai sinif müəllimlərinin fənn
kurrikulumlarının tətbiqi sahəsində
nəzəri və praktik hazırlığını
təmin etmək məqsədilə ƏMR EDİRƏM: 1. 2008-ci il 17-21 iyun tarixlərində
Naxçıvan MR-in, Bakı, Gəncə, Sumqayıt,
Mingəçevir, Şirvan şəhərlərinin, 23-28 iyun
tarixlərində isə respublika rayonlarının
təlim Azərbaycan və rus dillərində olan ümumtəhsil
məktəblərinin 2008-2009-cu dərs ilində I
siniflərdə işləyəcək ibtidai sinif müəllimləri
üçün 5 günlük təlim kursları təşkil edilsin. 2. Təlim kursunun tədris planı,
proqramı və nümunəvi cədvəli təsdiq
olunsun. 3. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı
Şəhəri üzrə Təhsil İdarəsi,
Gəncə Şəhər Təhsil İdarəsi, rayon
(şəhər) təhsil şöbələri: 3.1. Bu
əmrin icrasının təmin olunması ilə bağlı
fəaliyyət planı hazırlayıb təsdiq
etsinlər. 3.2. Təlim
kursları başlanana qədər 2008-2009-cu dərs
ilində I siniflərdə dərs deyəcək ibtidai
sinif müəllimlərini bir daha dəqiqləşdirib onların
siyahısını hazırlasınlar (SAA, təhsili,
bitirdiyi təhsil müəssisəsi, stajı, işlədiyi
məktəb, ixtisasartırma, yenidənhazırlanma kurslarından
hansı ildə keçməsi), yeni fənn kurrikulumları
ilə tədrisə başlanacaq I siniflərdə ən
səriştəli və müasir tələblər baxımından
yüksək peşəkarlıq səviyyəsinə malik müəllimlərin
işləməsini təmin etsinlər. 3.3. Ərazilər
üzrə təlim kursları təşkil olunacaq
məktəbləri (digər təhsil müəssisəsi
də ola bilər) və onlara təhkim olunan məsul
əməkdaşları müəyyənləşdirsinlər. 3.4. Təlim
kursu təşkil edilən müəssisələrdə
məşğələlərin səmərəli keçirilməsi
üçün lazımi şərait yaratsınlar, zəruri texniki
vasitələrlə (kompüter (noutbuk), proyektor və s.)
təchizatı təmin etsinlər. 3.5. Təlim kurslarına cəlb edilən müəllimlərin,
kurs keçirilən müəssisələrin və onlara
təhkim olunan əməkdaşların siyahısını
əmrlə təsdiq etsinlər. 3.6. Təlim
kurslarının gedişi vəziyyətinin yerli KİV-lərdə
geniş işıqlandırılması üçün müvafiq
tədbirlər görsünlər. 3.7. Təlim kursunu uğurla başa vurmuş
müəllimlərə müəyyən edilmiş formada
sertifikat versinlər. 3.8. 2008-ci il iyulun 10-dək Təhsil
Nazirliyinə təlim kurslarının yekunlarına dair müəllimlərin
adlı siyahısı əlavə olunmuş geniş
hesabat göndərsinlər. 4. Nəzərə alınsın ki: 4.1. Təlim
kursları 2007-ci ilin avqustunda Naxçıvan MR-də,
2007-2008-ci illərdə Bakı şəhərində
təşkil olunmuş "öyrədənlərin öyrədilməsi"
kursunu bitirib xüsusi sertifikat almış məşqçi-müəllimlər
tərəfindən aparılır. 4.2. Təlim kursu Bakı şəhərinin
hər bir rayonunda ayrıca təşkil edilir. 4.3. Bilavasitə
Təhsil Nazirliyi tabeliyindəki, habelə özəl ümumi
təhsil müəssisələrinin (lisey, gimnaziya, peşə
liseyi və s.) müəllimləri həmin müəssisələrin
yerləşdikləri ərazilərdə, məcburi köçkün
məktəblərinin müəllimləri məskunlaşdıqları
şəhər və rayonlarda təşkil edilən
təlim kurslarına cəlb olunurlar. 4.4. Naftalan
şəhərinin və bu şəhərdə
fəaliyyət göstərən məcburi köçkün
məktəblərinin müəllimləri müvafiq
təlimləri Goranboy rayonunda təşkil edilən
kurslarda keçirlər. 4.5. Zərurət
yaranan hallarda məcburi köçkün əhali üçün yeni salınmış
qəsəbələrdəki ümumtəhsil
məktəblərinin müəllimlərinə təlim
kursu Kurrikulum Mərkəzinin əməkdaşları
tərəfindən keçilə bilər. 4.6. Hansı
rayon və şəhərdə təşkil
edilməsindən asılı olmayaraq, məcburi köçkün
rayonlarının müəllimlərinə təlim kursunu
bitirmələrinə dair sertifikat müvafiq yerli təhsil
şöbələrinin təqdimatları əsasında
məcburi köçkün rayonların təhsil şöbələri
tərəfindən verilir. 5. Məcburi köçkün rayonların
təhsil şöbələri (E.Şükürova, Z.İbrahimov,
M.Bağırov, H.Tahirov, Ş.Xəlilov, V.Həsənova,
M.Şükürov, A.Allahverdiyeva, Ş.Yusifov, T.Əliyev)
ərazilər üzrə I sinif müəllimlərinin siyahısını
müvafiq yerli təhsil şöbələrinə vaxtında
təqdim etsinlər, həmin müəllimlərin təlim
kurslarında müntəzəm iştirakına ciddi
nəzarət etsinlər. 6. "Kurrikulum islahatı" üzrə
alt-komponent koordinatoru A.Əhmədov, Kurrikulum
Mərkəzinin direktoru Ə.Abbasov təlim kursları
üçün müvafiq materialların hazırlanıb yerlərə
çatdırılmasını təmin etsinlər, LƏQ-in
direktoru E.Rüstəmovla birgə təlim kurslarının
təşkili, keçirilməsi və yekunlaşdırılmasında
yerli təhsil şöbələrinə və məşğələ
aparan müəllimlərə əməli köməklik göstərmək
üçün müvafiq əməkdaşların rayon və şəhərlərə
ezam olunmasını nəzərdə tutsunlar. Ezamiyyə xərclərinin Dünya Bankının
hesabına ödəniləcəyi nəzərə alınsın. 7. İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə) təlim kurslarının kütləvi
informasiya vasitələrində işıqlandırılmasını,
bu əmrin "Azərbaycan müəllimi"
qəzetində və "Təhsil
xəbərləri" məcmuəsində dərc
olunmasını təmin etsin. 8. Əmrin icrasına nəzarət
nazir müavini, TSİL üzrə milli koordinator İ.İsgəndərova
həvalə olunsun. Misir MƏRDANOV, Azərbaycan Respublikasının
təhsil naziri 2 iyun 2008-ci il |